Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə…

Mayın 4-6-da trek velosipedinin omnium növü üzrə Bakı kuboku yarışı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Respublika Velotrekində baş tutan yarışda Elit/U23 yaş kateqoriyasında kişilər, gənc və yeniyetmə oğlanlar, həmçinin qadınlar iştirak ediblər. Ümumilikdə 37 velosipedçi ilk yarış günündə skreç və tempo növləri, ikinci yarış günündə isə çıxmaqla və xallar üzrə qrup ötüşmələrində mübarizə aparıblar. Omnium yarışının qaydalarına görə, nəticələr bütün növlər üzrə xalların cəminə əsasən müəyyənləşdirilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Yusif İsmayılov (ROEQİUGVM, 55 xal) bütün rəqiblərindən üstün olaraq birinci, Ömər Musayev (ROEQİUGVM, 54 xal) ikinci, Baratəli Səlimzadə (ROEQİUGVM, 53 xal) üçüncü yerə layiq görülüblər. Yeniyetmə oğlanların mübarizəsində isə Ravi Rzayev (ROEQİUGVM, 113 xal) hamıdan çox xal toplayaraq qızıl, Rəvan Tahirov (ROEQİUGVM, 76 xal) gümüş, Maksim Trendelyov (Təhsil RİM, 43 xal) bürünc medal qazanıb. Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 81 xal) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Radha Şabanova (ROEQİUGVM, 66 xal) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 44 xal) üçüncü yerlə kifayətləniblər. Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib.xeber100.com

May 6, 2023 2:18

Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir

“Alpha Tauri” komandasının pilotu Nik de Vris Azərbaycan Qran-Prisində mübarizəni dayandırıb. Pilotun bolidində problemlər yarandığı üçün mübarizəni davam etdirə bilməyib. Builki dünya çempionata martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı və Avstraliyada keçirilib. Üç mərhələdən və Bakıda təşkil olunan cari mövsümün ilk sprint yarışından sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 75 xal var. Ferstappendən 13 xal geri qalan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 48 xalla Fernando Alonso (Aston Matin”), 40 xalla Luis Hamilton (“Mercedes”) və 24 xalla Karlos Saynz (“Ferrari”) qapayırlar. Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (37), “McLaren” (12), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (1) və “Uilliyams” (1) komandaları qərarlaşıblar. Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda “Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (“Red Bull Racing” - 2017), Luis Hamilton (“Mercedes”-2018), Valtteri Bottas (“Mercedes” - 2019), Serxio Peres (“Red Bull Racing” – 2021), Maks Ferastappen (Red Bull Racing” – 2022) qalib gəliblər. 2020-ci ildə Formula 1 Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib. Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da möhtəşəm edir. Formula 1 mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.xeber100.com

Aprel 30, 2023 2:53

Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış davam edir

Formula 1 Azərbaycan Qran-Prisində əsas yarış davam edir. “Red Bull Racing”in pilotu Serxio Peres 24 dövrədən sonra liderliyini davam etdirir. Hazırda onun komanda yoldaşı Maks Ferstappen ikinci, "Ferrari"dən Şarl Lekler üçüncü pillədə qərarlaşıb. Builki dünya çempionata martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Səudiyyə Ərəbistanı və Avstraliyada keçirilib. Üç mərhələdən və Bakıda təşkil olunan cari mövsümün ilk sprint yarışından sonra pilotların siyahısına “Red Bull Racing” komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 75 xal var. Ferstappendən 13 xal geri qalan “Red Bull Racing”in digər pilotu Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 48 xalla Fernando Alonso (Aston Matin”), 40 xalla Luis Hamilton (“Mercedes”) və 24 xalla Karlos Saynz (“Ferrari”) qapayırlar. Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (137 xal) komandasıdır. “Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü pillədə yer alıb. Sonrakı yerlərdə “Ferrari” (37), “McLaren” (12), “Alpine” (8), “Haas” (7), “Alfa Romeo” (6), “Alpha Tauri” (1) və “Uilliyams” (1) komandaları qərarlaşıblar. Qeyd edək ki, Azərbaycan Formula 1 yarışlarına yeddinci dəfədir ev sahibliyi edir.xeber100.com

Aprel 30, 2023 2:52