Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində

Futzal üzrə Azərbaycan kubokunun 1/16 final mərhələsi çərçivəsində 5 oyun keçirilib.Azərtac xəbər verir ki, mərhələnin ilk matçı “Star-karqo”ların dueli olub. Görüş “Star-karqo-2”nin qələbəsi ilə başa çatıb – 6:4.İkinci matçda “Yasamal” və “Yurd” komandaları qarşılaşıblar. “Yasamal” ardıcıl 4 qol vursa da, ikinci hissədə toparlanan “Yurd” 5:4 hesabı ilə qələbə qazanmağı bacarıb.“Red Line”–“Borçalı” dueli də kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçib. Hər hissədə bir qol vuran Birinci Liqa təmsilçisi “Red Line” minimal hesablı qələbə sayəsində cavab matçına cüzi də olsa, üstünlüklə çıxacaq – 2:1.Günün növbəti matçında “Araz” komandası “Baker Huges” ilə qarşılaşıb. “Araz”ın rəqibini böyük hesabla yenəcəyi isə gözlənilən idi. İkinci matçı formallığa çevirən Yüksək Liqa təmsilçisinin heyətində debüt edən Eşaq Soorgali qol hesabını açıb. Qarşılaşma 17:2 hesabı ilə qələbə qazanıb.Günün sonuncu oyununda da qələbəni Yüksək Liqa təmsilçisi – “Marafon” qazanıb. Fasiləyə qədər cəmi bir qol vuran “Marafon” ikinci hissədə fərqi artırsa da, 26-cı dəqiqədə “Altay” sona qədər mübarizəsini davam etdirib. Nəticədə İkinci Liqa klubu fərqi minimuma endirməklə intriqanı ölməyə qoymayıb. Amma son dəqiqədə daha iki dəfə rəqib torunu silkələyən “Marafon” ikinci oyuna üstünlük qazanıb – 4:1.Fevralın 7-də “Premier Quba”–“Bibi-Heybət”, “Bakur Fire”–“Advokat”, “Neftçi”–“Gənclik”, “Record club”–“Hövsan”, “Baku Fans”–“Zəngilan”, ertəsi gün “Forza Neftçi”–“Badamlı”, “Bakı”–“Nəqşicahan”, EKOL–NTD, “Yasamal”–“Atletiko Baku”, “Standard”–“Dalğa” və “Xızı”–“Baker Tilly” oyunları təşkil olunacaq.xeber100.com

Fevral 7, 2020 2:00

Azərbaycan Həndbol Federasiyasının məlumatına görə…

Qadın həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, X turun oyunları da maraqlı idman mübarizəsi ilə yadda qalıb. Meydançaya əvvəlcə “Azəryol” və “Azərsu” komandaları çıxıblar. Yarış cədvəlindəki mövqeyini yaxşılaşdırmaq niyyətində olan “Azərsu” liderlə oyunda yüksək əzmkarlıq göstərsə də, bu, qələbə üçün kifayət etməyib. “Azəryol” rəqibin ciddi müqavimətinə baxmayaraq, qarşıya qoyulan tapşırığı yerinə yetirib – 24:23.Günün digər qarşılaşmasında “İdman Akademiyası” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Çempionluq uğrunda mübarizə aparan “Qarabağ” təbii ki, bu görüşdə xal itirmək niyyətində deyildi. Oyuna qələbə üçün çıxan nominal qonaqlar çətinliklə də olsa, azarkeşlərin etimadını doğruldublar. “İdman Akademiyası” komandası çox çalışsa da, məğlubiyyətdən qurtula bilməyib – 35:40.Onuncu turu da qələbə ilə bitirən “Azəryol” 18 xalla çempionatın turnir cədvəlinin vahid lideridir. “Qarabağ” ondan iki xal geri qalır. “Azərsu” 6 xalla üçüncü yerdə qərarlaşıb. Hələ də xal qazana bilməyən “İdman Akademiyası” çempionatın autsayderidir.Fevralın 8-də kişi həndbolçulardan ibarət komandalar X turun oyunlarına çıxacaqlar. Həmin gün “Məhsul” “Təhsil”lə, U-18 isə “Bakı” ilə qarşılaşacaq.xeber100.com

Fevral 6, 2020 1:55