07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Avropa Liqasının 2020/2021-ci il mövsümünün püşkü atılacaq

Avqustun 9-da Çempionlar Liqası, ertəsi gün isə Avropa Liqasının 2020/2021-ci il mövsümünün püşkü atılacaq.Azərtac xəbər verir ki, UEFA İsveçrənin Nyon şəhərində keçiriləcək tədbiri koronavirus pandemiyasına görə onlayn təşkil ediləcək. Bu səbəbdən klubların nümayəndələri tədbirə dəvət edilməyib.“Qarabağ” Çempionlar Liqasında, “Neftçi”, “Keşlə” və “Sumqayıt” isə Avropa Liqasında mübarizə aparacaq.xeber100.com

Avqust 5, 2020 8:28

“Beşiktaş” futbol klubu futbolçu transfer etmək istəyir

“Beşiktaş” klubu İngiltərə Premyer Liqasından futbolçu transfer etmək istəyir.Azərtac xəbər verir ki, komanda “Norviç”in finlandiyalı hücumçusu Tyemu Pukkini heyətə cəlb etmək üçün çalışır.Tərəflər arasında razılaşmanın şərtləri ilə bağlı hələlik məlumat verilmir. Türkiyə mətbuatının məlumatına görə, “Norviç” futbolçu ilə bağlı açıqlama verib. İngiltərə tərəfi 30 yaşlı oyunçunun bir neçə klubun diqqətində olduğunu vurğulayıb. Lakin hazırda ən iddialı tərəfin isə Türkiyənin “Beşiktaş” klubu olduğunu bildirib.xeber100.com

Avqust 4, 2020 6:43

Milli Basketbol Assosiasiyasının növbəti oyunu keçirilib

Milli Basketbol Assosiasiyasının (MBA) pley-off mərhələsinin növbəti oyunu keçirilib.Azərtac xəbər verir ki, Qərb konfransında çıxış edən iki komanda “Oklahama Siti Tanders” və “Denver Naqqets” üz-üzə gəliblər. Son üç görüşdə məğlub olan Denver basketbolçuları bu dəfə ümidləri doğruldublar. Əksinə, 7 oyundur ardıcıl qələbəyə sevinən Oklahoma komandası isə məğlub olub. Birinci hissədə “Denver Naqqets” 1 xal fərqi ilə üstün olub. İkinci periodu isə 29:27 hesabı ilə Oklahama təmsilçiləri öndə başa vurublar. Qarşıdakı iki hissədə tərəflər xala-xal prinsipi ilə mübarizə aparıblar və hərəyə 109 xal qazanıblar. Qalibi müəyyən etmək üçün əlavə vaxtda daha yaxşı çıxış edən “Denver Naqqets” yekunda 121:113 hesabı ilə qələbə qazanıb. Qonaqların heyətində Maykl Porter 37 xal və 12 ribaundla gecənin ən yaxşı basketbolçusu seçilib.Qeyd edək ki, 44-cü qələbəsini qazanan “Denver Naqqets” Qərb konfransında üçüncü pillədə qərarlaşıb. “Oklaham Siti Tanders” altıncıdır. Yarış cədvəlinə isə “Los-Anceles Leykers” başçılıq edir. Şərq konfransında isə “Miluoki Baks” liderdir.xeber100.com

Avqust 4, 2020 6:41

“Kalyari” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib

İtaliyanın “Kalyari” futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.Azərtac klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə Eusebio Di Françesko təyin edilib. Mütəxəssislə 2022-ci il iyunun 30-dək müqavilə imzalanıb.“Roma”nın sabiq baş məşqçisi Françeskonun son klubu “Sampdoriya” olub.Xatırladaq ki, “Kalyari” İtaliya A seriyasını 45 xalla 13-cü pillədə başa vurub.xeber100.com

Avqust 4, 2020 6:39

“Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib

Bakının “Səbail” futbol klubu Florian Kadriunun keçidini həll edib.Azərtac kluba istinadla xəbər verir ki, Bakı təmsilçisi Albaniya əsilli makedoniyalı yarımmüdafiəçi ilə müqavilə bağlayıb. O, 2020/2021-ci il mövsümünün sonunadək “Səbail”in formasını geyinəcək.Qeyd edək ki, Kadriu Albaniyada “Tirana” və “Teuta”, Şimali Makedoniyada isə “Şkupi”, “Rabotniçki” və “Renova” klublarında çıxış edib.xeber100.com

