11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Tokioda Olimpiya Oyunlarının nəhəng loqosu quraşdırılıb

Yanvarın 17-də Tokionun Odayba adasındakı dənizkənarı parkda Olimpiya Oyunlarının mavi, sarı, qara, yaşıl və qırmızı rəngli halqalardan ibarət nəhəng loqosu quraşdırılıb.Azərtac xəbər verir ki, Yokohama şəhərində quraşdırılan loqo səhər saatlarında sahil rayonuna gətirilərək triatlon yarışlarının keçiriləcəyi ərazidə yerləşdirilib. Olimpiya Oyunlarının rəmzinin rəsmi açılış mərasimi yanvarın 24-də keçiriləcək.Yaponiya paytaxtında iyulun 24-də başlayacaq Olimpiya Oyunlarının bu nəhəng loqosunun eni 32,6, hündürlüyü isə 15,3 metrdir. Rəmzin quraşdırıldığı sahil parkı gözəlliyi ilə yanaşı, buradan açılan paytaxt mənzərəsi, “Göyqurşağı körpüsü” və “Tokio qülləsi” ilə də diqqəti cəlb edir.xeber100.com

Yanvar 17, 2020 1:34

“Fənərbaxça” futbol klubu növbəti transferini açıqlayıb

Yanvarın 16-da Türkiyənin “Fənərbaxça” klubu növbəti transferi açıqlayıb.Azərtac İstanbul klubunun saytına istinadla xəbər verir ki, bu, İtaliyanın “Milan” klubunun isveçrəli müdafiəçisi Rikardo Rodrigezdir.Futbolçu ilə ikiillik müqavilə imzalanıb. Transferin dəyəri 9 milyon avrodur. Müqavilə barədə yaxın günlərdə təfsilatı ilə məlumat veriləcək.xeber100.com

Yanvar 17, 2020 1:29

Türkiyə kubokunun səkkizdəbir final mərhələsində

Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin son oyunları keçirilib.Azərtac xəbər verir ki, üçüncü oyun günündə iki görüş olub. “Trabzonspor” doğma meydanda “Dənizlispor”u 2:0 hesabı ilə məğlub edib. “Göztəpə” isə səfərdə “Antalyaspor”a 3:4 hesabı ilə uduzub.Qeyd edək ki, Türkiyə kubokunun səkkizdəbir final mərhələsinin cavab oyunları yanvarın 21, 22 və 23-də keçiriləcək.xeber100.com

Yanvar 17, 2020 1:23

Veyk-an Zee şahmat festivalının beşinci turunun oyunları keçiriləcək

Yanvarın 16-da Veyk-an Zee şahmat festivalının (“Tata Steel Chess 2020”) beşinci turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, turnirin B qrupunda mübarizə aparan təmsilçimiz Rauf Məmmədov növbəti turda yerli idmançı Jan Smitslə üz-üzə gələcək.Qeyd edək ki, təmsilçimiz ötən 4 turun nəticəsinə görə 2,5 xal toplayıb. O, bu göstərici ilə 2-5-ci yerləri bölüşür.xeber100.com

Yanvar 16, 2020 1:11

Milli Karate Federasiyasının təşkilatçılığı ilə karate turniri keçiriləcək

“Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə yanvarın 17-19-da uşaq, yeniyetmə və gənclər arasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq turniri keçiriləcək.Azərtac xəbər verir ki, Bakı İdman Sarayında təşkil ediləcək və sayca 5-ci olacaq açıq beynəlxalq turnirdə 900-dək idmançı iştirak edəcək.Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, İran, Türkmənistan, Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan, Küveyt, Mərakeş və Omandan olan idmançılar da mübarizə aparacaqlar.Karateçilər yarışın ilk günündə bütün yaş qruplarında kata çıxışlarına qatılacaqlar. Ertəsi gün 6-11 yaşlı uşaqların kumite yarışları, bazar günü isə 12-17 yaşlı yeniyetmə və gənclərin döyüşləri keçiriləcək. Yarışı milli hakimlərimizlə yanaşı, 5 ölkədən 22 beynəlxalq hakim də idarə edəcək.Turnirin açılış mərasimi yanvarın 18-də keçiriləcək.xeber100.com

