07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Futzal üzrə püşkatma mərasimi təşkil olunacaq

Dekabrın 16-da Bakı İdman Sarayında futzal üzrə Azərbaycan kubokunun 1/32 final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.Azərtac xəbər verir ki, bu mərhələdə Birinci və İkinci liqalarda çıxış edən komandalar bir-birinə rəqib olacaqlar.1/32 final mərhələsində Birinci Liqa komandalarından “Standard”, “AjaxBaku”, “Forza Neftçi”, ADBTİA, “Star karqo”, “Red Line”, “Metropoliten”, “Ulduz”, AzMİU, U-19, “Baku Fans”, “Qarabağ-Füzuli”, “Rayyan”, “Yasamal-2”, “Xızı Yasamal”, “Baku Fire-2”, “Zəngilan”, “Çinar Cəbrayıl”, “Zirvə Bakı”, “Veqa”, İkinci Liqa komandaları NTD, “Advokat”, “Baku Fire-3”, “Baker Tilly”, “Altay”, “Dalğa”, “Atletiko Baku”, “Bibi-Heybət”, “Hövsan”, “Star karqo-2”, “Bədr Xocalı”, “Borçalı”, “Zülfüqar”, “Təbriz”, “Gənclik”, “Baker Hughes”, AZZERS, “Timsport”, “Zirvə Bakı-2” və “Emin spor” mübarizə aparacaqlar.xeber100.com

Dekabr 13, 2019 2:15

“Grand Prix 2019” seriyasının ilk partiyaları oynanılıb

İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsinin ilk partiyaları oynanılıb.Azərtac xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun Rusiya təmsilçisi Dmitri Yakovenko ilə qarşılaşması heç-heçə başa çatıb.Dekabrın 12-də şahmatçımız rəqibi ilə cavab matçı keçirəcək.xeber100.com

Dekabr 12, 2019 2:44

UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində

Dekabrın 12-də “Qarabağ” UEFA Avropa Liqasının 2019-2020-ci illər mövsümünün qrup mərhələsində sonuncu oyununu keçirəcək.Azərtac xəbər verir ki, Ağdam təmsilçisi VI tur çərçivəsində Lüksemburqun “Düdelanj” komandasını qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq matç saat 21:55-də start götürəcək.E qrupunda İspaniyanın “Sevilya” kollektivi 15 xalla 1-ci, Kiprin APOEL-i komandası isə 7 xalla 2-ci yeri təmin edərək, pley-offa çıxdıqları üçün Bakıdakı qarşılaşma formal xarakter daşıyır. Bununla belə, nəticə reytinq xalı və qrup sonuncusu olmamaq baxımından önəmlidir. Hazırda 4 xalla 3-cü sırada yer alan “Qarabağ” rəqibini 1 xalla qabaqlayır.Bu komandalar arasında oktyabrın 3-də baş tutan görüşdə ağdamlılar 4:1 hesabı ilə qalib gəliblər. “Qarabağ”ın qollarını Abdullah Zubir, Miçel, Riçard Almeyda və Dani Kintana vurub.Görüşü Estoniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın baş hakimi Kristo Tohver olacaq. Silver Koiv və Sten Klaasen yan xətt hakimi qismində təyinat alıblar. Juri Frişer isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.xeber100.com

Dekabr 12, 2019 2:40

Azərbaycan Premyer Liqasının rəmzi komandası müəyyənləşib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun rəmzi komandası müəyyənləşib.Azərtac Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadla xəbər verir ki, “InStat”ın təhlili əsasında rəmzi komandaya “Qarabağ”dan 2, “Neftçi”dən 4 və “Zirə”dən 4 oyunçu daxil edilib.Rəmzi heyətdə Səlahət Ağayev (“Neftçi”), Aliton Silva (“Qarabağ”), Adrian Skarlatake (“Zirə”), Anton Krivotsyuk, Tural Axundov (hər ikisi “Neftçi”), Nicat Süleymanov, Elvin Camalov (hər ikisi “Zirə”), Emin Mahmudov (“Neftçi”), Dani Kintana (“Qarabağ”), Xulio Sezar Rodrigez (“Zirə”) və Stiven Monroz (“Neftçi”) yer alıblar.xeber100.com

Dekabr 11, 2019 12:30

UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq

Dekabrın 11-də UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulacaq.Azərtac xəbər verir ki, turun ikinci oyun günündə A, B, C və D qrupundakı komandalar qarşılaşacaqlar.Türkiyənin turnirdəki yeganə təmsilçisi “Qalatasaray” Fransada “Paris Sen-Jermen” klubunun qonağı olacaq. A qrupunun digər matçında “Brügge” Belçikada İspaniyanın “Real Madrid” klubunu qəbul edəcək. Madrid və Paris təmsilçiləri səkkizdəbir finala vəsiqəni təmin ediblər. Bu turun nəticəsində qrupdan UEFA Avropa Liqasında çıxış edəcək komanda müəyyənləşəcək. İstanbul təmsilçisi bu vəsiqəni qazanmaq üçün qalib gəlməli, “Brügge” isə xal itirməlidir.Günün mərkəzi qarşılaşması B qrupunda yer alan Almaniyanın “Bavariya” və İngiltərənin “Tottenhem” klubları arasında baş tutacaq. Bu komandaların səkkizdəbir finalda çıxış edəcəkləri öncədən dəqiqləşib. Qrupun digər oyununda Yunanıstanın “Olimpiakos” klubu isə Serbiyanın “Srvena Zvezda” komandasını qəbul edəcək. Qonaqlar ən azı heç-heçə sayəsində UEFA Avropa Liqasında iştirak hüququna sahib olacaqlar.xeber100.com  

