07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Bavariya” futbol klubunun qapıçısı Bundesliqada yeni rekorda imza atıb

Almaniyanın “Bavariya” futbol klubunun qapıçısı Manuel Noyer Bundesliqada yeni rekorda imza atıb.Azərtac xəbər verir ki, 34 yaşlı qapıçı buna “Şalke” ilə matçda (4:0) nail olub. Almaniyalı qapıçı çempionatda çıxış etdiyi dövr ərzində 197-ci dəfə qapısını toxunulmaz saxlamağı bacarıb. Beləliklə, o, sabiq komanda yoldaşı Oliver Kanın rekordunu yeniləyib. Kan 1987-2008-ci illərdə “Bavariya” və “Karlsrue”də 196 görüşdə qapısını toxunulmaz saxlayıb.Noyer isə “Şalke” və “Bavariya”nın heyətində bu nəticəyə sahib olub.xeber100.com

Yanvar 25, 2021 1:25

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib

Yanvarın 21-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIV tura start verilib.Azərtac xəbər verir ki, günün ilk matçında “Səbail” doğma meydanda “Neftçi”ni qəbul edib. “ASCO Arena”da keçirilən qarşılaşma 1:3 hesabı ilə yekunlaşıb.Hesabı 28-ci dəqiqədə meydan sahiblərinin heyətində Əfran İsmayılov açıb. Lakin qonaqlar 44-cü dəqiqədə Sabir Buqrin hesabı bərabərləşdirib. Matçın 51-ci dəqiqəsində isə Emin Mahmudov “Neftçi”ni hesabda irəli çıxarıb. Matçın son dəqiqələrində isə S.Buqrin özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.Bu nəticədən sonra xallarının sayını 27-yə çatdıran “Neftçi” klubu turnir cədvəlinin liderdir. “Səbail” isə 13 xalla 6-cı sıradadır.Qeyd edək ki, hazırda “Sabah” – “Qarabağ” matçı davam edir. Tura “Keşlə” – “Sumqayıt” oyunu ilə yekun vurulacaq.xeber100.com

Yanvar 22, 2021 11:07

“Lill” futbol klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub

Fransanın “Lill” klubunda dekabrın ən yaxşı futbolçusu məlum olub.Azərtac xəbər verir ki, bu, türkiyəli hücumçu Burak Yılmazdır. Otuz altı yaşlı forvard ötən ay iştirak etdiyi 6 oyunda 3 qol vurub.Qeyd edək ki, “Lill”də noyabrın ən yaxşı futbolçusu isə digər türk futbolçu Yusuf Yazıcı olmuşdu.xeber100.com

Yanvar 22, 2021 11:05

Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada

Yanvarın 21-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada "Fənərbağça" səfərdə "Sivasspor"un qonağı olub.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə qalib müəyyənləşməyib.Günün digər matçında isə "Ankaragücü" doğma meydanda "Kasımpaşa"nı minimal hesabla üstələyib.Hazırda Türkiyə Superliqasına 41 xalla "Beşiktaş" başçılıq edir. "Fənərbağça" 39 xalla ikinci, "Qalatasaray" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda "Antalyaspor" istirahət edib.xeber100.com

Yanvar 22, 2021 11:03

Çempionlar avto yürüşü 2022-ci ildə İsveçdə təşkil olunacaq

Çempionlar avto yürüşü 2022-ci ildə İsveçdə təşkil olunacaq.Azərtac xəbər verir ki, mötəbər yarış yanvarda “Pite Havsbad” kompleksinin qarlı trasında keçiriləcək.Yarışın prezidenti Fredrik Conson deyib: “Yarış adətən dünyada məşhur idman qurğularında baş tutur. Yürüş Pekindəki Olimpiya Stadionunda, Parisdə “Stad de Frans”da, Londonda Uembli stadionunda uğurla təşkil olunub. Böyük məmnuniyyətlə bildirmək istərdim ki, növbəti yarışımız İsveçdə baş tutacaq.“Biz çalışırıq ki, dünyanın ən məşhur pilotlarına mürəkkəb konfiqurasiyalı traslar təqdim edək. İsveçdə təşkil olunacaq yarış özünəməxsusluğu ilə digərlərindən fərqlənəcək”, - deyə F.Conson əlavə edib.xeber100.com

Yanvar 22, 2021 10:59

Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada

Yanvarın 20-də futbol üzrə Türkiyə çempionatının XX turu çərçivəsində keçirilən qarşılaşmada "Qalatasaray" doğma meydanda "Dənizlispor"u qəbul edib.Azərtac xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən görüşdə İstanbul klubu rəqibini 6:1 hesabı ilə darmadağın edib. Meydan sahiblərinin qollarını Emre Akbaba (9), Sofian Fequli (17), Rayan Donk (45), Məhəmməd Özkal (öz qapısına 60),Younis Belhanda (64) və Jesse Sekidika vurub. "Dənizlispor"un heyətində isə Veton Tuşa fərqlənib.Günün digər matçlarında isə "Yeni Malatyaspor" səfərdə "Hatayspor"u 2:1 hesabı ilə üstələyib. "Rizəspor" isə öz meydanında "Qaziantep"in qapısından üç cavabsız qol keçirib.Hazırda Türkiyə Superliqasına 38 xalla "Beşiktaş" başçılıq edir. Onunla eyni xala malik olan "Fənərbağça" 38 xalla ikinci, "Qalatasaray" isə 36 xalla üçüncü pillədə qərarlaşıb.Qeyd edək ki, yeni mövsümdə Superliqada 21 komanda yarışır. XX turda "Antalyaspor" istirahət edir.xeber100.com

