11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

2020/2021-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirir

2020/2021-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu daha bir futbolçunu transfer edib.Klubun mətbuat xidmətindən Azərtac–a bildirilib ki, son mövsümü İranın Yüksək Liqası təmsilçisi “Pars Jonoubi Jam” klubunda keçirən Azərbaycan əsilli Adəm Həmati ilə 1+1 illik müqavilə imzalanıb. 25 yaşlı yarımmüdafiəçi “21” nömrəli formada çıxış edəcək.Qeyd edək ki, Kanadanın “Toronto City” klubunun akademiyasının yetirməsi olan Adəm Həmati peşəkar karyerasına 2014-cü ildə Fransanın “Nitsa” klubunun əvəzedici heyətində başlayıb. Daha sonra isə İranın “Persepolis” klubuna keçən Adəmin son klubu “Pars Jonoubi Jam” komandası olub.xeber100.com

Avqust 19, 2020 1:20

TASS informasiya agentliyinin məlumatına görə…

İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Mütləq Döyüş Çempionatı (UFC) kəmərinin sahibi rusiyalı Həbib Nurməhəmmədovla revanş döyüşü keçirməyə layiqdir.TASS informasiya agentliyi İrlandiyalının dostu və təlim tərəfdaşı Peter Quillin söyləyib.K.Makqreqorun güclü MMA döyüşçüsü olduğunu vurğulayan P.Quillin onun Həbib Nurməhəmmədov-Castin Getji qarşılaşmasının qalibi ilə döyüşə biləcəyini bildirib. O, qeyd edib ki, təlim-məşq toplanışında düzgün hazırlıq nəticəsində Konor Makqreqor H.Nurməhəmmədova qalib gələ bilər.Qeyd edək ki, 2018-ci ildə Las-Veqasda UFC 229 şousu çərçivəsində K.Makqreqor ilə H.Nurməhəmmədov arasında döyüş keçirilib. “T-Mobile” arenasında təşkil olunan döyüş Həbib Nurməhəmmədovun qələbəsi ilə başa çatıb. K.Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Karyerası ərzində keçirdiyi 26 döyüşdən 22-də qələbə (19 vaxtdan əvvəl) qazanıb, 4 dəfə məğlub olub.xeber100.com

Avqust 18, 2020 11:51

“Qarabağ” klubu 2020-2021-ci il mövsümünə start verir

Bu gün Ağdamın “Qarabağ” klubu avrokuboklarda 2020-2021-ci il mövsümünə start verir.Azərtac xəbər verir ki, ağdamlılar I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubunu qəbul edəcəklər.Bu oyunun qalibi yeni reqlamentə görə, bir oyunla məlum olacaq.Qarşılaşma Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Yaroslav Kozıka yan xətt hakimləri Viktor Nijnik və Vladimir Korotin köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Anatoli Abdulla yerinə yetirəcək.Görüşün hakim-inspektoru isə macarıstanlı Atilla Abraham olacaq.Qeyd edək ki, “Qarabağ” – “Sileks” oyunu avqustun 18-də saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola Eş” (Lüksemburq) oyununun güclüsü ilə üz-üzə gələcək.xeber100.com

Avqust 18, 2020 11:47

Avropa Liqasının birinci təsnifat mərhələsində

Lüksemburqun “Proqress” klubunun Avropa Liqasının birinci təsnifat mərhələsində “Enqrodan” (Andorra) – “Zeta” (Monteneqro) cütünün qalibi ilə keçirəcəyi görüş azərbaycanlı hakimlərə həvalə edilib.Azərtac xəbər verir ki, matçın baş hakimi Rəhim Həsənov olacaq. Ona həmyerliləri Mübariz Haşımov və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakimi funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.Qeyd edək ki, görüş avqustun 26-da keçiriləcək.xeber100.com

