Azərbaycan Gimnastika Federasiyasının məlumatı əsasında…

Azərbaycan Gimnastika Federasiyası (AGF) ilk dəfə olaraq estafet yarışları təşkil edib.Azərtac federasiyanın saytına istinadla xəbər verir ki, dekabrın 7-də Milli Gimnastika Arenasında keçirilən yarışlara “Şahdağ”, “Odlar Yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və “Babək” komandalarının heyətində 200-ə yaxın iştirakçı yer alıb.Azərbaycan Gimnastika Federasiyası tərəfindən ilk dəfədir təşkil edilmiş bu estafetdə gimnastika növləri üzrə yığma komandaların üzvləri, onların valideynləri, eləcə də bəzi məşqçilər iştirak ediblər.İştirakçılar üçün hazırlanmış beş oyunun hər biri üç mərhələdən ibarət olub. Çox maraqlı və əyləncəli estafetin sonunda “Qarabağ” komandası qalib gəlib. “Gülüstan” və “Babək” komandaları isə ikinci və üçüncü yerləri tutublar. Mükafatçılara kuboklar təqdim edilib.Estafet yarışlarında qaliblər elan olunsa da, bu simvolik xarakter daşıyıb və hər bir iştirakçı, komanda qalib hesab edilib. Çünki arenada birgə yarışan valideynlər övladlarına, eyni zamanda, övladları isə valideynlərinə dəstək olublar. Tədbirin keçirilməsində əsas məqsəd idmançılar, onların valideynləri, eləcə də məşqçilər və tamaşaçılar arasında kollektiv ruhu inkişaf etdirərək onların fiziki hazırlığını yüksəltmək, həmçinin gimnastikanın təkcə idmançılar üçün deyil, hamı üçün olmasını əyani şəkildə göstərməkdən ibarət olub.Bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi və estafetin təşəbbüskarı Mariana Vasileva yarışla bağlı belə deyib: “Bu, çox maraqlı yarışdır, çünki estafetdə təkcə idmançılar yox, həm də onların valideynləri və məşqçilər iştirak edirlər. Estafet iştirakçıları arasında yaş həddi qoyulmayıb. Belə ki, valideynlər arasında hətta gimnast Nərminə Səmədovanın nənəsi də iştirak edib. Gimnastika hamının məşğul ola biləcəyi bir növdür”.xeber100.com  

Dekabr 7, 2019 10:41

İngiltərə Premyer Liqasının 15-ci turuna yekun vurulub

Dekabrın 5-də İngiltərə Premyer Liqasının 15-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun gözlənilməz hesabı “Emirates” stadionunda qeydə alınıb. “Arsenal” öz meydanında “Brayton” komandasına məğlub olub – 1:2. Bu məğlubiyyətdən sonra “Arsenal” 7 oyunda Premyer Liqada qələbəyə həsrətdir.Turun mərkəzi qarşılaşması “Old Trafford” stadionunda oynanılıb. Çempionluğa iki iddialı klub Mançester Yunayted” və “Tottenhem” üzləşib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.Mançester təmsilçisinin heyətində Markus Reşford (2), londonluların isə Delli Alli fərqləniblər.Turnir cədvəlinin hazırkı lideri “Liverpul” öz meydanında “Everton” komandasını 4:2, “Mançester Siti” isə səfərdə “Börnli”ni 4:1 hesabı ilə məğlub edib.Yeddi oyunu məğlubiyyətsiz başa vuran və turnir cədvəlində ikinci pillədə olan “Lester Siti” isə yenidən qələbə qazanıb. Bu dəfə komanda öz meydanında “Votford” klubunun qapısından iki cavabsız top keçirib.Turun digər oyunlarında aşağıdakı hesablar qeydə alınıb: “Kristal Palas” - “Bormunt” - 1:0; “Çelsi” - “Aston Villa” - 2:1; “Southemton” - “Norviç Siti” - 2:1; “Şeffild Yunayted” – “Nyukasl Yunayted” – 0:2; “Volverhemton” - “Vest Ham Yunayted” - 2:0.xeber100.com

Dekabr 6, 2019 2:20