Boks Federasiyası 2019-cu ilin yekunları ilə bağlı tədbir keçirib

Azərbaycan Boks Federasiyası (ABF) 2019-cu ilin yekunları ilə bağlı Abşeron Olimpiya İdman Kompleksində tədbir keçirib.Azərtac xəbər verir ki, yığıncaqda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, milli komandanın məşqçilər korpusunun və yığmanın üzvləri iştirak ediblər.Başa çatmaqda olan ilin Azərbaycan boksçuları üçün uğurlu olduğunu vurğulayan S.Mikayılov qarşıda komandamızı daha ciddi sınaqların gözlədiyini vurğulayaraq deyib: “Gələn il Olimpiya ilidir. Biz Tokio Yay Olimpiya Oyunlarında iştirak üçün, ilk növbədə, lisenziyalar qazanmalıyıq. Bu yarışlara da martdan start veriləcək. Ümid edirəm ki, boksçularımız lazımi uğurlara imza ataraq, bir neçə vəsiqə qazanacaqlar. Bundan sonra isə Olimpiadada öz sözümüzü deyəcəyik”.Sonra N.Səfərov hesabat məruzəsi ilə çıxış edib.Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov boksçularımıza böyük ümidlər bəslənildiyini qeyd edib, Olimpiya çempionu kimi tövsiyələrini verib.R.Hüseynov boksçularımızın istər lisenziya yarışlarında, istərsə də Olimpiadada uğurla çıxış edərək xalqımızı sevindirəcəklərinə əminliyini bildirib.Məşqçilər və boksçular isə çıxışlarında onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışacaqlarını deyiblər.xeber100.com

Dekabr 29, 2019 1:57

Milli Karate Federasiyasının məlumatı əsasında…

Azərbaycan Milli Karate Federasiyası 2019-cu ili uğurla başa vurur.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a verilən məlumata görə, müxtəlif yaş qruplarında karateçilərimiz 2019-cu ildə beynəlxalq yarışlarda – 62 qızıl, 46 gümüş, 76 bürünc medal qazanıblar. Belə ki, yeniyetmə və gənclərin Avropa çempionatında 4 qızıl və 1 bürünc, böyüklərin Avropa çempionatında 1 qızıl, yeniyetmə və gənclər arasında dünya çempionatında 2 gümüş və 5 bürünc, Avropa Oyunlarında isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edilib.WKF-nin rəsmi turnirlərində - 2 qızıl və 1 bürünc medal dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc medal “Karate1” Premyer Liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc medal “Karate1” Seriya A turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə gənclərin liqa turnirlərində qazanılıb.İl ərzində beynəlxalq turnirlər və rəsmi yarışların ümumi nəticələrini nəzərə alsaq, müxtəlif yaş qruplarında milli komandanın üzvləri 76 qızıl, 109 gümüş və 97 bürünc olmaqla, ümumilikdə 282 medala sahib olublar. Ölkədaxili beynəlxalq turnirlərdə yerli idmançılar böyük üstünlük təşkil etdiyindən, onların nəticələri rəsmi statistikaya daxil edilməyib.Yola salmaqda olduğumuz ildə ölkəmizdə beynəlxalq turnirlər, seminar və tədbirlər təşkil edilib. Milli komandanın üzvləri yarışlarda yüksək nəticələr əldə ediblər.xeber100.com

Dekabr 27, 2019 11:34