15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Keşlə” futbol klubu yeni müqavilə imzalayıb

Bakının “Keşlə” klubu ukraynalı futbolçu Dmitro Klots ilə müqavilə imzalayıb.Azərtac  kluba istinadla xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi yeni mövsümün sonunadək Bakı komandasının şərəfini qoruyacaq.Qeyd edək ki, futbolçu karyerası ərzində yalnız Ukraynanın “Karpatı” klubunda çıxış edib. O, 5 il ərzində Ukrayna Premyer Liqası çərçivəsində 106 oyun keçirib və 1 qol vurub.xeber100.com

Avqust 8, 2020 6:38

“Ralli Estonia” avtomobil yarışları sentyabrın əvvəlində keçiriləcək

“Ralli Estonia” avtomobil yarışları bu il sentyabrın əvvəlində keçiriləcək.“BNS” informasiya agentliyi xəbər verir ki, bunu Estoniyanın Mədəniyyət naziri Tınis Lukas mətbuat konfransında açıqlayıb.“Ralli olduqca təhlükəsiz şəraitdə keçiriləcək. Lakin azarkeşlərin iştirakı ilə bağlı qərarlar zamanı gəldikdə qəbul ediləcək”, – deyə T. Lukas söyləyib.Estoniyanın Baş Naziri Yuri Ratas yarışın ölkəsi üçün olduqca mühüm tədbir olduğunu qeyd edərək deyib: “Hesab edirəm ki, idmançılardan hazırda olduqları ölkələrdə analiz götürmək məqbul olardı. Analizin nəticəsinin neqativ olması idmançıların 14 gün ərzində karantində qalmamasını təmin edəcək”.Estoniyada ilk dəfə təşkil olunacaq “Rally Estonia” avtomobil yarışları üzrə dünya çempionatının mərhələsi sentyabrın 4-6-da Tartu, Otepya, Elva, Kanepi və Kambya şəhərlərinin traslarında keçiriləcək.xeber100.com

Avqust 8, 2020 6:35

Futbol üzrə 2020-2021-ci il mövsümünün vaxtı müəyyənləşib

Futbol üzrə Azərbaycan çempionatının 2020-2021-ci il mövsümünün transfer dövrlərinin vaxtı müəyyənləşib.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, yay transfer pəncərəsi avqustun 3-dən oktyabrın 5-dək davam edəcək. Qışda isə klublar transferlərini yanvarın 10-dan fevralın 10-dək reallaşdıra biləcəklər.xeber100.com

Avqust 8, 2020 6:32

Şahmat üzrə ilk dünya çempionatı keçiriləcək

Noyabrın 27-dən 29-dək onlayn formatda şahmat üzrə ilk şirkətlərarası dünya çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında məlumat verilib.Məlumatda qeyd edilib ki, çempionatda hər birinin heyətində dörd şahmatçı olan komandalar mübarizə aparacaqlar. Komandaların üzvlərindən ən azı biri qadın şahmatçı olmalıdır. Bundan əlavə, komandada yalnız bir peşəkar oyunçunun (FIDE reytinqi 2500-dən yuxarı) iştirakına icazə verilir. Hər matçda iştirak edəcək heyətdə oyunçulardan ən azı üçü təmsil etdiyi şirkətin işçiləri olmalıdır.Qalib gələn komanda 2021-ci ilin oktyabrında Barselonada keçiriləcək ikinci şirkətlərarası dünya çempionatına dəvət ediləcək.xeber100.com

Avqust 8, 2020 6:28

“Qarabağ” klubu daha bir yoxlama oyunu keçirəcək

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək Ağdamın “Qarabağ” klubu yeni mövsümə hazırlıq məqsədi ilə daha bir yoxlama oyunu keçirəcək.Azərtac kluba istinadla xəbər verir ki, Ağdam təmsilçisi “Sabah”la qarşılaşacaq. Avqustun 11-də keçirilməsi planlaşdırılan görüş Tofiq Bəhramov adına Respublika Stadionunda olacaq.Qeyd edək ki, “Qarabağ” Qəbələdə təlim-məşq toplanışı çərçivəsində “Sabah”a 1:2 hesabı ilə uduzmuşdu.xeber100.com

