11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Türkiyə çempionatının XXVIII turunun birinci gün qarşılaşmasında

Martın 3-də futbol üzrə Türkiyə çempionatının XXVIII turunun birinci gün qarşılaşmasında "Ankaragücü" doğma meydanda "Qalatasaray"ı qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə paytaxt təmsilçisi rəqibini 2:1 hesabı ilə üstələyib. "Ankaragücü"nün qollarını İbrahim Akdağ və Saba Lobzanidze vurub. İstanbul təmsilçisinin heyətində isə Kərəm Aktürkoğlu fərqlənib.Günün digər matçında "Kayserispor" öz meydanında "Rizəspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" - "Fatih Karagümrük" (2:2), "Başakşəhər" - "Konyaspor" (1:1) və "Sivasspor" - "Hatayspor" (1:1) oyunlarında isə qalib müəyyənləşməyib.Turun digər oyunları martın 4-də keçiriləcək.Hazırda Türkiyə Superliqasının turnir cədvəlinə 57 xalla "Qalatasaray" başçılıq edir. İkinci pillədə onunla eyni xala malik olan "Beşiktaş", üçüncü pillədə isə onunla 54 xal toplayan "Fənərbağça" qərarlaşıb.xeber100.com

Mart 4, 2021 12:34

Martın 24-də Portuqaliya-Azərbaycan oyunu keçiriləcək

Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus" klubuna məxsus stadionda təşkil olunacaq.Azərtac xəbər verir ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus" klubundan göndərilib. AFFA tərəfindən isə razılıq verilib.Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edib.xeber100.com

Mart 4, 2021 12:32

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində

Futzal üzrə Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində bu gün Bakı İdman Sarayında Azərbaycan–Moldova oyunu keçiriləcək.Azərtac xəbər verir ki, matçı italiyalı baş hakim Giulio Kolombin idarə edəcək. Ona san-marinolu Daniel Dadamo və azərbaycanlı Əli Cəbrayılov kömək edəcəklər. Qarşılaşmanın saniyəölçəni Azərbaycan Futzal Federasiyasının nümayəndəsi Knyaz Əmiraslanov olacaq. Görüşün hakim inspektoru Petrou Antonis (Kipr), UEFA nümayəndəsi isə Assem Kujanovadır.Azarkeşlər və media üçün qapalı olan görüş CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq. Matç saat 19:00-da start götürəcək.Qeyd edək ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Slovakiya və Yunanıstan yığmalarını məğlub edən yığmamız turnir cədvəlinin vahid lideridir.xeber100.com

Mart 4, 2021 12:28

Atletika üzrə qış Avropa çempionatına start verilib

Martın 4-də Polşanın Torun şəhərində atletika üzrə qış Avropa çempionatına start verilib.Azərtac xəbər verir ki, çempionatda Azərbaycanı üçtəkanla tullanma yarışlarında Aleksis Kopello təmsil edir. Avropa çempionu olan Nazim Babayev zədə səbəbindən yarışda iştirak edə bilmir.Qitə çempionatı martın 7-dək davam edəcək.xeber100.com

Mart 4, 2021 12:26

Formula 1 Azərbaycan Qran-Prisinə tamaşaçılar buraxılmayacaq

Bu il Formula 1 Azərbaycan Qran-Prisini azarkeşlərin tribunalardan izləməsinə icazə verilməyəcək.Azərtac xəbər verir ki, bunu “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ayan Nəcəf deyib.O bildirib ki, belə bir qərar Azərbaycanın Formula 1 şirkəti qarşısında öhdəliyi səbəbindən və ölkənin turizm potensialının pandemiya dövründən sonra da nümayiş etdirilməsi məqsədilə qəbul olunub.A.Nəcəf martın sonlarına doğru yarış məkanında baryerlərin quraşdırılacağını, mayda isə tikinti prosesinin yekunlaşacağını əlavə edib.Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-Prisi iyunun 4-6-da Bakı şəhər halqasında təşkil olunacaq.xeber100.com

Mart 2, 2021 11:50

XVIII turun daha iki matçına hakim təyinatları açıqlanıb

Futbol üzrə Azərbaycan çempionatının XVIII turunun daha iki matçına hakim təyinatları açıqlanıb.Azərtac Peşəkar Futbol Liqasına (PFL) istinadla xəbər verir ki, martın 3-də keçiriləcək “Sumqayıt” – “Zirə” oyununu İnqilab Məmmədov idarə edəcək. Turun sonuncu - “Neftçi” – “Sabah” matçında isə baş hakim funksiyasını Rəşad Əhmədov yerinə yetirəcək.Qeyd edək ki, XVIII turun ilk iki oyunu bu gün keçiriləcək. “Səbail” öz meydanında “Keşlə”, lider “Qarabağ” isə “Qəbələ” klubu ilə qarşılaşacaqlar. Həmin oyunları müvafiq olaraq, FIFA referiləri Əliyar Ağayev və Kamal Umudlu idarə edəcəklər.xeber100.com

