07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Mançester Siti” -“Lion” oyununun ən yaxşı futbolçusunun adı açıqlanıb

UEFA “Mançester Siti” (İngiltərə)-“Lion” (Fransa) oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.Azərtac xəbər verir ki, bu ada parislilərin hücumçusu Musa Dembele layiq görülüb. İyirmi dörd yaşlı forvard 3:1 hesablı qələbədə 75-ci dəqiqə meydanda çıxan futbolçu, iki qolla yadda qalıb.Xatırladaq ki, fransızlar növbəti mərhələdə Almaniyanın “Bavariya” komandası ilə qarşılaşacaq.Digər yarımfinal görüşündə isə “Paris Sen-Jemen” (Fransa) və “Leyptsiq” (Almaniya) komandaları üz-üzə gələcək. Görüşlər avqustun 18-19-da təşkil olunacaq.Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.xeber100.com

Avqust 16, 2020 1:34

İngiltərə çempionatı 2019-2020-ci il mövsümündə

Futbol üzrə İngiltərə çempionatında 2019-2020-ci il mövsümünün ən yaxşı məşqçisi məlum olub.Azərtac xəbər verir ki, qurumun rəsmi saytında azarkeşlər və futbol mütəxəssislərinin iştirakı ilə keçirilmiş səsvermənin yekunlarına görə, “Liverpul”un çalışdırıcısı Yurgen Klopp qalib olub. O, “Çelsi”nin baş məşqçisi Frenk Lempard, “Lester Siti”nin çalışdırıcısı Brendan Rodjers və “Şeffild Yunayted”in baş məşqçisi Kris Uaylderi geridə qoyub.Qeyd edək ki, “Liverpul” 2019-2020-ci il mövsümündə Y.Kloppun baş məşqçiliyi altında 30 il sonra Premyer Liqanın qalibi adını qazanıb.xeber100.com

Avqust 16, 2020 1:19

Futbol üzrə Moldova çempionatı müvəqqəti dayandırılıb

Futbol üzrə Moldova çempionatı müvəqqəti olaraq dayandırılıb.Azərtac xəbər verir ki, bu barədə Moldova Futbol Federasiyanın (MFF) rəsmi saytı məlumat yayıb.Koronavirus pandemiyası səbəbindən milli divizionda sentyabrın 11-dək fasilə elan olunub. Klubların müraciətindən sonra MFF çempionatın 9-10-cu turlarını təxirə salıb.xeber100.com

Avqust 15, 2020 7:58

TASS agentliyinin məlumatı əsasında…

Uqandalı atlet Coşua Çepteqei Monakoda keçirilən Zümrüd Liqasında 5000 metr məsafəyə qaçış yarışında yeni dünya rekordu müəyyənləşdirib.TASS agentliyi xəbər verir ki, 23 yaşlı idmançı bu məsafəni 12 dəqiqə 35,36 saniyəyə qət edib. Əvvəlki rekord efiopiyalı atlet Kenenisa Bekeleyə məxsusdur. O, 2004-cü ilin mayında bu məsafəni 12 dəqiqə 37,35 saniyəyə qət etmişdi.K.Çepeqeti 2019-cu ildə keçirilmiş dünya çempionatının qalibidir. O, 2017-ci ildə dünya çempionatında 10 min metr məsafəyə qaçış yarışında gümüş medala sahib olub.xeber100.com

Avqust 15, 2020 7:24

Rusiya Premyer Liqasında ikinci turun oyunları keçirilir

Futbol üzrə Rusiya Premyer Liqasında ikinci turun oyunları keçirilir.Azərtac xəbər verir ki, Azərbaycan futbolçusu Kamran Əliyevin formasını geyindiyi "Ximki” komandası səfərdə “Soçi” ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib – 1:1.K.Əliyev start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.xeber100.com