Avqust 18, 2020 11:44

Türkiyədə Avropa Cüdo Birliyinin seçki konqresi keçiriləcək

Bu ilin dekabrında Türkiyədə Avropa Cüdo Birliyinin (EJU) seçki konqresi keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə TASS informasiya agentliyinə təşkilatın prezidenti Sergey Soloveyçik məlumat verib.S.Soloveyçik, həmçinin seçkilərdə iştirak edəcəyini və qurumun prezidentliyinə yenidən namizədliyini irəli sürəcəyini qeyd edib. Qurumun rəhbəri qarşıdakı yarışlarla bağlı açıqlamasında təqvimin hələ hazır olmadığını da diqqətə çatdırıb.Qeyd edək ki, Tokio Olimpiadasına vəsiqə verən Avropa çempionatı Praqada aprelin 30-dan mayın 3-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən turnir noyabr ayına təxirə salınıb.xeber100.com

Avqust 18, 2020 11:41

Futbolçulardan ibarət Avropa çempionatının seçmə mərhələsində

İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının keçirəcəyi oyunların stadionları müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, millimiz oktyabrın 8-də Nitra şəhərindəki Nitra stadionunda Slovakiya, oktyabrın 13-də isə Qori şəhərindəki Tengiz Burjanadze adına stadionda Gürcüstan yığması ilə qarşılaşacaq.xeber100.com

Avqust 17, 2020 11:02

“Zirə” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

Bakının "Zirə" futbol klubu heyətinə yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, Rəşad Sadıqovun komandası Kayo Rangellə anlaşıb. 24 yaşlı braziliyalı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.Hücumçu daha əvvəl ölkəsinin "Kruzeyro", "Krisiuma", "Yuventude", "Parana", "San Bento", "Ferrovayra", İtaliyanın "Kalyari", Portuqaliyanın "Arouka" və "Eştoril", klublarının da şərəfini qoruyub. Braziliyanın 17 yaşadək futbolçulardan ibarət millisində də 8 oyun keçirən vinger 3 dəfə fərqlənib.Xatırladaq ki, "Zirə" bunadək Klesio Bauk, Rəşad Eyyubov, Kərim Diniyev, Sərtan Taşqın, Şəhriyar Rəhimov, Ruslan Qurbanov, Rəşad Əzizli, Tural Bayramlı, Ayxan Süleymanlı, Lazar Corceviç, Hacıağa Hacılı və Cəlal Hüseynovu heyətinə qatmışdı.xeber100.com

Avqust 17, 2020 10:56

“Keşlə” futbol klubu növbəti transferini reallaşdırıb

Paytaxtın "Keşlə" futbol klubu növbəti transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, Bakı təmsilçisi braziliyalı müdafiəçi Artur Batista de Souzanı heyətinə qatıb. 26 yaşlı oyunçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.Qeyd edək ki, son iki mövsümü Ukraynanın “Vorskla” klubunda keçirən Artur 29 oyunda 3 qol ötürməsi verib.xeber100.com

Avqust 17, 2020 10:54

UEFA Avropa Liqasının ikinci finalçısı müəyyənləşəcək

Bu gün UEFA Avropa Liqasında növbəti yarımfinal görüş keçiriləcək.Azərtac xəbər verir ki, Almaniyanın Düsseldorf şəhərindəki eyniadlı arenada İtaliyanın “İnter” klubu Ukraynanın “Şaxtyor” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlanacaq oyunu polşalı Şimon Martsinyak idarə edəcək.Qeyd edək ki, bu görüşün qalibi finalda İspaniyanın “Sevilya” komandası ilə üz-üzə gələcək. “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu məğlub edib - 2:1. Həlledici qarşılaşma avqustun 21-də Köln şəhərində reallaşacaq.xeber100.com

Avqust 17, 2020 10:52

“Barselona” klubunun baş məşqçisi postundan kənarlaşdırılıb

Kike Setyen İspaniyanın “Barselona” klubunun baş məşqçisi postundan kənarlaşdırılıb.Azərtac xəbər verir ki, bu barədə klub prezidenti Xosep Bartomeu açıqlamasında bildirib.“Setyen işindən azad olundu”, - deyə o vurğulayıb.Altmış bir yaşlı mütəxəssisi İngiltərənin “Tottenhem” komandasının sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya “Barselona”nın keçmiş kapitanı, artıq Qətərin “Əl-Sədd” komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər.Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən “Barselona” UEFA Çempionlar Liqasının dörddəbir finalında Almaniyanın “Bavariya” klubuna böyük hesabla uduzub - 2:8.xeber100.com

Avqust 17, 2020 10:49
    Page 252 of 831« First«...102030...250251252253254...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az