Milli Karate Federasiyasının məlumatı əsasında…

Azərbaycan Milli Karate Federasiyası 2019-cu ili uğurla başa vurur.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a verilən məlumata görə, müxtəlif yaş qruplarında karateçilərimiz 2019-cu ildə beynəlxalq yarışlarda – 62 qızıl, 46 gümüş, 76 bürünc medal qazanıblar. Belə ki, yeniyetmə və gənclərin Avropa çempionatında 4 qızıl və 1 bürünc, böyüklərin Avropa çempionatında 1 qızıl, yeniyetmə və gənclər arasında dünya çempionatında 2 gümüş və 5 bürünc, Avropa Oyunlarında isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə edilib.WKF-nin rəsmi turnirlərində - 2 qızıl və 1 bürünc medal dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc medal “Karate1” Premyer Liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc medal “Karate1” Seriya A turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə gənclərin liqa turnirlərində qazanılıb.İl ərzində beynəlxalq turnirlər və rəsmi yarışların ümumi nəticələrini nəzərə alsaq, müxtəlif yaş qruplarında milli komandanın üzvləri 76 qızıl, 109 gümüş və 97 bürünc olmaqla, ümumilikdə 282 medala sahib olublar. Ölkədaxili beynəlxalq turnirlərdə yerli idmançılar böyük üstünlük təşkil etdiyindən, onların nəticələri rəsmi statistikaya daxil edilməyib.Yola salmaqda olduğumuz ildə ölkəmizdə beynəlxalq turnirlər, seminar və tədbirlər təşkil edilib. Milli komandanın üzvləri yarışlarda yüksək nəticələr əldə ediblər.xeber100.com

Dekabr 27, 2019 11:34

Cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib

Bakı İdman Sarayında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib.Azərtac xəbər verir ki, tədbirdə çıxış edən Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov Azərbaycanda dövlətin diqqət və qayğısı nəticəsində idmanın yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük dəstək verilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan qabaqcıl idman ölkələrindən birinə çevrilib. Nazir müavini başa çatmaqda olan 2019-cu ildə cüdoçularımızın bir sıra nailiyyətlərə imza atdığını bildirib.Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev çıxışında idmançılarımızın bu il böyük uğurlar əldə etdiklərini diqqətə çatdırıb. Bu uğurlarda cüdoçularımızın da payı olduğunu qeyd edən Xəzər İsayev deyib: “Gələn il idman ictimaiyyəti üçün ən məsuliyyətli illərdən biridir. Tokioda Yay Olimpiya Oyunları keçiriləcək və bu nüfuzlu idman yarışına lisenziya xarakterli turnirlər davam edir. Cüdoçularımız builki yarışlarda uğurla çıxış edərək Vətənə medallarla qayıdıblar. Sevindirici haldır ki, gənc cüdoçularımız yetişir və onlardan da parlaq qələbələr gözləyirik. İnanırıq ki, cüdoçularımız Tokio Olimpiadasında maksimum lisenziya qazanaraq yarışlarda ölkəmizi layiqincə təmsil edəcəklər”.Tədbirdə çıxış edən Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı qadın və kişilər arasında keçirilən Azərbaycan çempionatında gərgin rəqabət getdiyini bildirib. Qeyd edib ki, bu yarışda fərqlənən idmançılar yığma komandaya cəlb ediləcək.Dövlət himni səsləndirilikdən sonra medallar uğrunda qarşılaşmalar başlayıb.xeber100.com

Dekabr 25, 2019 9:44