İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşmasında

Yanvarın 17-də futbol üzrə İtaliya A Seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Cuzeppe Meaza” stadionunda baş tutan görüşdə “İnter” əzəli rəqibi “Yuventus” komandasını qəbul edib.Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda hesab 12-ci dəqiqədə açılıb. Nikoli Barellanın ötürməsini Arturo Vidal dəqiq zərbə ilə tamamlayıb.Fasilədən sonra “İnter” rəqibin qapısına ikinci dəfə yol tapıb. Oyunun ən yaxşılarından sayılan Nikola Barella rəqibi əks hücumda yaxaladığı epizodda qapıçı ilə təkbətək qalıb. İtaliya millisinin futbolçusu fürsəti əldən verməyib. Qalan dəqiqələrdə qonaqların cəhdlərinə baxmayaraq, hesab dəyişilməyib.Bu qələbədən sonra xal sayını 40-a çatdıran “İnter” turnir cədvəlində ikinci yerdə, “Yuventus” isə 33 xalla beşinci yerdə qərarlaşıb.Turnir cədvəlinin lideri “Milan” yanvarın 18-də səfərdə “Kalyari” komandasının qonağı olacaq.Turun digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb: “Atalanta” - “Genoa” - 0:0; “Sassuolo” - “Parma” - 1:1; “Krotone” - “Benevento” - 4:1; “Napoli” - “Fiorentina” - 6:0; “Sampdoriya” - “Udineze” - 2:1; “Torino” - “Spezia” - 0:0; “Bolonya” - “Verona” - 1:0; “Latsio” - “Roma” - 3:0.xeber100.com

Yanvar 18, 2021 9:24

Futbol üzrə İspaniya Super Kuboku uğrunda həlledici görüş keçirilib

Yanvarın 17-də futbol üzrə İspaniya Super Kuboku uğrunda həlledici görüş keçirilib.Azərtac xəbər verir ki, ötən mövsüm La Liqa çempionu “Barselona” və ölkə kubokunun sahibi “Atletik Bilbao” üz-üzə gəlib.“Estadio de-la-Kartuxa” stadionunda baş tutan görüş “Atletik Bilbao” komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.Oyunda hesabı 40-cı dəqiqədə Antuan Qrizman açıb. Qoldan iki dəqiqə sonra “Atletik Bilbao” hesaba tarazlıq gətirib. Oskar De Markos adını tabloya yazdırıb. Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıb.Qarşılaşmanın ikinci hissəsində hər iki komandanın qol vurmaq şansı olub. Görüşün 57-ci dəqiqəsində “Atletik” yenindən fərqlənib, lakin baş hakimin videonəzarət (VAR) sisteminə baxdıqda qolu saymayıb. Oyunun 77-ci dəqiqəsində “Barselona” yenidən hesabda önə keçib.Antuan Qrizman Jorji Albanın ötürməsindən sonra dublunu rəsmiləşdirib. Matçın bitməsinə bir dəqiqə qalmış Bilbao təmsilçisi hesabı bərabərləşdirməyə nail olub. Asyer Vilyalibre fərqlənərək komandasına final görüşündə qalib gəlmək üçün şans saxlayıb. Əsas vaxt heç-heçə bitdiyindən qalibi müəyyən etmək üçün iki 15 dəqiqədən ibarət əlavə vaxt oynanılıb.Görüşün 94-cü dəqiqəsində oyunda ilk dəfə “Atletik Bilbao” hesabda önə keçib. İnaki Villiams İker Munianin ötürməsini qola çevirib.Qarşılaşmada bir daha qol vurulmayıb.Beləliklə, “Atletik Bilbao” qələbə qazanaraq tarixində üçüncü dəfə İspaniya Super Kubokunun qalibi olub. Oyundan sonra qalibin mükafatlandırılması mərasimi olub. Gümüş medallar “Barselona” komandasının üzvlərinə təqdim edilib. Sonra kürsüyə “Atletik Bilbao” klubunun üzvləri çıxıblar. Qızıl medallar və İspaniya Super Kuboku qalib komandaya təqdim edilib.xeber100.com

Yanvar 18, 2021 9:22

Fransada güləş üzrə Henri Deqlan Qran-Pri turniri davam edir

Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan Qran-Pri turniri davam edir.Azərtac xəbər verir ki, yanvarın 16-da sərbəst güləşçilər mübarizə aparıblar.Mübarizəyə 1/4 finaldan qoşulan güləşçimiz İslam Bazarqanov (57 kq) Rumıniya təmsilçisini ilk hissədə üstələyərək yarımfinala vəsiqə qazanıb. Pəhləvanımız amerikalı güləşçi ilə gərgin keçən mübarizədə də güclü tərəf olaraq finala adlayıb. İ Bazarqanov finalda digər amerikalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.Millimizin üzvü Turan Bayramov (65 kq) ilk görüşdə yerli idmançıya heç bir şans tanımayıb. Dörddəbir finalda Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada sonuncu xal prinsipinə əsasən gənc pəhləvanımız adını yarımfinala yazdırıb. Finalın bir addımlığında amerikalı dünya ikincisinə uduzan həmyerlimiz fransalı güləşçiyə növbəti dəfə qalib gələrək turniri üçüncü pillədə başa vurub.Hacımurad Hacıyev (74 kq) ilk mərhələdə isveçrəli rəqibi üzərində inamlı qələbə qazanıb. Daha sonra H.Hacıyev Moldova güləşçisini çox qısa vaxtda xalçadan məyus yola salaraq yarımfinala yüksəlib. Amerikalı rəqibinə uduzan təmsilçimiz daha sonra alman güləşçini çətinlik çəkmədən məğlub edərək bürünc medala sahib olub.Millimizin üzvü Abubakr Abakarov (86 kq) debütdə Rusiya idmançısına yenilib. Təsəlliverici görüşdə polşalı rəqibini çətinliklə üstələyən A.Abakarov bürünc medal uğrunda mübarizədə İsveçrə nümayəndəsi üzərində də qələbə qazanıb.Turnirdə 92 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün dairəvi sistemdən istifadə olunub. Osman Nurməhəmmədov ilk görüşdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. İkinci görüşdə isə Almaniya idmançısını vaxtından əvvəl məğlub edib. Polşalı güləşçiylə bacarmayan pəhləvanımız bunun əvəzini İsveçrə təmsilçisindən çıxıb. Yekunda qazandığı 3 qələbəyə görə, O.Nurməhəmmədova gümüş medala layiq görülüb.Beləliklə, sərbəst güləşçilərimiz Qran-Pridə iki gümüş və üç bürünc medal əldə ediblər. Komanda hesabında 135 xal toplayan millimiz 3-cü yeri tutub.xeber100.com

Yanvar 17, 2021 9:38