“Qarabağ” komandası UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq

“Qarabağ” komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununa çıxacaq.Azərtac xəbər verir ki, Ağdam klubu I qrupun III tur matçında Türkiyədə “Sivasspor”un qonağı olacaq. “Yeni Sivas 4 Eylül” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.Qarşılaşma əvvəlcə Portuqaliyadan olan hakimlər briqadasına tapşırılsa da, UEFA sonradan əsas referi və yan xətt hakimlərini isveçrəlilərlə əvəzləyib. Əsas hakim Sandro Şörer olacaq. Ona həmyerliləri Stefan de Almeyda və Bekim Zoqay kömək edəcək. Dördüncü hakim funksiyasını Yanku Yoan Vasilitsa yerinə yetirəcək.Qrupdakı ilk iki oyunda məğlub olan komandalar 3-4-cü yerləri bölüşdürür. Sadəcə, vurulan topların sayına (1 qol) görə Azərbaycan çempionu sonuncu pillədə qərarlaşıb. Sivas təmsilçisi əvvəlki görüşlərdə 7 dəfə rəqib qapılarına yol tapıb.Superliqa klubu “Qarabağ”la oyuna ciddi itkilərlə çıxacaq. Rəqibin heyətində Ziya Erdal, Aaron Appindanqoe və Xorxe Feliksin zədə səbəbindən oynamayacağı dəqiqdir. Bundan başqa, İsrail “Makkabi”si (Təl-Əviv) ilə qarşılaşmada qırmızı vərəqə almış Samba Kamara da oyunu buraxacaq. Marselo Qoyano və Erdoğan Yeşilyurtun isə meydana çıxıb-çıxmayacağı sual altındadır. “Köhlən atlar”da isə zədəli və cəzalı futbolçu yoxdur.xeber100.com

Noyabr 5, 2020 2:17

Milli Basketbol Assosiasiyasının yeni mövsümünün təqvimi müəyyənləşib

Milli Basketbol Assosiasiyasında (MBA) yeni mövsümün başlanması ilə bağlı fikir ayrılığı yaranmışdı. Basketbolçular və liqa rəhbərliyi razılığa gələ bilmədiyindən mövsümün bir qədər gec başlayacağı gözlənilirdi. Artıq bu problem həll olunmaq üzrədir.Azərtac xəbər verir ki, MBA-nın yeni mövsümünün təqvimi müəyyənləşib. Amerika mətbuatının məlumatına görə, müntəzəm çempionat böyük ehtimalla, dekabrın 22-də start götürəcək. Liqa rəhbərliyi hələ iki həftə əvvəl mövsümün məhz bu tarixdə start götürəcəyini planlaşdırsa da, basketbolçular bununla razılaşmırdı. Uzunsürən müzakirələrdən sonra artıq tərəflər ortaq məxrəcə gəlib. Basketbolçular bir müddət əvvəl mövsümün yanvarın 18-də başlamasını və hər komandanın müntəzəm çempionatda 50 və ya 60 oyun keçirməsini istəyib. Lakin liqa rəhbərliyi onları fikrindən daşındıra bilib. Əslində, mövsümün dekabrdan start götürməsi hər iki tərəfə sərf edir. Belə ki, çempionat gec başlayacağı halda liqa və klublar daha ciddi maliyyə itkisi ilə qarşılaşa bilərdi. Hər halda, Milad bayramı günü ənənəvi oyunların keçirilməməsi reytinqə də mənfi təsir göstərir.Yeni təqvim planına gəlincə, komandalar dekabrın 1-dən təlim-məşq toplanışına başlayacaq və mövsümün startına qədər hər klub ən azı 3 yoxlama oyunu keçirəcək. Hər komanda müntəzəm çempionatda 72 oyuna çıxacaq, “All Star” həftəsi isə martın ortalarında təşkil olunacaq. Müntəzəm çempionat mayın ikinci 10 günlüyündə, pley-off iyulda başa çatacaq.xeber100.com

Noyabr 5, 2020 2:15

“Qarabağ” klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək

Bu gün Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.Azərtac xəbər verir ki, I qrupunda yer alan Ağdam təmsilçisi ikinci sınağında İspaniyanın “Vilyarreal” komandası ilə üz-üzə gələcək.Qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.Matç Çexiyadan olan hakimlər briqadasına həvalə edilib. Görüşün əsas hakimi Referi Pavel Orelə olacaq. Ona həmyerliləri Petr Blajey və İrji Krjij kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Andrey Peçanets yerinə yetirəcək.Qarşılaşmanın hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiuqova olacaq.“Köhlən atlar” Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyunu İstanbuldakı “Başakşehir Fatih Terim” stadionunda keçirəcək.Hər iki komandanın heyətində oyun öncəsi itkilər var. “Qarabağ”da Bədavi Hüseynov matçı buraxa bilər. Mahir Emreli və Maksim Medvedevin meydana çıxması da sual altındadır. “Vilyarreal”da isə Dani Parexo, Pervis Estupinyan və Jerar Moreno Azərbaycan çempionuna qarşı oynamayacaqlar.Qurban Qurbanovun başçılıq etdiyi komanda qrupun ilk oyununda İsrailin “Makkabi Təl-Əviv” komandasına uduzub - 0:1. “Vilyarreal” isə öz meydanında keçirdiyi görüşdə “Sivasspor”a qalib gəlib - 5:3.xeber100.com

Oktyabr 29, 2020 1:58