“Qalatasaray” futbol klubu “Kayserispor”u qəbul edib

Fevralın 2-də Türkiyə Superliqasının XX turu çərçivəsində keçirilən qarşılaşmada “Qalatasaray” doğma meydanda “Kayserispor”u qəbul edib.Azərtac xəbər verir ki, oyuna fəal başlayan İstanbul təmsilçiləri artıq beşinci dəqiqədə hesabı açıblar. Adəm Böyük Marianonun ötürməsini dəqiq tamamlayıb. Görüşün 21-ci dəqiqəsində “Qalatasaray”ın yarımmüdafiəçisi Rayan Donk hesab arasındakı fərqi artırıb. Sofian Fequli isə 64-cü dəqiqədə komandasının üçüncü qolunu vurub. Cəmi beş dəqiqə sonra Kayseri təmsilçisinin hücumçusu Muris Mesanoviç vurulan qollardan birinin əvəzini çıxıb. Matçın son dəqiqələrində Sofian Fequli dubl edərək “Qalatasaray”ın qələbəsini rəsmiləşdirib - 4:1.Günün digər qarşılaşmasında turnir cədvəlinin lideri “Sivasspor” səfərdə “Qaziantep” komandasına 1:5 hesabı ilə uduzub. “Ankaragücü” – “Kasımpaşa” oyununda qalib müəyyənləşməyib - 1:1. “Alanyaspor” isə doğma meydanda “Yeni Malatyaspor”u 2:1 hesabı ilə məğlub edib.Tura fevralın 3-də oynanılacaq “Denizlispor” – “Göztəpə” görüşü ilə yekun vurulacaq.Hazırda turnir cədvəlinə 41 xalla “Sivasspor” klubu liderlik edir. Sonrakı yerlərdə “Başakşəhər” (39 xal), “Trabzonspor” (38 xal), “Alanyaspor” (38 xal), “Fənərbağça” (37 xal), “Qalatasaray” (36 xal), “Beşiktaş” (33 xal) və digər komandalar qərarlaşıblar.xeber100.com

Fevral 3, 2020 11:39

Milli Karate Federasiyasının məlumatı əsasında…

Fevralın 7-dən 9-dək Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatı keçiriləcək.Azərbaycan Milli Karate Federasiyasının mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, hər iki çempionatda iştirak edəcək milli komandamızın heyətinə federasiyanın prezidenti Yaşar Bəşirov rəhbərlik edəcək. Kumite üzrə baş məşqçi Anar Allahverdiyev, böyük məşqçi Şahin Xudaverdiyev və qadınların baş məşqçisi Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov mötəbər yarışda 30 idmançının mübarizə aparmasına üstünlük verib. Belə ki, 14-15 yaşlı yeniyetmələr arasında yarışlarda Məhəmməd Xamoyev (52 kq), Fərid Savadov (57 kq), Rumil Cəfərli (63 kq), Vahid Həsənov (70 kq), Elgün İmanquliyev (+70 kq), Aysu Əliyeva (47 kq), Suada Kərimova (54 kq), Arina Bezrebra (+54 kq), həmçinin Elcan Səmədzadə və Samirə Məmmədova (kata) çıxış edəcəklər.Sultan Hüseynov (55 kq), Əminağa Quliyev (61 kq), Tale Yaqubov (68 kq), Fərid Ağayev (76 kq), Osman Osmanlı (+76 kq), Xumar Əlibəyova (48 kq), Polina Qurenko (53 kq), Ayla Rzazadə (59 kq), eləcə də, Həsənəli Həsənov və Zəhra Qurbanzadə (kata) 16-17 yaşlı gənclər arasında mübarizə aparacaqlar.Müseyib Məmmədov (60 kq), Hümmət Baxşəliyev (67 kq), Qasım İsgəndərov (75 kq), Murad Balakişiyev (84 kq), Murad Hacızadə (+84 kq), Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), Renata Ərəbli (61 kq), Zamirə Rzayeva (68 kq) və Ceyhun İsmayılov (kata) 18-20 yaşlı gənclərin yarışında güclərini sınayacaqlar.Beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov də heyətlə birgə Macarıstana ezam olunublar. Yeniyetmə və gənclərin 47-ci, 21 yaşadək karateçilərin isə 12-ci Avropa çempionatında 52 ölkədən 1155 idmançı mübarizə aparacaq.xeber100.com

Fevral 3, 2020 11:33