11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Fənərbağça” klubu heyətinə yeni futbolçu cəlb edib

İstanbulun “Fənərbağça” klubu heyətinə yeni futbolçu cəlb edib.Azərtac xəbər verir ki, İstanbul təmsilçisi Almaniyanın “Ayntraxt” komandasından 27 yaşlı qvineyalı müdafiəçi Simone Faletteni icarə əsasında heyətinə qatıb.S.Falette satınalma hüququ ilə birgə cari mövsümün sonunadək icarəyə götürülüb.Qeyd edək ki, qvineyalı müdafiəçi “Ayntraxt” klubunda 43 oyun keçirib və bir dəfə fərqlənib. O, Qvineya milli komandasının heyətində isə 8 oyunda forma geyinib.xeber100.com

Yanvar 9, 2020 1:23

Niderlandlı pilot “Red Bull Racing” komandası ilə müqaviləni uzadıb

Niderlandlı pilot Maks Ferstappen “Red Bull Racing” komandası ilə müqaviləsini uzadıb.Azərtac xəbər verir ki, 22 yaşlı pilot ən azı 2023-cü ilədək komandanın heyətində mübarizə aparacaq.M.Ferstappen Formula 1-ə 2015-ci il mövsümündə 15 yaşında gəlib. Pilot karyerasına Avstriya şirkətinin gənc komandası “Toro Rosso”da başlayıb. O, “Red Bull Racing” komandasını 2016-cı ildən təmsil edir.“Red Bull Racing” komandasının heyətində 8 qələbə qazanan pilotun aktivində ümumilikdə 948 xal var. Niderlandlı pilotun 2020-ci il mövsümündə tərəf müqabili 2019-cu ilin ikinci yarısında olduğu kimi, tailandlı Aleksandr Albon olacaq.xeber100.com

Yanvar 8, 2020 9:53

Voleybolçulardan ibarət Azərbaycan millisi ilk oyununu keçirib

Yanvarın 7-də Niderlandda qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Olimpiya Təsnifat Turnirində ilk oyununu keçirib.Azərtac verir ki, millimiz Apeldorn şəhərində meydan sahibləri ilə qarşılaşıb. Görüş Niderland yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.Səkkiz ölkənin mübarizə apardığı yarış “Tokio 2020” Yay Olimpiya Oyunlarına Avropadan sonuncu iştirakçının adını müəyyənləşdirəcək. Təsnifat turnirinin iştirakçıları axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.Azərbaycan millisi A qrupunda Niderland, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri güclərini sınayacaqlar. Turnirin qalibi Olimpiadaya bilet əldə edəcək.Qeyd edək ki, millimiz növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək.xeber100.com

Yanvar 8, 2020 9:37

2019-cu ildə ən yaxşı futbolçusu müəyyənləşib

Afrika qitəsinin 2019-cu ildə ən yaxşı futbolçusu müəyyənləşib.Azərtac xəbər verir ki, Seneqal millisinin və İngiltərənin "Liverpul" klubunun 27 yaşlı hücumçusu Sadio Mane ötən ilin ən yaxşı futbolçusu seçilib. O, karyerasında ilk dəfə bu ada layiq görülüb. Hücumçu məşqçilər və federasiya nümayəndələri arasında aparılan səsvermədə Məhəmməd Salahı ("Liverpul", Misir) və Riyad Mahrezi ("Mançester Siti", Əlcəzair) qabaqlayıb.Mane ötən mövsüm "Liverpul"la Çempionlar Liqasının qalibi olub.Xatırladaq ki, son iki ildə "Liverpul"un futbolçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib.xeber100.com

Yanvar 8, 2020 9:34

AFFA-nın növbədənkənar konfransı başlayıb

Bakıda AFFA-nın növbədənkənar konfransı başlayıb. Azərtac xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev ötən ilin ölkəmiz üçün digər sahələrdə olduğu kimi, idmanda da uğurlu olduğunu deyib. O, cari ildə də bu uğurun davam etdiriləcəyinə əminliyini ifadə edib.AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Nizamnaməsinə edilən əlavə və dəyişikliklərin İcraiyyə Komitəsinin üzvləri ilə birgə məsləhətləşmələr nəticəsində gerçəkləşdiyini diqqətə çatdırıb.AFFA-nın Hüquq şöbəsinin rəhbəri Günay Zamanlı Nizamnaməyə edilən əlavə və dəyişikliklərlə bağlı təkliflər arasında qurumun İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərinin sayının artırılması, icraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi, prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin həcminin müəyyənləşdirilməsi və digər məsələlərin yer aldığını diqqətə çatdırıb.Konfrans davam edir.xeber100.com