Mart 2, 2021 11:47

Azərbaycan Premyer Liqasında XVIII tura start verilib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII tura start verilib.Azərtac xəbər verir ki, turun açılış matçında “Səbail” klubu “Keşlə”ni qəbul edib.“ASCO Arena”dakı oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. “Keşlə”nin heyətində Tural Axundov 54-cü dəqiqədə hesabı açıb. Meydan sahibləri bu qola 75-ci dəqiqədə cavab verə bilib. İranlı futbolçu Peyman Keşavarzi dəqiq oynayıb.Bu nəticədən sonra “Səbail” 17-ci, “Keşlə” isə 16-cı xalını qazanıb. Komandalar müvafiq olaraq 6-7-ci yerdədirlər.Qeyd edək ki, günün digər matçında “Qarabağ” klubu “Qəbələ” ilə üz-üzə gələcək. XVIII tura martın 3-də keçiriləcək “Sumqayıt”–“Zirə” və “Neftçi”–“Sabah” matçları ilə yekun vurulacaq.xeber100.com

Mart 2, 2021 11:46

“Bavariya”nın futbolçusu PSJ-nin prezidenti ilə danışıqlar aparıb

Avstraliyalı futbolçu David Alaba PSJ-yə keçə bilər.Xarici KİV-lərə istinadla xəbər verir ki, “Bavariya”nın futbolçusu PSJ-nin prezidenti Nasser əl-Xelaifi ilə danışıqlar aparıb.Futbolçu keçən ay klubundan sərbəst agent kimi yay transfer pəncərəsinə gedəcəyini açıqlamışdı. D.Alaba bu mövsüm 32 matçda iki qol vurub və iki məhsuldar ötürmə edib.Avstriyalı özü üçün yarımmüdafiədə oynaya biləcəyi klub axtarır.xeber100.com

Mart 2, 2021 11:44

Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2021-ci il martın 1-nə olan reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, dünya reytinqinə görə, ilk onluqda qərarlaşan Şəhriyar Məmmədyarov (2770) səkkizinci, dünya kubokunun qalibi Teymur Rəcəbov (2765) isə onuncu pillədədir. Dünyanın ən qabaqcıl iki gənc şahmatçısı xalların sayını 2700-ə çatdırıblar. Belə ki, rusiyalı Andrey Yesipenko və niderlandlı Yorden van Forest 2701 xal toplayıblar.Digər şahmatçılarımız - 1 pillə geriləyən Qədir Hüseynov 2665 xalla 72-ci, Nicat Abbasov isə 2664 xalla 75-ci sırada qərarlaşıblar. Rauf Məmmədov (2654 xal) isə 3 pillə geriləyərək 90-cı yerdə qərarlaşıb.Kişi şahmatçıların siyahısına norveçli dünya çempionu Maqnus Karlsen (2847) başçılıq edir.Qadın şahmatçılardan Günay Məmmədzadə 2443 xalla 29-cu, Gülnar Məmmədova (2383) 79-cu, Xanım Balacayeva 2376 xalla 89-cu yerdədirlər.Qadın şahmatçılar arasında ən yüksək reytinq xalı (2658) çinli Yifan Houya məxsusdur.xeber100.com

Mart 1, 2021 2:10

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə…

Gənclər və İdman Nazirliyi gimnastika sahəsində nailiyyətlər qazanmış idmançıların bir qrupunu “İdman ustası” fəxri adı ilə təltif edib.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, 2020-ci ildə Kiyevdə keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatında gümüş və bürünc medal qazanmış qrup hərəkətləri komandamızın üzvləri - Məryəm Səfərova, Darya Sorokina, Yelizaveta Luzan, gənclər arasında ilk dünya çempionatının (2019-ci il) gümüş və bürünc medalçısı - Arzu Cəlilova, həm Avropa, həm də dünya çempionatının finalçısı Nərminə Səmədova bu ada sahib olublar.Təltif olunanlar arasında gimnastikanın daha iki növünün təmsilçiləri də var. Kişi idman gimnastikası üzrə yığma komandanın üzvü, “Tokio-2020” Olimpiya Oyunlarına lisenziya qazanmış İvan Tixonov və Bakıda keçirilmiş aerobika gimnastikası üzrə Avropa çempionatının (2019-cu il) qalibləri, aerodans komandasının üzvləri - Elçin Məmmədov, Balaxanım Əhmədova, Nərminə Hüseynova, İmran İmranov, Mədinə Mustafayeva, Akif Kərimli, Ayxan Əhmədli, Nigar İbrahimbəyliyə “İdman ustası” fəxri adı verilib.xeber100.com

Mart 1, 2021 2:08
    Page 212 of 831« First«...102030...210211212213214...220230240...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az