Avqust 7, 2020 1:05

UEFA Avropa Liqasının final mərhələsinə yekun vurulub

UEFA Avropa Liqasının dörddəbir finalına yüksələn bütün komandaların adları müəyyənləşib.Azərtac xəbər verir ki, səkkizdəbir final mərhələsinin son cavab görüşləri nəticəsində bu hüquqa İngiltərənin “Vulverhempton” və İsveçrənin “Bazel” komandaları da yiyələnib.“Vulverhempton” Yunanıstanda 1:1 hesablı heç-heçə etdiyi “Olimpiakos” (Yunanıstan) komandanı öz meydanında minimal hesabla üstələyib. Yeganə qolu 8-ci dəqiqədə penaltidən Raul Ximenes vurub.“Bazel” isə Almaniyada 3:0 hesabı ilə darmadağın etdiyi Frankfurtun “Ayntaxt” komandasına evdə qalib gəlib - 1:0. Oyunun 87-ci dəqiqəsində Fabian Frayın vurduğu qol oyunda yeganə olub.Beləliklə, dörddəbir finalda görüşəcəklər: “Vulverhempton” (İngiltərə) – “Sevilya” (İspaniya); “Şaxtyor” (Ukrayna) – “Bazel” (İsveçrə); “İnter” (İtaliya) – “Bayer” (Almaniya); “Mançester Yunayted” (İngiltərə) – “Kopenhagen” (Danimarka). Oyunlar avqustun 10-11-də Almaniyanın 4 şəhərində təşkil olunacaq.xeber100.com

Avqust 7, 2020 1:03

Tennisçilər arasında beynəlxalq turnir davam edir

İtaliyanın Palermo şəhərində qadın tennisçilər arasında beynəlxalq turnir davam edir. Mükafat fondu 163 min ABŞ dolları olan WTA seriyalı turnirdə səkkizdəbir final mərhələsinə yekun vurulub.Azərtac xəbər verir ki, ikinci mərhələdə estoniyalı Anett Kontaveytlə almaniyalı Laura Ziqemund qarşılaşıblar. Görüş 2 saat 20 dəqiqə çəkib. Mübarizəyə almaniyalı raketka ustası daha yaxşı başlayıb. İlk setdə 6:2 hesabı ilə qələbə qazanan Laura sonradan təşəbbüsü əldən verib. Növbəti hissədə 6:2 hesabı ilə qalib gələn Kontaveyt tarazlığı bərpa edib. Sonuncu hissə də estoniyalı tennisçinin xeyrinə başa çatıb – 6:2.Beləliklə, A.Kontaveyt dörddəbir finala yüksəlib. Növbəti mərhələyə adlayanlar arasında italiyalı Sara Errani, onun həmyerlisi Elizabetta Koçaretto, fransalı Fiona Ferro və digərləri var. Pandemiyaya görə 5 aylıq fasilədən sonra keçirilən WTA seriyalı turnirə avqustun 9-da yekun vurulacaq.xeber100.com

Avqust 7, 2020 1:00

“Qarabağ” futbol klubu “Keşlə” klubu ilə üz-üzə gəlib

Qəbələdə UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə hazırlaşan Ağdamın "Qarabağ" futbol klubu növbəti yoxlama oyununda "Keşlə" klubu ilə üz-üzə gəlib.Azərtac xəbər verir ki, komandalar avqustun 5-də qüvvələrini yenidən sınayıblar. Matç Ağdam klubunun 4:0 hesablı qələbəsi ilə başa çatıb.Xatırladaq ki, bu, avrokubok iştirakçılarımızın Qəbələdə 4-cü sınaq matçı olub. Bu komandalar yay fasiləsində ilk yoxlama oyunlarını öz aralarında keçirib və Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi qeydə alınıb. Avroliqa təmsilçimiz "Keşlə" bundan sonra "Zirə"ni 1:0, "Səbail"i 2:0 hesabıyla məğlub edib. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" isə növbəti görüşlərində "Sabah"a 1:2 hesabıyla uduzub, "Neftçi"yə isə 1:0 hesabıyla qalib gəlib.xeber100.com

Avqust 6, 2020 11:34

“Qalatasaray” futbol klubu Arda Turanı transfer edib

Türkiyənin "Qalatasaray" futbol klubu sabiq yarımmüdafiəçisi Arda Turanı transfer edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları barədə məlumat verilməyib.Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan A.Turan 2004-2011-ci illərdə İstanbul təmsilçisində oynayıb. Yarımmüdafiəçi 2018-2019-cu il mövsümü və 2019-2020-ci il mövsümünün ilk yarısını icarə əsasında "Başakşəhər"də keçirib. Onun "Barselona" ilə müqaviləsi isə bu yay başa çatıb.xeber100.com

Avqust 6, 2020 11:30

“Sumqayıt” futbol komandası növbəti yoxlama görüşündə

Avqustun 5-də Azərbaycanı birinci dəfə Avropa Liqasında təmsil edəcək "Sumqayıt" komandası növbəti yoxlama görüşündə "Qəbələ" ilə qarşılaşıb.Azərtac xəbər verir ki, Ayxan Abbasovun komandası bu görüşdə meydan sahiblərinə 1:2 hesabı ilə uduzub.Qeyd edək ki, "Sumqayıt" bundan əvvəlki sınaq matlarında "Neftçi"yə 0:3, "Sabah"a 0:1 hesabı ilə məğlub olub. "Qəbələ" isə "Zirə" ilə qolsuz heç-heçə edib, "Səbail"ə uduzub - 1:2.xeber100.com

Avqust 6, 2020 11:28
    Page 256 of 830« First«...102030...254255256257258...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az