Yanvar 21, 2021 1:02

Futbol üzrə İtaliya A Seriyasının Super Kubok görüşü keçirilib

Yanvarın 20-də futbol üzrə İtaliya A Seriyasının Super Kubok görüşü keçirilib.Azərtac xəbər verir ki, “Mapei” stadionunda baş tutan görüşdə “Yuventus” əzəli rəqibi “Napoli” ilə qarşılaşıb. Gərgin keçən görüşün ilk hissəsində hesab açılmayıb.Fasilədən sonra daha üstün oyun nümayiş etdirən “Yuventus” hesabı açıb. Matçın 64-cü dəqiqəsində Kriştiano Ronaldo fərqlənib. Görüşün 80-ci dəqiqəsində “Napoli” klubu penalti vurmaq hüququ qazanıb, lakin Neapol təmsilçisinin futbolçusu Lorenso İnsinyanın zərbəsi dəqiq olmayıb.Oyunun 96-cı dəqiqəsində “Yuventus” rəqibin qapısına ikinci dəfə yol tapıb. Alvaro Morata son nöqtəni qoyub. Qalan dəqiqələrdə hər iki komandanın qol vurmaq şansı olsa da hesab dəyişməyib.Beləliklə, “Yuventus” tarixində 9-cu dəfə İtaliya Super Kubokunun qalibi olur.xeber100.com

Yanvar 21, 2021 1:00

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası klubların reytinq siyahısını açıqlayıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, reytinq cədvəlində planetin ən yaxşı 401 klubu yer alıb.2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda Azərbaycandan yalnız bir klub – “Qarabağ” yer alıb.Ağdam təmsilçisi 80 xalla 147-ci pillədə qərarlaşıb. Baş məşqçi Qurban Qurbanovun yetirmələri bu pilləni 4 klubla bölüşür. Belə ki, 147-151-ci yerlərə şərik olan 5 komandanın eyni xalı var. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”dur (Braziliya).Təmsilçimiz “Everton”, “Nyukasl” (hər ikisi İngiltərə), MOİK, “Lokomotiv” (hər ikisi Rusiya), “River Pleyt” (Argentina), “Xetafe”, “Selta”, “Valensiya” (hər ikisi İspaniya), “Beşiktaş”, “Fənərbağça” (hər ikisi Türkiyə) kimi klubları qabaqlayır.Reytinq cədvəlinə Almaniyanın “Bavariya” klubu 260 xalla başçılıq edir.xeber100.com

Yanvar 19, 2021 2:32

FIFA futbol klublarının transfer fəaliyyəti ilə bağlı hesabatı təqdim edib

FIFA 2020-ci ildə futbol klublarının transfer fəaliyyəti ilə bağlı hesabatı təqdim edib.Azərtac qurumun saytına istinadla xəbər verir ki, ötən il Avropada transferlərə ən çox pul xərcləyən klub “Çelsi” olub. Bu göstəricidə ikinci “Mançester Yunayted”dir. İlk üçlüyü “Mançester Siti” qapayır. Dördüncü və beşinci pillələrdə müvafiq olaraq “Barselona” və “Yuventus” klubları qərarlaşıblar.Qeyd edək ki, “Çelsi” klubu ötən ildə “Bayer Leverkuzen”dən Kay Havertzi (80 milyon), “Leyptsiq”dən Timo Verneri (53 milyon), “Lester Siti”dən Ben Çilueli (50 milyon), “Ayaks”dan Hakim Ziyeçi (40 milyon) və “Renn”dən Eduard Mendini (24 milyon) transfer edib.xeber100.com

Yanvar 19, 2021 2:26

“Avro-2020″ Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək

Yanvarın 18-dən “Avro-2020" Bakı Könüllülər Proqramının müsahibə mərhələsinə start veriləcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, ZOOM platforması üzərindən təkbətək olaraq keçiriləcək müsahibə mərhələsini uğurla tamamlayan könüllülər "Avro-2020" Bakı Könüllülər komandasına qoşulacaqlar.Qeyd edək ki, müsahibə mərhələsində iştirak ilə əlaqədar UEFA Fame sistemi vasitəsilə könüllülərə onlayn dəvət göndərilib.xeber100.com

Yanvar 18, 2021 9:30
    Page 221 of 831« First«...102030...219220221222223...230240250...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az