05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Həndbolçuların ölkə çempionatında oyunları keçirilib

Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, maraqla gözlənilən “Azəryol” – “Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. Son ölkə çempionu mövsümə iddialı başlayan rəqiblə oyuna qələbə üçün çıxmışdı. Yüksək əzmkarlıq nümayiş etdirən “Azəryol” qarşıya qoyulan tapşırığı yerinə yetirib – 31:26.Günün digər qarşılaşmasında isə “Azərsu” “İdman Akademiyası” komandasını sınağa çəkib. Kifayət qədər ciddi müqavimət göstərən “tələbələr” təcrübəli rəqibə asanlıqla təslim olmayıblar. “Azərsu” maraqlı mübarizənin sonunda cəmi 4 xal fərqi ilə qələbə qazanıb – 43:39.Əsas rəqibi üzərində qələbə çalan “Azəryol” 14 xalla çempionatın artıq vahid lideridir. “Qarabağ” 12 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü yerdəki “Azərsu” xal sayını 6-ya yüksəldib. “İdman Akademiyası” komandasının hələ də xalı yoxdur.Çempionatın 9-cu turunun oyunları dekabrın 18-də keçiriləcək. Həmin gün “Qarabağ” “Azərsu”, “Azəryol” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.xeber100.com

Dekabr 13, 2019 2:23

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin məlumatı

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Mərkəzində yeniyetmə cüdoçular arasında açıq Bakı birinciliyi davam edir.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən Azərtac-a bildiriblər ki, yarışın ikinci günündə Aydan Vəliyeva (40 kq), Zeynəb Məmmədova (52 kq), Sahib Babayev (50 kq), Elnur Qasımov (66 kq) və Vüsal Qazıxanov (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.Paytaxt birinciliyinin qalib və mükafatçılarına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.Birincilikdə 54 klubdan 576 yeniyetmə cüdoçu mübarizə aparır.Yarışa dekabrın 13-də yekun vurulacaq.xeber100.com

Dekabr 13, 2019 2:18

Futzal üzrə püşkatma mərasimi təşkil olunacaq

Dekabrın 16-da Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.Azərtac xəbər verir ki, bu mərhələdə Birinci və İkinci liqalarda çıxış edən komandalar bir-birinə rəqib olacaqlar.1/32 final mərhələsində Birinci Liqa komandalarından “Standard”, “AjaxBaku”, “Forza Neftçi”, ADBTİA, “Star karqo”, “Red Line”, “Metropoliten”, “Ulduz”, AzMİU, U-19, “Baku Fans”, “Qarabağ-Füzuli”, “Rayyan”, “Yasamal-2”, “Xızı Yasamal”, “Baku Fire-2”, “Zəngilan”, “Çinar Cəbrayıl”, “Zirvə Bakı”, “Veqa”, İkinci Liqa komandaları NTD, “Advokat”, “Baku Fire-3”, “Baker Tilly”, “Altay”, “Dalğa”, “Atletiko Baku”, “Bibi-Heybət”, “Hövsan”, “Star karqo-2”, “Bədr Xocalı”, “Borçalı”, “Zülfüqar”, “Təbriz”, “Gənclik”, “Baker Hughes”, AZZERS, “Timsport”, “Zirvə Bakı-2” və “Emin spor” mübarizə aparacaqlar.xeber100.com

Dekabr 13, 2019 2:15

“Grand Prix 2019” seriyasının ilk partiyaları oynanılıb

İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsinin ilk partiyaları oynanılıb.Azərtac xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun Rusiya təmsilçisi Dmitri Yakovenko ilə qarşılaşması heç-heçə başa çatıb.Dekabrın 12-də şahmatçımız rəqibi ilə cavab matçı keçirəcək.xeber100.com

Dekabr 12, 2019 2:44

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində

Dekabrın 12-də “Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL-i komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xalla qabaqlayır.Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq. Silver Koiv və Sten Klaasen yan xətt hakimi qismində təyinat alıblar. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.xeber100.com

