03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Badmintonçuların Avropa çempionatındakı rəqibləri müəyyənləşib

Fransanın Lievin şəhərində kişi və qadın komandalar arasında Avropa çempionatının püşkü atılıb.Azərtac xəbər verir ki, püşkatma mərasimini Avropa Badminton Konfederasiyasının baş katibinin müavini Cimmi Andersen və Avropa Oyunlarının bürünc və 2018-ci ildə keçirilən Avropa çempionatının gümüş mükafatçısı Emili Lefel aparıb.Tarixində ikinci dəfə komandalararası Avropa çempionatına qatılan kişilərdən ibarət millimiz püşkatmanın nəticələrinə əsasən beşinci qrupda Almaniya, Çexiya və İslandiya ilə qarşılaşacaq. Komandamız qrup mərhələsində birinci oyununu Çexiyaya qarşı keçirəcək. Kişi badmintonçulardan ibarət kollektiv ikinci turda İslandiya, sonuncu turda isə Almaniya komandası ilə üz-üzə gələcək.Qrup mərhələsinin görüşləri fevralın 11-13-də keçiriləcək. Dörddəbir, yarımfinal və final görüşləri isə fevralın 14-16-da oynanılacaq. Qruplarda ilk yerdə qərarlaşacaq komandalar pley-offa yüksələcək. Oyunların formatı iki şəxsi və üç qoşa görüşdən ibarət olacaq. Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq. Hər komandanın heyətində bir badmintonçu oyun ərzində həm şəxsi, həm də qoşa kateqoriyada yalnız bir dəfə korta çıxa bilər.xeber100.com

Dekabr 5, 2019 10:45

Yunan-Roma güləşi üzrə finalçılar müəyyənləşib

Dekabrın 4-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib.Azərtac xəbər verir ki, ilk yarış günündə 156 yunan-Roma güləşçisi mübarizə aparıb. Bütün çəkilərdə finalçılar müəyyənləşib, eləcə də təsəlliverici qarşılaşmalar keçirilib.Dekabrın 5-i axşam seansında baş tutacaq finallarda 55, 60, 63, 67, 72, 77, 82, 87, 97 və 130 kiloqram çəki dərəcələrində çempionlar müəyyənləşəcək.Qızıl medallar uğrunda mübarizədə Ziyad Zeynalov - İbrahim Nurullayev (55 kq), Murad Bazarov - Sakit Quliyev (60 kq), Murad Məmmədov - Taleh Məmmədov (63 kq), Namaz Rüstəmov - İslambek Dadov (67 kq), Sənan Süleymanov - Ülvi Qənizadə (72 kq), Rüstəm Əliyev - Tuncay Vəzirzadə (77 kq), Elvin Mürsəliyev - Nicat Abdullayev (82 kq), İslam Abbasov - Eltun Vəzirzadə (87 kq), Orxan Nuriyev - Zamir Məhəmmədov (97 kq) və Oyan Nəzəriani - Beka Kandelaki 130 (kq) qarşılaşmaları keçiriləcək.Dekabrın 5-də sərbəst güləş üzrə yarışda 10 çəki dərəcəsində finalçıların adlarına aydınlıq gələcək. Üçüncü yarış günündə isə əvvəlcə təsəlliverici, daha sonra medal görüşləri təşkil olunacaq.Qeyd edək ki, yarışa dekabrın 6-da yekun vurulacaq.xeber100.com

Dekabr 5, 2019 10:42

Azərbaycan Boks Federasiyasının məlumatı əsasında…

Kişi boksçulardan ibarət Azərbaycan millisi növbəti təlim-məşq toplanışına başlayıb.Azərbaycan Boks Federasiyasından Azərtac-a verilən məlumata görə, baş məşqçi Umberto Orta Dominqezin rəhbərliyi altında bir araya gələn yığmamız hazırlığı Bakı Boks Mərkəzində keçir. Gündə 2 dəfə məşq edən komandamızın düşərgəsinə 21 boksçu dəvət olunub.Təlim-məşq toplanışının ilkin mərhələsi dekabrın 9-dək davam edəcək.xeber100.com

Dekabr 4, 2019 1:26

“Qızıl top” mükafatının sahibinin adı açıqlanıb

Dekabrın 3-də Parisdəki “Şatle” teatrında FIFA və “France Football” jurnalı 2019-cu ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibinin adını açıqlayıb.Azərtac xəbər verir ki, “Qızıl top” mükafatına Argentina millisinin və İspaniyanın “Barselona” klubunun futbolçusu Lionel Messi layiq görülüb. O, səsvermə nəticəsində “Yuventus”un əsas qol silahı sayılan Kriştiano Ronaldunu və “Liverpul” komandasının müdafiəçisi Virgil van Deyki qabaqlayıb.Mərasimdə, həmçinin FIFA tərəfindən ən yaxşı qapıçı İngiltərənin “Liverpul” klubunun qapıçısı Alisson Beyker, ən yaxşı qadın futbolçusu ABŞ yığmasının yarımmüdafiəçisi Meqan Rapino, ən yaxşı gənc (20 yaşa qədər) futbolçusu adına isə Hollandiya millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mateas De Liqt layiq görülüb.“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər argentinalı Lionel Messi 6, portuqaliyalı Kriştiano Ronaldu 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüb.Xatırladaq ki, ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.xeber100.com

