03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Yuventus” futbol klubu beşillik müqavilə imzalayacaq

İtaliyanın “Yuventus” futbol klubu argentinalı hücumçu Paulo Dibala ilə beşillik yeni müqavilə imzalayacaq. Bu barədə “Football Italia” portalı məlumat yayıb.Azərtac xəbər verir ki, tərəflər artıq müqavilənin yeni şərtləri barədə razılığa gəliblər. Yeni müqaviləyə əsasən hücumçunun məvacibi də artırılacaq. Hazırda argentinalı futbolçu 2022-ci ilədək nəzərdə tutulan müqaviləsinə görə ildə 7,5 milyon avro alır.Bu mövsüm 26 yaşlı futbolçu “Yuventus”da 34 oyun keçirib, 13 qol vurub və 12 məhsuldar ötürmə edib.Xatırladaq ki, 2015-ci ildən Turin klubunda oynayan P.Dibala əvvəllər İtaliyanın “Palermo” və Argentinanın “Instituto AS” klublarında çıxış edib.xeber100.com

May 19, 2020 1:31

Basketbol üzrə Almaniya çempionatı bərpa ediləcək

Yaxın günlərdə basketbol üzrə Almaniya çempionatı bərpa ediləcək.Azərtac xəbər verir ki, klubların bütün üzvləri bunun üçün gigiyena qaydalarına ciddi əməl etməli olacaqlar. Çempionatda iştirak edən 10 komanda 2 qrupa bölünəcək və onlar iyunun 30-dək yarışı başa çatdıracaqlar. Tribunalara azarkeşlər və dəstək qrupları buraxılmayacaq. Basketbolçular isə həftə ərzində iki dəfə koronavirus testindən keçəcəklər.Yarış iştirakçıları otellərdə bir otaqlı nömrələrdə qalacaqlar. Onlara ailələri və dostları ilə görüşməyə icazə verilməyəcək. Üstəlik jurnalistlər də oyundan sonra basketbolçulardan müsahibə ala bilməyəcəklər.xeber100.com

May 19, 2020 1:28

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının məlumatı

Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (World Athletics) koronavirus pandemiyasına görə yarışları azarkeşsiz keçirməyə hazırdır.Azərtac xəbər verir ki, bu sözləri qurumun rəhbəri Sebastyan Kou deyib.Bildirib ki, mövcud vəziyyəti nəzərə alsaq, kompromisə getməliyik. Biz dövlət və təşkilatların çağırışlarına biganə qala bilmərik. Bunun üçün yarışların azarkeşsiz təşkil olunması düzgün addımdır.“Futbol yarışlarının daha tez bərpa olunacağını düşünürəm. Azarkeşsiz yarışların uzunmüddətli perspektiv vəd etdiyini düşünmürəm. Belə olan halda idman öz rəngarəngliyini itirəcək. Ancaq yarışların təşkili üçün biz bütün olanlara razı olmalıyıq”, - deyə S.Kou əlavə edib.xeber100.com

May 19, 2020 1:25

“Köln” futbol klubu öz meydanında “Maynts”ı qəbul edib

Mayın 17-də Almaniya Bundesliqasının XXVI turu daha iki oyunla davam etdirilib.Azərtac xəbər verir ki, “Köln” öz meydanında “Maynts”ı qəbul edib. Görüşdə qapılara 4 qol vurulsa da, qalib müəyyənləşməyib – 2:2.Digər oyunda isə lider “Bavariya” “Union Berlin”in qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.Bu qələbə ilə xalını 58-ə yüksəldən “Bavariya” liderliyini möhkəmləndirib. “Borussiya Dortmund" 54 xalla ikinci, Münhenqladbax təmsilçisi “Borussiya” isə 26 oyundan sonra 52 xalla üçüncü yeri tutur.xeber100.com

May 18, 2020 11:21

Gimnastika Federasiyasının İcraiyyə Komitəsi daha iki turniri təxirə salıb

Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsi daha iki turniri təxirə salıb.Azərtac xarici KİV-lərə istinadla xəbər verir ki, İcraiyyə Komitəsinin qərarı ilə 2021-ci ildə keçirilməsi planlaşdırılan yeniyetmələr arasında idman və bədii gimnastika üzrə dünya çempionatlarının vaxtı dəyişdirilib. Təşkilatçılar bu qərarı “Tokio-2020” Yay Olimpiya Oyunlarının 2021-ci ilə təxirə salınmasına görə veriblər.Qeyd edək ki, hər iki dünya çempionatı 2023-cü ildə təşkil olunacaq.xeber100.com