Avqust 15, 2020 7:10

2020/2021-ci illər mövsümü üçün transfer çalışmaları davam edir

2020/2021-ci illər mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” futbol klubu növbəti futbolçunu heyətinə cəlb edib. Belə ki, son klubu İsfahanın “Sepahan” komandası olan Azərbaycan əsilli futbolçu Əli Qurbani ilə 1+1 illik müqavilə imzalanıb.“Sumqayıt” Futbol Klubunun mətbuat xıdmətindən Azərtaac-a bildirilib ki, 29 yaşlı hücumçu komanda da “9” nömrəli formada çıxış edəcək.Cənubi azərbaycanlı olan Əli Qurbani “Nassaji” klubunun yetirməsidir. 2010-2011-ci illər mövsümündə adıçəkilən klubun əsas komandasının da formasını geyinib (18 oyun, 3 qol). Əli son klubu olan “Sepahan”la yanaşı (39 oyun, 4 qol) “Gahar” (23 oyun, 7 qol), “Shahr Khodro” (17 oyun, 3 qol), “Naft Tehran” (61 oyun, 16 qol), “İstiqlal” (55 oyun, 13 qol) və “Spartak Trnava” (9 oyun, 2 qol) klublarında da oynayıb.xeber100.com

Avqust 15, 2020 7:02

Ümumdünya Şahmat Olimpiadasının oyunları keçirilib

Avqustun 14-də Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunda ilk günün oyunları keçirilib.Azərtac xəbər verir ki, A qrupunda Almaniya (12 xal), B qrupunda Slovakiya və Rumıniya (hərəyə 13 xal), C qrupunda İspaniya (13,5 xal), D qrupunda Türkiyə (15,5 xal), E qrupunda Macarıstan (10 xal) komandaları liderliyi ələ alıblar. Qeyd edək ki, bu mərhələdə 5 qrupda 50 komanda mübarizə aparır.İkinci divizionun oyunları avqustun 16-dək davam edəcək. Olimpiada çərçivəsində artıq baza, dördüncü və üçüncü divizionların oyunları keçirilib.Turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.Olimpiada avqustun 30-dək davam edəcək.xeber100.com

Avqust 15, 2020 6:59

UEFA Almaniya-İspaniya oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb

UEFA “Bavariya” (Almaniya)-“Barselona” (İspaniya) oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.Azərtac xəbər verir ki, bu ada münxenlilərin futbolçusu Tomas Müller layiq görülüb. Otuz yaşlı forvard 8:2 hesablı qələbədə 90 dəqiqə meydanda olub, iki qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Avqust 15, 2020 6:56

Sivasspor” futbol klubu baş məşqçisi ilə müqaviləni yeniləyəcək

Türkiyənin “Sivasspor” futbol klubu baş məşqçisi Rıza Çalımbayla müqaviləsinin müddətini uzatmaqla bağlı razılıq əldə edib.Azərtac xəbər verir ki, tərəflər arasında uzun müddət davam edən danışıqlar müsbət nəticə verib. Əlli yeddi yaşlı mütəxəssislə müqavilənin imzalanma mərasimi “4 Eylül” stadionunda keçiriləcək.Qeyd edək ki, R.Çalımbay bundan əvvəl 2010-2012-ci illərdə də “Sivasspor”un sükanı arxasında olub.xeber100.com

Avqust 15, 2020 6:52

“Criterium Du Dauphine” veloyürüşü davam edir

Fransada “Criterium Du Dauphine” veloyürüşü davam edir. İştirakçılar yarışın ikinci mərhələsində 135 kilometr məsafə qət ediblər.Azərtac xəbər verir ki, sloveniyalı velosipedçi Primoj Roqliç finiş xəttini rəqiblərindən tez keçib.O, 3 saat 39 dəqiqə 40 saniyəlik nəticə göstərib. Fransa idmançısı Tibo Pino ikinci olub. O, finiş xəttini liderdən 8 saniyə gec keçib. İlk üçlüyü isə almaniyalı Emmanuel Buxman tamamlayıb. Mərhələnin qalibi olan P.Roqliç ümumi yarış cədvəlində liderliyi ələ keçirib.Beş mərhələdən ibarət veloyürüşə avqustun 16-da yekun vurulacaq.xeber100.com

Avqust 14, 2020 11:41
    Page 253 of 831« First«...102030...251252253254255...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az