11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

İngiltərə Premyer Liqasında növbəti turunun bir oyunu keçirilib

Yanvarın 2-də futbol üzrə İngiltərə Premyer Liqasında növbəti turunun bir oyunu keçirilib. "Liverpul” klubu səfərdə “Brentford”la qarşılaşıb. Oyunun favoriti “Liverpul” olsa da, Yürgen Kloppun yetirmələri ümidləri doğrultmayıb. Meydan sahibləri görüşdən 3:1 hesablı qələbə ilə ayrılıblar. “Brentford”un qollarına Konate (öz qapısına), Vissa və Mbeumo imza atıblar. “Liverpul”un yeganə qolunu isə Aleks Oksleyd Çemberleyn vurub. Beləliklə, bu mövsüm 17 oyunda 5-ci məğlubiyyətini alan “Liverpul” turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Mersisaydlıların hesabında 28 xal var.xeber100.com

Yanvar 3, 2023 1:32

Azərbaycan Şahmat Federasiyası: Şahmat üzrə festival keçirilib

İsveçrənin Bazel şəhərində şahmat üzrə Milad bayramına həsr olunan festival keçirilib. İlin sonuncu şahmat yarışında Azərbaycanı Read Səmədov təmsil edib. Azərbaycan Şahmat Federasiyasından bildiriblər ki, turnirin sonuncu turunda R.Səmədov Almaniya şahmatçısı Morits Veyshauterlə heç-heçə oynayıb. Yekunda üç şahmatçı 7 xal toplayıb. Əlavə göstəricilərə görə, rəqiblərini qabaqlayan şahmatçımız Bazel turnirinin qalibi olub. Qeyd edək ki, yarışda 16 ölkədən 73 şahmatçı iştirak edib.xeber100.com

Yanvar 1, 2023 2:37

“Brügge” klubu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində

Skott Parker Belçikanın “Brügge” futbol klubuna baş məşqçi təyin olunub. Klubun rəsmi saytına istinadla xəbər verir ki, 42 yaşlı britaniyalı mütəxəssis bir neçə gün öncə istefaya göndərilmiş Karl Höfkensi əvəz edib. Baş məşqçi son olaraq "Bornmut"a rəhbərlik edib. “Brügge” klubu UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsində "Benfika" (Portuqaliya) ilə qarşılaşacaq.xeber100.com

Yanvar 1, 2023 2:34

“Mançester Siti”nin hücumçusu bu mövsüm 21 qol vurub

“Mançester Siti”nin hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında bu mövsüm 21 qol vurub.  Norveçli forvard 18 matçda bu saya çatıb. O, bu göstəricidə turnir tarixində yeni rekord müəyyənləşdirib. İyirmi iki yaşlı hücumçu Premyer Liqada bir mövsümdə təqvim ilinin sonunadək 21 qol vurmağı bacaran ilk oyunçu olub.xeber100.com

Yanvar 1, 2023 2:32

“Əl-Nəsr” futbol klubu Kriştiano Ronaldo ilə müqavilə imzalayıb

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubu “Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo ilə müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Müqavilə 2025-ci ilə qədər qüvvədədir. Qeyd edək ki, Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubuna keçidi ilə bağlı “Əl-Ərəbiyyə” telekanalı məlumat yaymışdı. İspaniyanın “Marca” qəzeti isə müqavilənin ümumi məbləğinin təxminən 100 milyon avro qiymətləndirildiyini bildirmişdi. Nəşrin yazdığına görə, Ronaldo daha 100 milyon avronu reklam müqavilələrindən alacaq ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edəcək.xeber100.com

Dekabr 31, 2022 2:38

Azərbaycan Güləş Federasiyasının məlumatı əsasında…

2022-ci il güləş hakimlərimiz üçün də uğurlu olub. Azərbaycan Güləş Federasiyası xəbər verir ki, bir neçə referimiz beynəlxalq dərəcəsini yüksəldib. Cari il ərzində keçirilən yarışların, seminarların və imtahanların nəticələrinə əsasən, 4 referimiz beynəlxalq dərəcəsini artırıb. Vüqar Şükürov və Kamran Əliyev I kateqoriyaya yüksəliblər. Bununla da bu dərəcəyə sahib hakimlərimizin sayı 6-ya çatıb. Əli Babayev və Xəzər Allahverdiyev isə II kateqoriyaya sahib çıxıblar. Hazırda bu dərəcədə olan ədalət təmsilçilərimizin sayı 7-yə bərabərdir. Bundan başqa, daha iki hakimimiz beynəlxalq dərəcəli referi statusu alıb. İyulda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan Sevinc Yusibova ilə Firqət İbrahimov III kateqoriyalı beynəlxalq hakim ünvanına yiyələniblər. Qeyd edək ki, S.Yusibova Azərbaycan güləş tarixinin ilk beynəlxalq dərəcəli qadın referisidir.xeber100.com

Dekabr 30, 2022 2:48

Futbol üzrə yeganə üçqat dünya çempionu olan Pele 82 yaşında vəfat edib

İngiltərə Premyer Liqasının üç gün ərzində keçiriləcək bütün oyunlarında Pele yad olunacaq. Bu barədə qərarı İngiltərə Premyer Liqası verib. Dekabrın 30-31-də və yanvarın 1-də keçiriləcək matçlar bir dəqiqəlik sükutla başlayacaq. Bundan başqa, qarşılaşmanın bütün iştirakçıları qollarında qara sarğı ilə meydana çıxacaqlar. Qeyd edək ki, futbol üzrə yeganə üçqat dünya çempionu olan Pele 82 yaşında vəfat edib.xeber100.com

Dekabr 30, 2022 2:42

Fransa çempionatının XVI turu çərçivəsində

Fransa çempionatının XVI turu çərçivəsində “Monako” klubu səfərdə “Oster”ə 3:2 hesabı ilə qalib gəlib. “Monako”nun yarımmüdafiəçisi Eless Ben-Seqir Liqa 1-də debüt matçında dubla imza atıb. “Opta” nəşri xəbər verir ki, fransalı futbolçu 17 yaş 315 günlüyündə Fransa çempionatında dubl edən ikinci ən gənc oyunçu adına sahib olub. Qeyd edək ki, rekord Terri Anriyə məxsusdur. O, Fransa çempionatında 17 yaş 255 günlüyündə dubla imza atıb.xeber100.com

Dekabr 29, 2022 11:21

PSJ futbolçusu Marko Veratti ilə yeni müqavilə imzalayıb

PSJ futbolçusu Marko Veratti ilə yeni müqavilə imzalayıb. Klubun saytı xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə müqavilənin müddəti 2026-cı ilin iyununa kimi uzadılıb. Qeyd edək ki, Veratti 2012-ci ildən Paris təmsilçisində oynayır.xeber100.com

Dekabr 29, 2022 11:19

“Liverpul” klubu niderlandlı yarımmüdafiəçini transfer edib

İngiltərənin “Liverpul” klubu niderlandlı yarımmüdafiəçi Kodi Qakponu transfer edib. Bu barədə klubun rəsmi instaqram səhifəsi məlumat yayıb. Futbolçu qış transfer pəncərəsinin açılış günündə “Liverpul”un heyətinə qoşulacaq. Tibbi müayinədən uğurla keçən PSV-nin sabiq futbolçusu 18 nömrəli formada çıxış edəcək.xeber100.com

Dekabr 29, 2022 11:13
    Page 60 of 831« First«...102030...5859606162...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az