Yanvar 8, 2020 9:30

İtaliya A seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib

Yanvarın 7-də İtaliya A seriyasının 18-ci turunun mərkəzi qarşılaşması keçirilib.Azərtac xəbər verir ki, cari mövsüm uğursuz oyun nümayiş etdirən “Napoli” öz meydanında “İnter” klubu ilə üz-üzə gəlib. “San Paolo” stadionunda baş tutan görüş “İnter” klubunun 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.Milan təmsilçisinin heyətində Lukaku, Lautaro Martinez, “Napoli”nin heyətində isə Arek Milik fərqləniblər.Turun digər oyununda “Milan” öz meydanında autsayder “Sampdoriya” ilə qolsuz heç-heçə edib. “Roma” isə öz meydanında “Torino”ya uduzub (0:2).Çempionluğa iddialı “Yuventus” bu mövsüm 14-cü qələbəsini qazanıb. Belə ki, turinlilər doğma azarkeşlər önündə “Kalyari”nin qapısından 4 cavabsız top keçirib. Həmin oyunda Kriştianu Ronaldu üç dəfə, Qonsalo Hiquayin isə bir dəfə fərqlənərək komandasına vacib qələbə qazandırıb.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb: “Breşiya” - “Latsio” - 1:2; SPAL - “Verona” - 0:2; “Genoa” - “Sassuolo” - 2:1; “Bolonya” - “Fiorentino” - 1:1; “Atalanta” - “Parma” - 5:0; “Leççe” - “Udineze” - 1:1.xeber100.com

Yanvar 7, 2020 10:27

Voleybolçular arasında Avropa təsnifat turnirinə start veriləcək

Bu gün 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli qadın voleybolçular arasında Avropa təsnifat turnirinə start veriləcək.Azərtac xəbər verir ki, Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan millisi də mübarizə aparacaq. Vаsif Tаlıbovun baş məşqçi olduğu kollektiv A qrupunda Niderland, Bolqarıstan və Polşa ilə mübarizə aparacaq. B qrupunda isə Türkiyə, Almaniya, Belçika və Xorvatiya yığmaları çıxış edəcək.Azərbaycan millisi ilk görüşünü bu gün meydan sahiblərinə qarşı keçirəcək. Bu gün həmçinin Almaniya-Türkiyə və Polşa-Bolqarıstan qarşılaşmaları da olacaq.Reqlamentə əsasən, qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala yüksələcəklər. Burada çarpaz olaraq üz-üzə gələcək yığmalar ardınca finalçını müəyyənləşdirəcəklər. Həlledici görüşdə isə “Tokio-2020” Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komandanın adı dəqiqləşəcək.xeber100.com

Yanvar 7, 2020 10:25

Güləş Federasiyasının məlumatı əsasında…

Sərbəst güləş yığmamız İstanbulda təlim-məşq toplanışını davam etdirir.Azərtac Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, dekabrın 26-dan ölkə xaricində hazırlıq prosesinə start verən millimiz Türkiyə, Qazaxıstan, Bolqarıstan, Hindistan, Türkmənistan və Rusiyadan olan idmançılarla birgə toplanış keçir.Baş məşqçi əvəzi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında davam edən hazırlıq prosesi yanvarın 9-da yekunlaşacaq. Ertəsi gün komandamız 2020-ci ildə ilk yarışına çıxacaq. Belə ki, yanvarın 10-dan 12-dək İstanbulda Yaşar Doğunun xatirə turniri keçiriləcək. Ənənəvi yarışda iştirak edəcək heyət yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.xeber100.com

Yanvar 6, 2020 6:52

ABŞ-da “2020 Charlotte Open” turniri keçirilib

ABŞ-da şahmatçımız Ülvi Bacaraninin də qatıldığı “2020 Charlotte Open” turniri keçirilib.Azərtac xəbər verir ki, 9 turdan 6,5 xal toplayan şahmatçımız 2-5-ci yerləri bölüşüb.Turnirin qalibi Ü.Bacaranini yarım xal üstələyən yerli idmançı Brendon Cekobson olub.xeber100.com

Yanvar 6, 2020 6:50

Azərbaycan Milli Karate Federasiyasının təşkilatçılığı ilə…

Yanvarın 17-də “Arpaçay” karate klubu və Azərbaycan Milli Karate Federasiyasının (AMKF) birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə karate üzrə ənənəvi beynəlxalq turniri start götürəcək.Azərtac xəbər verir ki, 5-ci “Arpachay Open” turnirində 10-dan artıq ölkədən 1000-dək idmançının iştirakı gözlənilir.Bakı İdman Sarayında təşkil ediləcək yarış yanvarın 19-da başa çatacaq.xeber100.com

Yanvar 6, 2020 6:45
    Page 324 of 831« First«...102030...322323324325326...330340350...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az