Yanvar 16, 2020 1:07

Latviyada cüdo üzrə çempionat start götürüb

Latviyanın paytaxtı Riqa şəhərində cüdo üzrə çempionat start götürüb. Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov yarışda çempion olub.Azərtac xəbər verir ki, kişilər arasında 73 kiloqram çəkidə mübarizə aparan Latviya vətəndaşı, Azərbaycan əsilli idmançı Əbülfəz Nəsirov rəqiblərinə qalib gələrək birinci yerə çıxıb və qızıl medala layiq görülüb.Azərbaycanın Latviyadakı səfiri Cavanşir Axundov idmançını qələbə münasibətilə təbrik edib, ona gələcək yarışlarda uğurlar arzulayıb.xeber100.com

Yanvar 15, 2020 2:21

“Səbail” futbol klubu “Jetisu” komandası ilə yoxlama oyunu keçirəcək

Antalyada təlim-məşq toplanışında olan Bakının “Səbail” futbol klubu bu gün Qazaxıstanın “Jetisu” komandası ilə yoxlama oyunu keçirəcək.Azərtac xəbər verir ki, “Spice Otel Belek”in meydanında keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 18:00-da başlayacaq.Qeyd edək ki, yanvarın 26-dək Antalyada qalacaq “Səbail” bu müddətdə daha 3 yoxlama görüşü keçirəcək.xeber100.com

Yanvar 15, 2020 2:18

“Neftçi” komandası təlim-məşq toplanışının ikinci mərhələsində

Bakının “Neftçi” futbol klubu təlim-məşq toplanışının ikinci mərhələsini davam etdirir.Azərtac xəbər verir ki, komandamız Antalyada məskunlaşdığı “The Sense De Luxe” otelinin stadionunda məşqə çıxıb. Səhər məşqində futbolçular fiziki hazırlıq üzrə məşqçi Andrea Vezzunun rəhbərliyi altında fiziki yükləmələri yerinə yetiriblər. Daha sonra standart vəziyyətlər və qısa ötürmələr üzərində işləyiblər.Təlim-məşq toplanışında komandanın iki aparıcı üzvü – Stiven Jozef-Monroz və Dario Frederiko iştirak etmirlər. Monroz sənəd probleminə görə hələ ki düşərgəyə qoşula bilməyib. Dario isə hazırlığını Bakıda – “Neftçi-2”nin heyətində davam etdirir.Qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdıran “Neftçi” Bakı vaxtı ilə sabah saat 17:00-da Polşanın “LKS Lodz” klubu ilə qarşılaşacaq. “Ağ-qaralar” yanvarın 20-si Ukraynanın “Dinamo” (Kiyev), dörd gün sonra isə “Desna” klubu ilə üz-üzə gələcək.xeber100.com

Yanvar 15, 2020 2:12

“Sabah” futbol klubu növbəti yoxlama oyununu keçirəcək

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” komandası hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.Azərtac xəbər verir ki, komandamız Rumıniyanın “Akademika Klinçeni” klubu ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 18:30-da Belekdəki “Titanik Mardan” stadionunda başlayacaq.Qarşılaşma “Sabah” futbol klubunun “YouTube” kanalı ilə canlı yayımlanacaq.Xatırladaq ki, “Sabah” Antalya toplanışı çərçivəsində ilk yoxlama oyununu Macarıstanın “Pakş” komandasına (0:2) qarşı keçirib.xeber100.com

Yanvar 15, 2020 2:10

Həndbol Federasiyasının məlumatı əsasında…

Həndbol üzrə ölkə kuboku yarışlarına start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, ilk olaraq kişilərdən ibarət komandalar mübarizəyə qatılıblar. Üç turdan ibarət qrup mərhələsinin ilk oyun günündə meydançaya əvvəlcə “Təhsil” və “Məhsul” kollektivləri çıxıblar. Azərbaycan çempionatının lideri, kubok turnirində də nahaq yerə favorit sayılmadığını sübut edib. Görüş “Məhsul”un 36:28 hesablı qələbəsi ilə başa çatıb.Günün digər oyununda isə “Bakı” U-18 komandasını sınağa çəkib. Bu qarşılaşma da imkanları yüksək qiymətləndirilən rəqibin qələbəsi ilə nəticələnib. Gənc həndbolçular çox çalışsalar da, “Bakı”nın uğurlu startına mane ola bilməyiblər – 36:20.Yanvarın 15-də qadın həndbolçulardan ibarət komandalar kubok uğrunda mübarizəyə başlayacaqlar. İlk turda “Azərsu” “Azəryol”la, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprelə təyin olunub. Qalib komandanın adına isə mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gələcək.xeber100.com

Yanvar 14, 2020 1:36
    Page 321 of 831« First«...102030...319320321322323...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az