Dekabr 3, 2019 2:38

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.Azərtac xəbər verir ki, sonuncu oyun günündə "Sabah" klubu "Qarabağ"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda qonaqlar qalib gəliblər - 1:0.Xorvatiyalı Jelko Sopiçin meydan sahiblərinin baş məşqçisi postunda debüt etdiyi görüşün 74-cü dəqiqəsində Abdullah Zubir fərqlənib.Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdırıb. "Sabah" isə 13 xalla 6-cı sıradadır.Qeyd edək ki, hesabat turunda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.xeber100.com

Dekabr 3, 2019 2:32

2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb

On yeddi yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 2020/2021-ci il mövsümünün seçmə mərhələsinin püşkü atılıb.Azərtac AFFA-ya istinadla xəbər verir ki, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupundan ibarət Azərbaycan millisi 8-ci qrupda İngiltərə, Yunanıstan və San-Marino komandaları ilə birgə mübarizə aparacaq.Bu qrupun oyunları 2020-ci il noyabrın 11-də, 14-də və 17-də Yunanıstanda keçiriləcək.xeber100.com

Dekabr 3, 2019 1:29

Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) dekabr ayı üçün universal reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, şahmatçımız Teymur Rəcəbov dünyanın ən güclü şahmatçılarının siyahısında ilk onluqda qərarlaşıb (2766, 9-cu yer). Şəhriyar Məmmədyarov isə 2763 xalla 12-ci pillədə yer alıb.Digər şahmatçılarımızdan Qədir Hüseynov (2689, 49-cu yer) və Rauf Məmmədov (2688, 50-ci yer) ilk 50-likdə yer alıblar. Nicat Abbasov (2657, 100-cü yer) isə ilk 100-lüyü qapayır.Kişi şahmatçılar arasında dünya çempionu norveçli Maqnus Karlsen (2870) birinci yerdədir. Çinli Dinq Liren, fransalı Maksim Vaşe-Laqrav (hər ikisi 2796) sonrakı iki pillədə qərarlaşıblar.xeber100.com

Dekabr 3, 2019 1:24

Azərbaycan Qılıncoynatma Federasiyasının məlumatı

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən yeniyetmələr arasında ölkə birinciliyinə yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının, Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi turnirdə oğlanlar və qızlar arasında üç növ üzrə yarışların qalibləri müəyyənləşib. Oğlanlar arasında sablyada Saleh Məmmədov, şpaqada Elçin Daşdəmirov və rapirada Ziya Yolçuzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Zərifə Hüseynova, şpaqada Nazilə Rəhimova və rapirada Röya Ağayeva birinci olublar.Mükafatçılar diplom və medallarla təltif ediliblər.xeber100.com

Dekabr 2, 2019 1:39

FIFA və “France Football” jurnalı “Qızıl top” mükafatının sahibini açıqlayacaqlar

Dekabrın 2-də FIFA və “France Football” jurnalı ilin ən yaxşı futbolçusuna verilən “Qızıl top” mükafatının sahibini açıqlayacaqlar.Azərtac xəbər verir ki, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq mərasim Parisdəki “Şatle” teatrında baş tutacaq. Təqdimat mərasiminin aparıcılarından biri “Çelsi”nin sabiq hücumçusu Didye Droqba olacaq.Mükafatın qalibi üç namizəd - “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi, “Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo və “Liverpul”un niderlandlı müdafiəçisi Virgil van Deyk arasından seçiləcək.“France Football” nəşri “Qızıl top” mükafatını 1956-cı ildə təsis edib. İndiyə qədər Kriştiano Ronaldo və argentinalı Lionel Messi hərəsi 5 dəfə, fransız Mişel Platini, həmçinin hollandiyalılar – Yohan Kroyf və Marko van Basten üç dəfə bu mükafata layiq görülüblər. Ötən il “Qızıl top” mükafatı Madridin “Real” komandasının xorvatiyalı yarımmüdafiəçisi Luka Modriçə təqdim olunub.xeber100.com  

Dekabr 2, 2019 1:22

Şərqi Avropa Zonal Assosiasiyasının çempionatı keçirilib

Tbilisidə 16 yaşadək qız voleybolçular arasında Şərqi Avropa Zonal Assosiasiyasının (EEVZA) çempionatı keçirilib.Azərtac xəbər verir ki, yarışda Gürcüstan, Latviya, Rusiya, Ukrayna və Azərbaycan milliləri A, Belarus, Estoniya, Latviya, Polşa komandaları isə B qrupunda mübarizə aparıblar.“Avro 2020”yə seçim xarakteri daşıyan çempionat Rusiya voleybolçularının qələbəsi ilə yekunlaşıb və komanda Avropa çempionatına vəsiqə qazanıb. Qrup mərhələsində maksimum nəticə göstərən şimal qonşularımız həlledici görüşdə Polşadan güclü olublar - 3:0. Üçüncü yer uğrunda matçda isə Ukrayna və Belarus milliləri üz-üzə gəliblər. Daha güclü olan Belarus millisi 3:2 hesabı ilə qələbə qazanaraq bürünc medala yiyələnib.Qeyd edək ki, A qrupunda oynayan komandamız Rusiya, Ukrayna, Latviya və Gürcüstanla qüvvəsini sınayıb və bütün görüşləri məğlub başa vurub.xeber100.com

Noyabr 30, 2019 8:00
    Page 334 of 830« First«...102030...332333334335336...340350360...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az