Dekabr 12, 2019 2:40

Azərbaycan Premyer Liqasının rəmzi komandası müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.Azərtac Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında rəmzi komandaya “Qarabağ”dan 2, “Neftçi”dən 4 və “Zirə”dən 4 oyunçu daxil edilib.Rəmzi heyətdə Səlahət Ağayev (“Neftçi”), Aliton Silva (“Qarabağ”), Adrian Skarlatake (“Zirə”), Anton Krivotsyuk, Tural Axundov (hər ikisi “Neftçi”), Nicat Süleymanov, Elvin Camalov (hər ikisi “Zirə”), Emin Mahmudov (“Neftçi”), Dani Kintana (“Qarabağ”), Xulio Sezar Rodrigez (“Zirə”) və Stiven Monroz (“Neftçi”) yer alıblar.xeber100.com

Dekabr 11, 2019 12:30

UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq

Dekabrın 11-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B, C və D qrupundakı komandalar qarşılaşacaqlar.Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Fransada “Paris Sen-Jermen” klubunun qonağı olacaq. A qrupunun digər matçında “Brügge” Belçikada İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. Madrid və Paris təmsilçiləri səkkizdəbir finala vəsiqəni təmin ediblər. Bu turun nəticəsində qrupdan UEFA Avropa Liqasında çıxış edəcək komanda müəyyənləşəcək. İstanbul təmsilçisi bu vəsiqəni qazanmaq üçün qalib gəlməli, “Brügge” isə xal itirməlidir.Günün mərkəzi qarşılaşması B qrupunda yer alan Almaniyanın “Bavariya” və İngiltərənin “Tottenhem” klubları arasında baş tutacaq. Bu komandaların səkkizdəbir finalda çıxış edəcəkləri öncədən dəqiqləşib. Qrupun digər oyununda Yunanıstanın “Olimpiakos” klubu isə Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edəcək. Qonaqlar ən azı heç-heçə sayəsində UEFA Avropa Liqasında iştirak hüququna sahib olacaqlar.xeber100.com  

Dekabr 11, 2019 12:27

“Grand Prix 2019” seriyasının sonuncu mərhələsi start götürür

Dekabrın 11-də İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsi start götürür. İddiaçılar turnirinə vəsiqə qazanmaq üçün şahmatçılar sonuncu turda mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov birinci mərhələdə Rusiya təmsilçisi Dmitri Yakovenko ilə qarşılaşır. Şahmatçımız ötən turların nəticəsinə görə, ümumi hesabda 10 xalla üçüncü pillədə qərarlaşıb. Rusiya təmsilçisi Aleksandr Qrişuk 20 xalla turnir cədvəlinin lideridir. Fransalı Maksim Vaşye-Laqrav isə 13 xalla ikincidir.Yekun nəticələrə görə, ümumi hesabda ilk iki yeri tutan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.Qeyd edək ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhəti ilə əlaqədar “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etmir. O, dünya kubokunda qalib gəlməklə iddiaçılar turnirinə vəsiqəni təmin edib.xeber100.com

Dekabr 11, 2019 12:24

Ağır atletika üzrə Avropa birinciliyi davam edir

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.Azərtac xəbər verir ki, 15 yaşadək atletlərin mübarizəsində 76 kiloqram çəki dərəcəsində çıxış edən Rahilə Hüseynova birdən qaldırma hərəkətində 75 kiloqram nəticə ilə dördüncü yeri tutub. İdmançımız təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək 97 kiloqramın öhdəsindən gəlib. R.Hüseynova bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.Toplam 172 kiloqram (75+97) nəticə ilə yekun sıralamada üçüncü yerə çıxan ağır atletimiz bürünc medala layiq görülüb.Dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.xeber100.com

Dekabr 11, 2019 12:22

Yunan-Roma güləşi üzrə təlim-məşq toplanışı başlayıb

Yunan-Roma güləşi üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.Azərtac xəbər verir ki, millimiz dekabrın 9-da Belarusun paytaxtı Minskdə yerli komanda ilə birgə hazırlığa start verib. Dekabrın 25-dək davam edəcək təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Bazarov (60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi 63 kq), İslambek Dadov, Namaz Rüstəmov, Rəsul Çunayev (hamısı 67 kq), Sənan Süleymanov, Ülvi Qənizadə (hər ikisi 72 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) iştirak edirlər.Qeyd edək ki, komanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi altında Minskə yollanıb.xeber100.com

Dekabr 10, 2019 11:15
    Page 331 of 830« First«...102030...329330331332333...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az