İngiltərə Premyer Liqasının 20-ci turunun oyunlarına yekun vurulub

Dekabrın 30-da İngiltərə Premyer Liqasının 20-ci turunun oyunlarına yekun vurulub.Azərtac xəbər verir ki, hazırkı lider “Liverpul” öz meydanında - “Anfield” stadionunda 7-ci pillədə qərarlaşan “Volverhemton” komandasını qəbul edib.Görüş meydan sahiblərinin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.Mersessayd təmsilçisinin heyətində yeganə qolun müəllifi 42-ci dəqiqədə Sadio Mane olub. O, uzun müddət zədə üzündən meydana çıxmayan Adam Lallananın ötürməsindən sonra şansı əldən verməyib.“Mançester Siti” də bu turu öz meydanında keçirib.Pep Qvardiolanın yetirmələri cari mövsün yaxşı oyunu ilə diqqət çəkən və 8-ci yerdə qərarlaşan “Şeffild Yunayted” komandasını qəbul edib.Mançester təmsilçisinin iki cavabsız topla məğlub etdikləri görüşdə Serxio Aquera və Kevin De Brüyne fərqlənib.Turun mərkəzi görüşü isə “Emirates” stadionunda baş tutub. Çempionluğa iki iddialı klub - “Arsenal” və “Çelsi” klubları üz-üzə gəlib.London derbisi “Çelsi” klubun 2:1 hesablı qələbəsi ilə başa çatıb.İlk hissənin 13-cü dəqiqəsində hesabda irəli çıxan “Arsenal”, fasilədən sonra 83-cü və 87-ci dəqiqələrdə ardıcıl iki dəfə top buraxaraq məğlub olublar.“Arsenal”ın heyətində Pyer-Emerik Obameyanq, “Çelsi”nin isə Jorjinyo və Tammy Abraham fərqləniblər.İyirmi turdan sonra turnir cədvəlinə 55 xalla “Liverpul” klubu başçılıq edir, “Lester Siti” 42 xalla ikinci, “Mançester Siti” isə 41 xalla üçüncü yerdə qərarlaşıb.Digər pillələrdə müvafiq olaraq “Çelsi” (35), “Mançester Yunayted” (31), “Tottenhem” (30), “Volverhemton” (30), “Şeffild Yunayted” (29), “Kristal Palas” (27), “Everton” (25) qərarlaşıblar.İngiltərə Premyer Liqasının 21-ci turu 2020-ci ilin yanvarın 1-2 və 3-də keçiriləcək.xeber100.com

Dekabr 30, 2019 1:46

Boks Federasiyası 2019-cu ilin yekunları ilə bağlı tədbir keçirib

Azərbaycan Boks Federasiyası (ABF) 2019-cu ilin yekunları ilə bağlı Abşeron Olimpiya İdman Kompleksində tədbir keçirib.Azərtac xəbər verir ki, yığıncaqda ABF-in vitse-prezidentləri Süleyman Mikayılov, Rövşən Hüseynov, baş katib Nağı Səfərov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov, milli komandanın məşqçilər korpusunun və yığmanın üzvləri iştirak ediblər.Başa çatmaqda olan ilin Azərbaycan boksçuları üçün uğurlu olduğunu vurğulayan S.Mikayılov qarşıda komandamızı daha ciddi sınaqların gözlədiyini vurğulayaraq deyib: “Gələn il Olimpiya ilidir. Biz Tokio Yay Olimpiya Oyunlarında iştirak üçün, ilk növbədə, lisenziyalar qazanmalıyıq. Bu yarışlara da martdan start veriləcək. Ümid edirəm ki, boksçularımız lazımi uğurlara imza ataraq, bir neçə vəsiqə qazanacaqlar. Bundan sonra isə Olimpiadada öz sözümüzü deyəcəyik”.Sonra N.Səfərov hesabat məruzəsi ilə çıxış edib.Gənclər və İdman Nazirliyinin şöbə müdiri Fərid Mansurov boksçularımıza böyük ümidlər bəslənildiyini qeyd edib, Olimpiya çempionu kimi tövsiyələrini verib.R.Hüseynov boksçularımızın istər lisenziya yarışlarında, istərsə də Olimpiadada uğurla çıxış edərək xalqımızı sevindirəcəklərinə əminliyini bildirib.Məşqçilər və boksçular isə çıxışlarında onlara bəslənilən ümidləri doğrultmaq üçün səylə çalışacaqlarını deyiblər.xeber100.com

Dekabr 29, 2019 1:57