Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, reytinq cədvəlində planetin ən yaxşı 401 klubu yer alıb.2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda Azərbaycandan yalnız bir klub – “Qarabağ” yer alıb.Ağdam təmsilçisi 80 xalla 147-ci pillədə qərarlaşıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri bu pilləni 4 klubla bölüşür. Belə ki, 147-151-ci yerlərə şərik olan 5 komandanın eyni xalı var. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”dur (Braziliya).Təmsilçimiz “Everton”, “Nyukasl” (hər ikisi İngiltərə), MOİK, “Lokomotiv” (hər ikisi Rusiya), “River Pleyt” (Argentina), “Xetafe”, “Selta”, “Valensiya” (hər ikisi İspaniya), “Beşiktaş”, “Fənərbağça” (hər ikisi Türkiyə) kimi klubları qabaqlayır.Reytinq cədvəlinə Almaniyanın “Bavariya” klubu 260 xalla başçılıq edir.xeber100.com