11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Ümumdünya Şahmat Olimpiadasının oyunları keçirilib

Avqustun 14-də Ümumdünya Şahmat Olimpiadasının ikinci divizionunda ilk günün oyunları keçirilib.Azərtac xəbər verir ki, A qrupunda Almaniya (12 xal), B qrupunda Slovakiya və Rumıniya (hərəyə 13 xal), C qrupunda İspaniya (13,5 xal), D qrupunda Türkiyə (15,5 xal), E qrupunda Macarıstan (10 xal) komandaları liderliyi ələ alıblar. Qeyd edək ki, bu mərhələdə 5 qrupda 50 komanda mübarizə aparır.İkinci divizionun oyunları avqustun 16-dək davam edəcək. Olimpiada çərçivəsində artıq baza, dördüncü və üçüncü divizionların oyunları keçirilib.Turnirə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.Olimpiada avqustun 30-dək davam edəcək.xeber100.com

Avqust 15, 2020 6:59

UEFA Almaniya-İspaniya oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb

UEFA “Bavariya” (Almaniya)-“Barselona” (İspaniya) oyununun ən yaxşı futbolçusunun adını açıqlayıb.Azərtac xəbər verir ki, bu ada münxenlilərin futbolçusu Tomas Müller layiq görülüb. Otuz yaşlı forvard 8:2 hesablı qələbədə 90 dəqiqə meydanda olub, iki qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Avqust 15, 2020 6:56

Sivasspor” futbol klubu baş məşqçisi ilə müqaviləni yeniləyəcək

Türkiyənin “Sivasspor” futbol klubu baş məşqçisi Rıza Çalımbayla müqaviləsinin müddətini uzatmaqla bağlı razılıq əldə edib.Azərtac xəbər verir ki, tərəflər arasında uzun müddət davam edən danışıqlar müsbət nəticə verib. Əlli yeddi yaşlı mütəxəssislə müqavilənin imzalanma mərasimi “4 Eylül” stadionunda keçiriləcək.Qeyd edək ki, R.Çalımbay bundan əvvəl 2010-2012-ci illərdə də “Sivasspor”un sükanı arxasında olub.xeber100.com

Avqust 15, 2020 6:52

“Criterium Du Dauphine” veloyürüşü davam edir

Fransada “Criterium Du Dauphine” veloyürüşü davam edir. İştirakçılar yarışın ikinci mərhələsində 135 kilometr məsafə qət ediblər.Azərtac xəbər verir ki, sloveniyalı velosipedçi Primoj Roqliç finiş xəttini rəqiblərindən tez keçib.O, 3 saat 39 dəqiqə 40 saniyəlik nəticə göstərib. Fransa idmançısı Tibo Pino ikinci olub. O, finiş xəttini liderdən 8 saniyə gec keçib. İlk üçlüyü isə almaniyalı Emmanuel Buxman tamamlayıb. Mərhələnin qalibi olan P.Roqliç ümumi yarış cədvəlində liderliyi ələ keçirib.Beş mərhələdən ibarət veloyürüşə avqustun 16-da yekun vurulacaq.xeber100.com

Avqust 14, 2020 11:41

Tennisçilər arasında beynəlxalq turnir davam edir

ABŞ-ın Leksinqton şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 225 min ABŞ dolları olan WTA seriyalı turnirdə dörddəbir finalçıları müəyyənləşib.Azərtac xəbər verir ki, bu mərhələdə amerikalı Uilyams bacılarının dueli diqqət çəkib. Görüş 2 saat 21 dəqiqə çəkib. Mübarizəyə daha yaxşı başlayan Vinus ilk setdə 6:3 hesabı ilə qələbə qazanıb. Sonradan təşəbbüsü ələ alan Serena Uilyams eyni hesabla qalib gələrək tarazlığı bərpa edib. Sonuncu setdə 6:4 hesabı ilə rəqibini məğlub edən Serena dörddəbir finala yüksəlib.Turnirə avqustun 16-da yekun vurulacaq.xeber100.com

