İspaniya La Liqasının 19-cu turunun oyunları keçirilib

Yanvarın 4-də İspaniya La Liqasının 19-cu turunun oyunları keçirilib.Azərtac xəbər verir ki, turun mərkəzi görüşü “Espanyol” və “Barselona” komandaları arasında reallaşıb.“Kornelya El Prat” stadionunda təşkil olunmuş Kataloniya derbisi heç-heçə ilə yekunlaşıb - 2:2. Hesabı 23-cü dəqiqədə meydan sahiblərindən David Lopes açıb. Oyunun 50-ci dəqiqəsində Luis Suares bərabərlik qolunu vurub. Qarşılaşmanın 59-cu dəqiqəsində isə Arturo Vidal qonaqları önə çıxarıb. Lakin 88-ci dəqiqədə Uley yekun nəticəni müəyyənləşdirib. Görüşün 75-ci dəqiqəsində Frenki De Yonq qırmızı vərəqə alaraq, “Barsa”nı azlıqda qoyub.Xal itkisinə baxmayaraq, Ernesto Valverdenin baş məşqçi olduğu komanda xallarını 40-a çatdıraraq, eyni xala malik “Real Madrid”i şəxsi göstəricilərdə üstələyib və yenidən 1-ci pilləyə qalxıb. “Espanyol” isə 11 xalla sonuncu pillədə qalıb.“Real Madrid” səfərdə “Xetafe” klubunun qapısından üç cavabsız top keçirərək vacib üç xalını qazanıb. Madridlilərin heyətində David Soriya (öz qapısına), Rafael Varan və Luka Modriç fərqləniblər.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Sevilya” – “Atletik Bilbao” – 1:1; Rayo Valladilid” – “Leqanes” – 2:2; “Valensiya” – “Eybar” – 1:0; “Xetafe” – “Real Madrid” – 0:2; “Atletiko Madrid” – “Levante” – 2:1.xeber100.com

Yanvar 5, 2020 5:40

Olimpiya və Paralimpiya Oyunlarına hazırlığın son mərhələsi başlanılıb

Yaponiyada cari ildə dünyanın hər yerindən bu Gündoğar ölkəyə təşrif gətirəcək idmançıların və digər qonaqların qarşılanması ilə əlaqədar son hazırlıq işlərinə başlanılıb.Azərtac xəbər verir ki, yarışların baş meydançası olacaq Tokio Milli Olimpiya stadionu artıq istifadəyə hazırdır. İnşaat işlərinin bir neçə il davam etdiyi yeni idman obyektində tikinti işlərinə ötən ay yekun vurulub. Təşkilat komitəsinin yaydığı məlumata əsasən, iyulun 24-də Milli stadionda Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Bundan sonra bu idman obyektində müxtəlif yarışların keçirilməsi nəzərdə tutulur.Xatırladaq ki, “Tokio 2020” Olimpiya Oyunlarında 33 idman növü üzrə 339 yarış təşkil olunacaq. Bunlardan da 5-i Olimpiya yarışlarına daxil edilən yeni idman növüdür və bu idman növləri üzrə 18 yarış keçiriləcək. Həmin idman növlərinə beysbol, softbol, skeytbordinq, serfinq, karate və idman dağa dırmanması daxildir. Təşkilatçıların qənaətinə görə, bu idman növləri Olimpiya azarkeşlərinin yeni nəslinin diqqətinə səbəb olacaq. Bu idman növlərindən bir neçəsinin “Paris 2024” Olimpiya Oyunlarına daxil edilməsi də nəzərdə tutulur.“Tokio 2020” Olimpiya Oyunlarının məşəli sakura ağacının çiçəyi əsasında düzəldilib.Hazırda dünyanın məşhur idmançıları Olimpiya və Paralimpiya Oyunlarına qatılmaq üçün müxtəlif yarışlarda lisenziya uğrunda mübarizə aparırlar. Onların sırasında azərbaycanlı idmançılar da var.xeber100.com

Yanvar 4, 2020 8:23