11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Çempionlar Liqasının final oyunlarında

UEFA Çempionlar Liqası və Avropa Liqasının final oyunlarını avqust ayında keçirmək niyyətindədir.TASS informasiya agentliyi xəbər verir ki, UEFA maliyyə səbəbindən mövsümü vaxtından əvvəl bitirmək niyyətində deyil. Belə ki, UEFA təkcə İngiltərədəki televiziya hüquqlarının satışından əldə ediləcək 840 milyon avrodan məhrum ola bilər.Qeyd olunur ki, mövsümü avqust ayında yekunlaşdırmaq UEFA-nı gələn mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcək.Hazırda Çempionlar Liqası və Avropa Liqasının oyunları koronavirus pandemiyası səbəbindən qeyri-müəyyən vaxta təxirə salınıb. UEFA Çempionlar Liqasının finalı mayın 30-da İstanbulda (“Atatürk” Olimpiya Stadionu), UEFA Avropa Liqasının finalı isə mayın 27-də Polşanın Qdansk şəhərində keçirilməli idi.xeber100.com

Mart 30, 2020 6:44

“Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları gələn il keçiriləcək

Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib.Azərtac xəbər verir ki, bu barədə NHK telekanalı Tokio paytaxt hökumətinin rəsmilərinə istinadla məlumat yayıb.Bildirilir ki, əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq.Qeyd edilir ki, bu barədə razılaşma Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti arasında aparılan müzakirələrin nəticəsi olaraq əldə edilib.Xatırladaq ki, dünyanı ağuşuna almış COVID-19 koronavirusuna görə Yaponiya hökuməti ilə BOK arasında əldə edilən razılaşmaya əsasən “Tokio 2020” Olimpiya və Paralimpiya Oyunları gələn il keçiriləcək.xeber100.com

Mart 30, 2020 6:32

Milli Basketbol Assosiasiyasının məlumatı əsasında…

Milli Basketbol Assosiasiyası (MBA) koronavirusdan sağalmış oyunçu və əməkdaşlardan "NBA Together" proqramı çərçivəsində digər pasiyentlərin müalicəsi üçün qan vermələrini xahiş edir.Azərtac xəbər verir ki, ABŞ-da koronavirusdan sağalan insanlardan plazma qəbul etməyə başlayıblar. Həmin qanın tərkibində COVID-19 virusuna qarşı anticisimlər mövcuddur ki, bunlardan da digər pasiyentlərin müalicəsində istifadə olunacaq. Xəstələrə donor plazması onların orqanizmlərinin virusdan daha sürətlə təmizlənməsi məqsədilə köçürüləcək.Bu günədək MBA-nın üç oyunçusunun koronavirusdan tam sağalması məlumdur. Bu oyunçular Rudi Qober, Donovan Mitçell (hər ikisi "Yuta" komandasından) və Kristian Vuddur ("Detroyt" komandasından).xeber100.com

Mart 30, 2020 6:26

Azərbaycan Kiber İdman Federasiyasının məlumatına görə…

Azərbaycan Kiber İdman Federasiyası və “Gaming League Azerbaijan” Gənclər və İdman Nazirliyinin dəstəyi, “Topaz”ın baş sponsorluğu ilə onlayn turnirlərin təşkilinə hazırlaşır.Federasiyadan Azərtac-a bildiriblər ki, həmin yarışlarda ölkəmizdə yaşayan istənilən şəxs adi ev şəraitində səhhəti ilə bağlı heç bir təhlükə ilə üzləşmədən iştirak edə bilərlər. Bununla da kiberidman öz universal və innovasiya keyfiyyəti sayəsində məhz gələcəyin idman növü olduğunu bir daha isbatlamış olur. Hazırkı vəziyyətlə əlaqədar gənclərin yaranan asudə vaxtlarını evdən çıxmadan daha səmərəli və maraqlı keçirmələri, eləcə də bunun qarşılığında mükafat qazanmaları həm onların, həm də valideynlərin ürəyincə olacaq. Belə ki, ölkəmizin bütün FIFA20 həvəskarları üçün yeni, onlayn turnirlər seriyasına start verilir. Martın 29-da start götürəcək və #evdəqalevdənoyna şüarı altında keçiriləcək FIFA20 turnirlər seriyasında, iştirakçılar 6-12, 13-18 və 18-dən yuxarı yaş qruplarına bölünərək mübarizə aparacaqlar. Qaliblər müxtəlif pul mükafatları və hədiyyələrlə təltif olunacaqlar.xeber100.com  

Mart 29, 2020 3:35

Beynəlxalq Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin iclası təxirə salınıb

Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcraiyyə Komitəsinin iclası koronavirus pandemiyasına görə təxirə salınıb.“Inside the Games” portalı xəbər verir ki, iclasın mayın 26-27-də Namibiyada keçirilməsi nəzərdə tutulmuşdu. Həmçinin qurumun şurasının mayın 28-29-da təşkil olunacaq iclası da təxirə salınıb.Qeyd edək ki, apreldə Bakıda keçirilməsi planlaşdırılan bədii gimnastika üzrə dünya kuboku, Yana Batırşinanın mükafatları uğrunda açıq turnir, mayda nəzərdə tutulan aerobika gimnastikası üzrə dünya yaş qrupları yarışı və dünya çempionatı başqa tarixdə keçiriləcək.xeber100.com

Mart 29, 2020 3:32

Basketbol üzrə avroliqanın nəticələri ləğv edilməyəcək

Basketbol üzrə avroliqa turnirinin rəhbərliyi cari mövsümün nəticələrini ləğv etmək fikrində deyil.Azərtac xəbər verir ki, turnirin rəhbərliyi Avropada koronavirusun fəsadlarının aradan qalxmasından sonra mövsümün bərpa ediləcəyini bildirib. İndiki məqamda isə çempionatın nəticələrinin ləğv olunması gözlənilmir. Bununla yanaşı, liqa rəhbərliyi mövsüm bərpa olunacağı halda onu məhz formata uyğun bitirməyi qərara alıb. Yəni, müntəzəm çempionat başa çatdıqdan sonra dörddəbir final, daha sonra isə dördlər finalı təşkil olunacaq. Eyni qayda avrokubok turnirinə də aiddir.Amma vəziyyət daha acınacaqlı olarsa, avroliqa rəhbərliyi alternativ variantlar haqda fikirləşəcək.xeber100.com

Mart 28, 2020 9:00

Azərbaycan Gimnastika Federasiyası səhər gimnastikasına start verib

Azərbaycan Gimnastika Federasiyasının (AGF) “Instagram” səhifəsində 15 dəqiqəlik səhər gimnastikası layihəsinə start verilib.Azərtac AGF-yə istinadla xəbər verir ki, bu növ məşqlər şənbə və bazar günləri istisna olmaqla, hər gün saat 11:00-da təqdim olunacaq.Hərəkətləri gimnastika növləri üzrə böyüklərdən ibarət yığma komandalarımızın gimnastları, məşqçiləri, fizioterapevt və ümumi fiziki hazırlıq üzrə mütəxəssislər nümayiş etdirəcəklər.Uşaqlardan yaşlı insanlaradək hamı üçün faydalı olan bu hərəkətlər gün boyu səhər gimnastikasında iştirak edənlərə gümrah olmaqda kömək edəcək.xeber100.com

Mart 28, 2020 8:56

“Yuventus” klubu müdafiəçisi ilə yeni müqavilə imzalayacaq

İtaliyanın “Yuventus” futbol klubu müdafiəçisi Corco Kyellini ilə yeni müqavilə imzalamaq barədə razılığa gəlib.İtaliya mətbuatı xəbər verir ki, 35 yaşlı müdafiəçi ilə Turin təmsilçisinin müqaviləsi cari mövsümün sonunda başa çatır.Qeyd edək ki, Kyellini cari mövsümdə zədə səbəbindən cəmi 3 matçda komandasının şərəfini qoruya bilib.xeber100.com

Mart 26, 2020 3:55

Yekaterinburqda şahmat üzrə iddiaçılar turniri yarımçıq dayandırıb

Martın 26-da Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turniri yarımçıq dayandırılıb.TASS agentliyi  xəbər verir ki, buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub.Turnirin bərpa ediləcəyi tarix açıqlanmayıb. Yarışın səkkizinci turdan davam etdiriləcəyi bildirilib.Turnir iştirakçıları Yekaterinburqu bu gün tərk edəcəklər.Qeyd edək ki, Yan Nepomnyaşi və M.Vaşe-Laqrav 4,5 xalla 7 turdan sonra turnirdə birinci və ikinci yerləri bölüşürlər. Yarışın digər iştirakçıları, A.Giri, A.Qrişuk, F.Karuana 3,5, K.Alekseyenko və L.Dinq 2,5 xal toplayıblar.Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.xeber100.com  

Mart 26, 2020 3:30

Şahmat üzrə iddiaçılar turnirində altıncı turun oyunları keçirilib

Rusiyanın Yekaterinburq şəhərində şahmat üzrə iddiaçılar turnirində martın 23-də altıncı turun oyunları keçirilib.Azərtac xəbər verir ki, turnir cədvəlinin lideri rusiyalı şahmatçı Yan Nepomnyaşi növbəti turda çinli Liren Dinq ilə qarşılaşmada qalib gəlib. Aktivində 4,5 xal olan şahmatçı liderliyini davam etdirir.On dörd turdan ibarət turnirə aprelin 3-də yekun vurulacaq.xeber100.com

Mart 24, 2020 6:52
    Page 300 of 831« First«...102030...298299300301302...310320330...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az