07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Barselona” klubu “Leqanes” komandasından transfer edib

“Barselona” klubu İspaniyanın “Leqanes” komandasının hücumçusu Martin Breytvaytı transfer edib.Azərtac Kataloniya təmsilçisinin saytına istinadla xəbər verir ki, 29 yaşlı futbolçu ilə 4,5 illik müddətə müqavilə imzalanıb.Cari mövsümdə “Leqanes” klubunun heyətində 24 oyunda meydana çıxan Braytvayt 6 qol vurub.xeber100.com

Fevral 20, 2020 2:22

11-ci beynəlxalq “Baku open” karate turniri keçiriləcək

Martın 5-dən 8-dək Bakı Boks Mərkəzində 11-ci beynəlxalq “Baku open” karate turniri keçiriləcək.Azərtac xəbər verir ki, yarışda uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteran karateçilər iştirak edəcəklər. Fərdi və komanda yarışlarında ondan çox ölkədən minədək idmançının iştirakı gözlənilir.xeber100.com

Fevral 20, 2020 2:20

Cüdoçular arasında Avropa kuboku turniri keçiriləcək

Fevralın 29-da Antalyada yeniyetmə cüdoçular arasında Avropa kuboku turniri keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycanı qitə yarışında oğlanların mübarizəsində 27, qızların yarışında isə 5 cüdoçu təmsil edəcək.Yarışda iştirak etmək üçün indiyədək 13 ölkədən 211 cüdoçu qeydiyyatdan keçib ki, onlardan 160-ı oğlan, 51-i qızdır.xeber100.com

Fevral 19, 2020 2:42

Azərbaycan Premyer Liqasının XIX turunun təqvimi müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turunun təqvimi müəyyənləşib.Azərtac xəbər verir ki, iki günü əhatə edəcək tura fevralın 29-da “Sumqayıt” və “Keşlə” komandaları arasında oyun ilə start veriləcək. “Kapital Bank Arena”da keçiriləcək matç saat 15:00-da başlayacaq. Günün ikinci görüşündə “Qarabağ” doğma meydanda “Sabah”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.Turun üçüncü oyunu martın 1-də Zirə Olimpiya İdman Kompleksinin stadionunda “Zirə” və “Qəbələ” komandaları arasında olacaq. Matç saat 16:00-da başlayacaq.Premyer Liqanın XIX turuna həmin gün saat 17:00-da başlayacaq “Neftçi”-“Səbail” matçı ilə yekun vurulacaq. Görüş “Bakcell Arena”da təşkil olunacaq.Bütün görüşlər “CBC Sport” kanalı ilə birbaşa yayımlanacaq.Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla “Qarabağ” klubu başçılıq edir. Aktivində 30 xal olan “Neftçi” ikinci, 26 xalı olan “Keşlə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Sumqayıt” (22), “Zirə” (20), “Sabah” (19), “Səbail” (18) və “Qəbələ” (13) yer alıblar.xeber100.com

Fevral 19, 2020 2:40

“Çelsi” futbol klubu “Mançester Yunayted” komandasını qəbul edib

İngiltərə Premyer Liqasının 26-cı turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun son görüşündə “Çelsi” doğma azarkeşlər önündə “Mançester Yunayted” komandasını qəbul edib.“Stamford Bric” stadionunda oynanılan görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Mançester təmsilçisinin heyətində Antoni Marsial və Hari Maquayer fərqləniblər.Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran “Mançester Yunayted” turnir cədvəlində yeddinci yerə yüksəlib. “Çelsi” isə 41 xalla 4-cü yerdə qərarlaşıb.xeber100.com

Fevral 18, 2020 11:30

İtaliya A Seriyasının 24-cü turuna yekun vurulub

Futbol üzrə İtaliya A Seriyasının 24-cü turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun son görüşündə “Milan” öz meydanında “Torino” komandasını qəbul edib. “San Siro” stadionunda keçirilən görüşdə meydan sahibləri qələbə qazanıb - 1:0.Oyunda yeganə qolun müəllifi 25-ci dəqiqədə Ante Rebiç olub.Bu qələbədən sonra xal ehtiyatını 35-ə çatdıran “Milan” turnir cədvəlində altıncı yerə yüksəlib. “Torino” isə 27 xalla 14-cü yerdə qərarlaşıb.xeber100.com