Dekabr 11, 2019 12:27

“Grand Prix 2019” seriyasının sonuncu mərhələsi start götürür

Dekabrın 11-də İsrailin Qüds/Yerusəlim şəhərində “Grand Prix 2019” seriyasının sonuncu mərhələsi start götürür. İddiaçılar turnirinə vəsiqə qazanmaq üçün şahmatçılar sonuncu turda mübarizə aparacaqlar.Azərtac xəbər verir ki, ölkəmizi bu turnirdə təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarov birinci mərhələdə Rusiya təmsilçisi Dmitri Yakovenko ilə qarşılaşır. Şahmatçımız ötən turların nəticəsinə görə, ümumi hesabda 10 xalla üçüncü pillədə qərarlaşıb. Rusiya təmsilçisi Aleksandr Qrişuk 20 xalla turnir cədvəlinin lideridir. Fransalı Maksim Vaşye-Laqrav isə 13 xalla ikincidir.Yekun nəticələrə görə, ümumi hesabda ilk iki yeri tutan şahmatçılar iddiaçılar turnirinə vəsiqə qazanacaqlar.Qeyd edək ki, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov səhhəti ilə əlaqədar “Grand Prix 2019” seriyasının dördüncü mərhələsində iştirak etmir. O, dünya kubokunda qalib gəlməklə iddiaçılar turnirinə vəsiqəni təmin edib.xeber100.com

Dekabr 11, 2019 12:24

Ağır atletika üzrə Avropa birinciliyi davam edir

İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.Azərtac xəbər verir ki, 15 yaşadək atletlərin mübarizəsində 76 kiloqram çəki dərəcəsində çıxış edən Rahilə Hüseynova birdən qaldırma hərəkətində 75 kiloqram nəticə ilə dördüncü yeri tutub. İdmançımız təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edərək 97 kiloqramın öhdəsindən gəlib. R.Hüseynova bu hərəkətdə Avropa birinciliyinin gümüş mükafatçısı olub.Toplam 172 kiloqram (75+97) nəticə ilə yekun sıralamada üçüncü yerə çıxan ağır atletimiz bürünc medala layiq görülüb.Dekabrın 7-də start götürən və ayın 14-dək davam edəcək Avropa birinciliyinə 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) qatılıb.xeber100.com

Dekabr 11, 2019 12:22

Yunan-Roma güləşi üzrə təlim-məşq toplanışı başlayıb

Yunan-Roma güləşi üzrə yığmamız ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayıb.Azərtac xəbər verir ki, millimiz dekabrın 9-da Belarusun paytaxtı Minskdə yerli komanda ilə birgə hazırlığa start verib. Dekabrın 25-dək davam edəcək təlim-məşq toplanışında baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Bazarov (60 kq), Murad Məmmədov, Taleh Məmmədov (hər ikisi 63 kq), İslambek Dadov, Namaz Rüstəmov, Rəsul Çunayev (hamısı 67 kq), Sənan Süleymanov, Ülvi Qənizadə (hər ikisi 72 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev, Zamir Məhəmmədov (hər ikisi 97 kq) və Beka Kandelaki (130 kq) iştirak edirlər.Qeyd edək ki, komanda Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovun rəhbərliyi altında Minskə yollanıb.xeber100.com

Dekabr 10, 2019 11:15

“Grand Chess Tour 2019” seriyasının final mərhələsi başa çatıb

Londonda şahmat üzrə “Grand Chess Tour 2019” seriyasının final mərhələsi başa çatıb.Azərtac xəbər verir ki, turnirin finalında 4 şahmatçı - dünya çempionu Maqnus Karlsen, çinli Dinq Liren, fransalı Maksim Vaşye-Laqrav və ermənistanlı Levon Aronyan mübarizə aparıblar. Mərhələnin final matçında D.Liren M.Vaşye-Laqrav üzərində qələbə qazanaraq “Grand Chess Tour 2019”un qalibi olub və seriyanın əsas mükafatı olan 150 min ABŞ dollarını qazanıb. Üçüncü yer uğrunda keçirilən qarşılaşmada isə M.Karlsen L.Aronyanı məğlub edib.xeber100.com

Dekabr 10, 2019 11:12

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatına görə…

Dekabrın 7-dən 14-dək İsrailin Eylat şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyi davam edir.Azərbaycan Ağır Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.Rüstəm Qasımov birdən qaldırma hərəkətində 116 kiloqram nəticə ilə altıncı olsa da, təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. O, 144 kiloqramı ram edərək, bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib olub.Atletimiz toplam 260 kiloqram (116+144) nəticə ilə yekun sıralamada beşinci pillədə qərarlaşıb.xeber100.com

Dekabr 10, 2019 11:01
    Page 332 of 831« First«...102030...330331332333334...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az