Avqust 14, 2020 11:38

İngiltərə kuboku yarışlarının reqlamentində dəyişiklik edilib

Futbol üzrə İngiltərə kuboku yarışlarının reqlamentində dəyişiklik edilib.Azərtac xəbər verir ki, yeni qaydaya əsasən, koronavirus pandemiyası fonunda təqvimdə yarana biləcək sıxlığı aradan qaldırmaq üçün 2020/2021-ci il mövsümündə heç-heçə başa çatan matçlar təkrarlanmayacaq. Qalib əlavə vaxtda və ya ehtiyac olarsa, penaltilər seriyasında müəyyənləşəcək.Kubokun püşkatması sentyabrın 1-də olacaq. Final matçının 2021-ci il mayın 15-də “Uembli” stadionunda keçiriləcəyi planlaşdırılıb.xeber100.com

Avqust 14, 2020 11:35

“Konyaspor” komandası heyətini yeni futbolçu ilə gücləndirib

Türkiyənin "Konyaspor" komandası heyətini yeni futbolçu ilə gücləndirib.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, Superliqa komandası "Ərzurumspor"la müqaviləsi başa çatan İbrahim Şehiçi transfer edib.Bosniya və Herseqovina yığmasının qapıçısı ilə 3+1 illik müqavilə imzalanıb.Qeyd edək ki, İ.Şehiç "Erzurumspor"a 2018-ci ildə "Qarabağ"dan keçib. O, 2015- 2018-ci illərdə Ağdam təmsilçisinin heyətində çıxış edib.xeber100.com

Avqust 14, 2020 11:33

Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümündə

Azərbaycan Premyer Liqasının 2020-2021-ci il mövsümü sayca 29-cu ölkə çempionatı olacaq.Azərtac Peşəkar Futbol Liqasının (PFL) saytına istinadla xəbər verir ki, 1992-ci ildən keçirilən turnirin əvvəlki 28 mövsümündən ikisi yaz-payız, digərləri payız-yaz sistemi ilə keçirilib. Biri başa çatmayan 28 mövsümdə ümumilikdə 60 komanda oynayıb. Qarşıdakı mövsümdə debütant olmayacağından bu rəqəm dəyişməyəcək.Altmış iştirakçıdan yalnız ikisi bütün çempionatlarda mübarizə aparıb. Bunlar “Neftçi” və “Qarabağ”dır. Ölkə çempionatları tarixinin ümumi cədvəlinə başçılıq edən bakılılar ötən mövsümün gedişində zirvəni əldən versə də, yenə Ağdam təmsilçisindən 1 xal öndə qərarlaşıblar. Üçüncü pillədə “Keşlə”, dördüncü sırada “Kəpəz”, beşinci yerdə isə “Turan” klubudur.xeber100.com

Avqust 14, 2020 11:28

Beynəlxalq Şahmat Federasiyası şahmatçılara maliyyə dəstəyi göstərib

Beynəlxalq Şahmat Federasiyası (FİDE) veteran şahmatçılara maliyyə dəstəyi göstərib.Azərtac FIDE-nin rəsmi saytına istinadla xəbər verir ki, veteran şahmatçılara ayrılan illik vəsaitdən daha 21 min avro şahmatın inkişafına töhfə verən veteran idmançılar arasında bölüşdürülüb. Bunların arasında Rusiya, Ukrayna, Almaniya, Argentina, İngiltərə, Bolqarıstan və digər ölkələrin nümayəndələri yer alıb.Qeyd edək ki, bu ilin aprelində veteran şahmatçılara 35 min avro maliyyə dəstəyi göstərilmişdi.xeber100.com

Avqust 14, 2020 11:25

“Qalatasaray” futbol klubu heyətinə daha bir futbolçu cəlb edib

Türkiyənin “Qalatasaray” futbol klubu heyətinə daha bir futbolçu cəlb edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçiləri “Sivasspor”dan ayrılan Emre Kılınçı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.Qeyd edək ki, E.Kılınç superliqada başa çatan mövsümdə 28 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmənin müəllifi olub.xeber100.com

Avqust 13, 2020 2:21
    Page 254 of 831« First«...102030...252253254255256...260270280...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az