İtaliya A Seriyasının sonuncu – 38-ci turunun oyunlarına start verilib

Avqustun 1-də futbol üzrə İtaliya A Seriyasının sonuncu - 38-ci turunun oyunlarına start verilib.Azərtac xəbər verir ki, son 11 oyunda məğlub olmayan “Milan” öz meydanında “Kalyari” komandasını qəbul edib. Rafael Leao, Zlatan İbrahimoviç və Samuel Kastilyexonun qolları sayəsində növbəti qələbəsini qazanan “Milan” xal ehtiyatını 66-a çatdıraraq çempionatı altıncı pillədə, “Kalyari” isə 45 xalla 13-cü yerdə başa vurub.Çempionluğu ötən həftə qazanmış “Yuventus” öz meydanında əzəli rəqibi “Roma”nı qəbul edib. Dörd qol vurulan görüşdə qonaqlar 3:1 hesabı ilə qələbə qazanıb. Turin təmsilçisi cari mövsümdə öz meydanında ilk dəfə məğlubiyyətə uğrayıb. “Roma” bu qələbədən sonra 70 xal toplayaraq A Seriyasını beşinci, “Yuventus” isə 83 xalla birinci yerdə tamamlayıb. Sonuncu turun maraq doğuran digər qarşılaşması “San Paolo” stadionunda oynanılıb.“Latsio” klubunu qəbul edən “Napoli” 3:1 hesabı ilə qalib gəlib.“Atalanta” öz meydanında “İnter”ə məğlub olub - 3:1. “Sampdoriya”-“Breşiya” oyununda isə qalib müəyyənləşməyib - 1:1.Beləliklə, İtaliyanı növbəti mövsümdə UEFA Çempionlar Liqasında “Yuventus”, “İnter”, “Atalanta” və “Latsio”, UEFA Avropa Liqasında isə “Milan”, “Roma” və “Napoli” klubları təmsil edəcək.xeber100.com

Avqust 2, 2020 9:39

İngiltərə kuboku uğrunda yarışın final görüşü oynanılıb

İyulun 1-də futbol üzrə İngiltərə kuboku (FA) uğrunda yarışın final görüşü oynanılıb.Azərtac xəbər verir ki, “Uembli” stadionunda Londonun iki təmsilçisi - “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəliblər.Qarşılıqlı hücumlar şəraitində keçən görüşdə “Arsenal” klubu 2:1 hesabı ilə qalib gəlib.Oyunda hesabı “Çelsi” komandası erkən qolla açıb. Matçın 5-ci dəqiqəsində Kristian Pulişiçin zərbəsi dəqiq olub - 0:1. Görüşün 28-ci dəqiqəsində Kiyeran Tierneyin ötürməsində sonra Pyer Emerik-Obameyanq qapıçı ilə üzə-üzə qalıb. Lakin “Çelsi”nin müdafiəçisi və kapitanı Sezar Azpiliketa cərimə meydançasında rəqibinə qarşı kobud oynayıb. Matçın baş hakimi videonəzarət sisteminə (VAR) baxdıqdan sonra “Çelsi”nin qapısına 11 metirlik cərimə zərbəsi təyin edib. Zərərçəkən zərbəni dəqiq yerinə yetirib - 1:1. Qarşılaşmanın 68-ci dəqiqəsində “Arsenal” klubu qələbə topunu vurub. Nikolas Pepenin ötürməsindən sonra Obameyanq fərdi ustalığı sayəsində topu qapıçının başı üzərindən qapıya göndərib. Beləliklə, qabonlu hücumçu dublunu rəsimləşdirərək oyunda son nöqtəni qoyub – 2:1.Oyunun 73-cü dəqiqəsində “Çelsi” klubunun yarımmüdafiəçisi Mateo Kovaçiç ikinci dəfə sarı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb.Beləliklə, 2:1 hesabı ilə qalib gələn “Arsenal” tarixində 14-cü dəfə İngiltərə Liqa kubokunu başı üzərinə qaldırıb. Komanda bu göstərici üzrə öz rekordunu yeniləyib.Xatırladaq ki, “Arsenal” yarımfinalda “Mançester Siti”ni (2:0), “Çelsi” isə “Mançester Yunayted”i (3:1) məğlub edib.xeber100.com

Avqust 1, 2020 11:18