May 18, 2020 11:15

“Zirə” futbol klubu milli komandada 7 futbolçu ilə təmsil olunub

Bakının “Zirə” klubu indiyədək Azərbaycan milli komandasında 7 futbolçu ilə təmsil olunub.Azərtac xəbər verir ki, qəsəbə təmsilçisinin futbolçuları müxtəlif vaxtlarda ölkənin əsas yığmasında ümumilikdə 14 matç keçirib. Onların arasında rekordçu Cavid Hüseynovdur. “Qartallar”ın kapitanı millidə 5 dəfə “Zirə”ni təmsil edib.Klub tarixinə Azərbaycan yığmasındakı ilk nümayəndə kimi düşən Elvin Məmmədov 3 dəfə “Zirə”nin üzvü kimi millinin formasını geyinib.xeber100.com

May 18, 2020 11:12

Milli Basketbol Assosiasiyasının məlumatına görə…

Milli Basketbol Assosiasiyası (MBA) klublarının təlim-məşq toplanışının günləri azaldılacaq.Azərtac xəbər verir ki, mövsümün bərpasından əvvəl basketbolçular 4-5 həftə məşq prosesi keçməli idisə, indi vaxt azaldığından hazırlığa maksimum 3 həftə yer veriləcək. Bu da o deməkdir ki, mövsüm daha tez başlaya bilər. Xatırladaq ki, artıq bəzi komandalar məşqləri bərpa ediblər. Amma oyunçular klubun bazasında fərdi proqram əsasında məşq edirlər.xeber100.com

May 18, 2020 11:09

Ukrayna çempionatı mayın 30-da bərpa olunacaq

Futbol üzrə Ukrayna çempionatı ilə bağlı qərar verilib.Azərtac xəbər verir ki, bu ölkədə çempionatın davam etdirilməsi qərara alınıb. Yarışın mayın 30-da bərpa olunacağı diqqətə çatdırılıb. Mövsümə iyulun 19-da yekun vurulacaq və matçlar azarkeşsiz keçiriləcək.Qeyd edək ki, Ukrayna çempionatı 23-cü turun oyunlarından sonra dayandırılmışdı.xeber100.com

May 16, 2020 9:55

Kamerun Futbol Federasiyası mövsümün yekunlaşdığını elan edib

Kamerun Futbol Federasiyası koronavirus pandemiyasına görə ölkə çempionatında mövsümün erkən yekunlaşdırıldığını elan edib.Azərtac xəbər verir ki, ölkə çempionatında 28 turdan sonra 47 xal toplayaraq lider olan “Bamenda” klubu çempion elan olunub. Komanda, yeni mövsümdə Afrika Çempionlar Liqasında iştirak etmək hüququ qazanıb.Qeyd edək ki, Kamerunda ölkə çempionatı martın 17-də koronavirus infeksiyasına görə dayandırılmışdı.xeber100.com

May 16, 2020 9:45

“Fənərbağça” futbol klubu yeni transfer etmək istəyir

İstanbulun “Fənərbağça” klubu İtaliya “A” Seriyasında çıxış edən Kvadvo Asamoanı transfer etmək istəyir.Azərtac xəbər verir ki, İtaliyanın “İnter” komandasında oynayan qanalı futbolçunun meneceri Asamoanın da Türkiyəyə gəlmək istədiyini söyləyib. Otuz bir yaşlı yarımmüdafiəçi ilə bundan əvvəl Almaniyanın “Hoffenhaym” klubu da maraqlanıb. Bundesliqa təmsilçisi danışıqları dayandırdıqdan sonra İstanbul klubu keçid üçün futbolçuya ödəyə biləcəyi məbləği də açıqlayıb. Asamoaya hələlik birillik müqavilə və 3 milyon avro maaş təklif edilib. Lakin tərəflərin yekun qərarı haqda məlumat verilmir.Qeyd edək ki, K.Asamoa karyerası ərzində “Udineze”, “Yuventus” və “İnter”də oynayıb. O, artıq 12 ildir ki, Qana millisində də çıxış edir.xeber100.com

May 16, 2020 9:42
    Page 284 of 830« First«...102030...282283284285286...290300310...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az