Avqust 4, 2020 6:37

“Arsenal” klubu “Sevilya”nın müdafiəçisi ilə yaxından maraqlanır

“Arsenal” klubu “Sevilya”nın müdafiəçisi Dieqo Karlosla yaxından maraqlanır.Azərtac xəbər verir ki, London klubunun baş məşqçisi Mikel Artetanın 27 yaşlı sambaçının keçidini israrla istədiyi bildirilir.“Mançester Siti”nin də maraq dairəsində olan D.Karlosun sərbəst qalmaq qiyməti 75 milyon avrodur.O, bu mövsüm “Sevilya”nın heyətində La Liqada 35 oyunda çıxış edib və 2 qol vurub.xeber100.com

Avqust 3, 2020 10:27

Milli Basketbol Assosiasiyasının növbəti oyunu keçirilib

Milli Basketbol Assosiasiyasının (MBA) müntəzəm çempionatında növbəti oyun keçirilib.Azərtac xəbər verir ki, günün əsas diqqət çəkən hadisəsi “Dallas Meveriks”in pley-off mərhələsinə adlamasıdır. Bu, komandanın son 4 ildə ilk belə uğurudur. “Dallas Meveriks” “Finiks Sans”a uduzub. Hərçənd ki, ilk iki periodda daha yaxşı çıxış edən komanda fasiləyə 13 xallıq üstünlüklə yollanıb. Amma son iki hissədə “Finiks Sans” basketbolçuları təşəbbüsü ələ alıblar və 117:115 hesablı qələbə qazanıblar. “Dallas” klubunun 21 yaşlı üzvü Luka Donçiç 40 xal, 8 ribaund və 11 məhsuldar ötürmə ilə görüşə damğasını vursa da, bu, yalnız təsəlli olub. Məğlubiyyətə baxmayaraq “Dallas Meveriks” 4 illik fasilədən sonra pley-offa vəsiqə qazanıb. Komandanın ən yaxın izləyicisi “Memfis Qrizlis”in “San Antonio Spors”a uduzması “Dallas” azarkeşlərini sevindirib.Qeyd edək ki, “Dallad Meveriks” hazırda Qərb konfransında 7-ci, “Memfis Qrizlis” isə 8-ci yerdədir.xeber100.com

Avqust 3, 2020 10:25

2020/2021-ci il mövsümünün püşkatma mərasimində

Voleybol üzrə avrokubokların 2020/2021-ci il mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.Azərtac xəbər verir ki, mərasim avqustun 21-də keçiriləcək. Püşkatma Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında təşkil olunacaq.Mərasimdə kişi və qadınlar arasında Çempionlar Liqası, CEV kuboku və Çağırış kuboku yarışlarının püşkü atılacaq.Qeyd edək ki, Azərbaycanı avrokuboklarda bir komanda ilə təmsil olunacaq. Bakının qadınlardan ibarət “Azərreyl” klubu Çağırış kuboku yarışlarında mübarizə aparacaq.xeber100.com

Avqust 3, 2020 10:20

“Zirə” futbol klubunun yeni prezidenti müəyyənləşib

Bakının “Zirə” peşəkar futbol klubunun yeni prezidenti müəyyənləşib.Azərtac kluba istinadla xəbər verir ki, Taleh Nəsibov qəsəbə təmsilçisinin prezidenti təyin edilib.Qeyd edək ki, T.Nəsibovun baş direktoru olduğu “Azfar Group” şirkəti həm “Zirə”nin, həm də Azərbaycan Mini Futbol Federasiyasının təsisçisidir.xeber100.com

Avqust 3, 2020 10:18

Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları davam edir

Onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadasının 4-cü divizionunun oyunları davam edir.Azərtac xəbər verir ki, oyunlarda baza divizionunun 12 qalibi də daxil olmaqla 50 komanda beş qrupda mübarizə aparır. Ötən turların oyunlarına görə, Tailand, Honkonq (A qrupu), Suriya, Mozambik (B qrupu), Nigeriya, Mavritaniya (C qrupu), Fələstin, Anqola (D qrupu), Honduras, Trinidad və Tobaqo (E qrupu) liderlik edirlər.Hər qrupda ilk üçlükdə yer alan yığmalar 3-cü diviziona vəsiqə qazanacaqlar. Dördüncü divizionun oyunları avqustun 2-dək davam edəcək.Xatırladaq ki, baza divizionun oyunları iyulun 25-dən 27-dək keçirilib. Turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.xeber100.com

Avqust 2, 2020 9:40
    Page 258 of 831« First«...102030...256257258259260...270280290...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az