Fevral 18, 2020 11:28

“Tokio 2020” dünya kuboku yarışları keçiriləcək

Martın 12-15-də Milli Gimnastika Arenasında idman gimnastikası üzrə “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya kuboku yarışları keçiriləcək.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, ilkin qeydiyyat siyahısına əsasən turnirdə iştirak etmək istəyən ölkələrin sayı 50-dir. Yarışda ümumilikdə 201 kişi və qadın idman gimnastının mübarizə aparacağı gözlənilir. İştirak edəcək gimnastların adları isə fevralda açıqlanacaq.Dördgünlük yarışın ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.Turnirdə, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.xeber100.com

Fevral 18, 2020 11:26

Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

Kişi həndbolçuların ölkə çempionatında XI turun oyunları keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, günün böyük maraqla gözlənilən matçında “Bakı” və “Məhsul” komandaları üz-üzə gəliblər. Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə “Bakı” komandası yarış cədvəlinin lideri ilə iki xallıq fərqi aradan qaldırmaq niyyətində idi. Amma nominal ev sahibi çox çalışsa da, istəyini reallaşdıra bilməyib. Yüksək əzmkarlıq nümayiş etdirən “Məhsul” oyunu qələbə ilə başa vurub – 26:23.Günün digər görüşündə isə “Təhsil” və U-18 komandaları qarşılaşıblar. Meydançaya favorit qismində çıxan “Təhsil” rəqibə göz açmağa imkan verməyib. Təhlükəli həmlələrin qarşısını almaqda çətinlik çəkən U-18 növbəti məğlubiyyətlə barışmalı olub – 13:29.On bir oyundan 20 xal toplayan “Məhsul” komandası çempionatın turnir cədvəlinin vahid lideridir. “Bakı” ondan 4 xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 5 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.xeber100.com

Fevral 18, 2020 11:23

İspaniya La Liqasının 24-cü turunun sonuncu qarşılaşması keçirilib

Fevralın 16-da İspaniya La Liqasının 24-cü turunun sonuncu qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, “Real Madrid” klubu səfərdə “Selta Viqo” komandasının qonağı olub.Gərgin keçən görüşdə qalib müəyyənləşməyib - 2:2.Madrid təmsilçisinin heyətində Toni Kros (52), Serxio Ramos (65), “Selta Viqo”nun isə Fyodor Smolov (7) və Santi Mina (86) fərqləniblər.Heç-heçə eləməyinə baxmaraq, “Real Madrid” 53 xalla turnir cədvəlinin lideridir. “Selta Viqo” isə 21 xalla 17-ci yerdə qərarlaşıb.xeber100.com

Fevral 17, 2020 10:36

Türkiyə Superliqasının XXII turu çərçivəsində

Fevralın 16-da Türkiyə Superliqasının XXII turu çərçivəsində “Qalatasaray” doğma meydanda “Yeni Malatyaspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Türk Telekom” stadionunda keçirilən qarşılaşmanı İstanbul təmsilçiləri minimal hesabla qazanıblar. Görüşdə yeganə qolu birinci hissənin sonunda Adəm Böyük vurub.Qeyd edək ki, günün mərkəzi oyununda “Trabzonspor” doğma divarlar arasında “Sivasspor”u məğlub edib - 2:1. “Gənclərbirliyi” isə səfərdə “Alanyaspor”a minimal hesabla qalib gəlib -1:0.Turun digər görüşləri fevralın 17-də keçiriləcək.Türkiyə çempionatında hazırda turnir cədvəlinə 44 xalla “Trabzonspor” klubu liderlik edir. “Başakşəhər” 43 xalla ikinci pillədədir. İlk üçlüyü 42 xalla “Qalatasaray” qapayır.xeber100.com

Fevral 17, 2020 10:34
    Page 310 of 831« First«...102030...308309310311312...320330340...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az