06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub

Oktyabrın 28-də Futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura yekun vurulub.Azərtac xəbər verir ki, turun son oyununda “Qarabağ” “Səbail”lə qarşılaşıb.Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. Görüşdəki yeganə qol 86-cı dəqiqədə vurulub. Qara Qarayevin zərbəsi dəqiq alınıb.Bu nəticədən sonra “Qarabağ” 25-ci xalını qazanıb və liderliyini daha da möhkəmləndirib. “Səbail” isə 10 xalla 4-cü yerdədir.Qeyd edək ki, turun ilk 3 oyununda “Keşlə” evdə “Qəbələ”ni 2:1, “Neftçi” səfərdə “Sumqayıt”ı 4:2 hesabı ilə yenib, “Sabah” – “Zirə” matçında isə qalib müəyyənləşməyib - 2:2.xeber100.com

Oktyabr 29, 2019 1:16

Güləşçilər arasında dünya çempionatı davam edir

Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək güləşçilər arasında dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, ikinci yarış günündə 61, 74, 86, 92 və 125 kiloqram çəki dərəcələrində çıxış edən sərbəst güləşçilər mübarizəyə qoşulacaq.Birincilik uğrunda mübarizə aparacaq güləşçilərimizin ilk rəqibləri müəyyənləşib. Belə ki, Əsgər Məmmədəliyev (61 kq) ukraynalı Valentin Bliasetski, Murad Süleymanov (74 kq) Yaqor Akuliç (Belarus), Hacımurad Məhəmmədsəidov (86 kq) Almaniya təmsilçisi Yohannes Martin Deml, Şamil Zubairov (92 kq) isə bolqarıstanlı Bojidar Mateyev Todorov ilə qarşılaşacaq.Çempionatın birinci günündə sərbəst güləşçilərimizdən Turan Bayramov (65 kq) və Abubakr Abakarov (79 kq) uğurla çıxış edərək finala yüksəliblər. Bu gün keçiriləcək həlledici qarşılaşmalarda T.Bayramov Yaponiya təmsilçisi Takuma Taniyama, A.Abakarov isə gürcü Tariel Qaprindaşvili ilə üz-üzə gələcək.xeber100.com

Oktyabr 29, 2019 1:06

“Sumqayıt” futbol klubu Premyer Liqanın 9-cu turu çərçivəsində

“Sumqayıt” futbol klubu Premyer Liqanın 9-cu turu çərçivəsində keçirilən “Neftçi” ilə qarşılaşmada tarixinə 250-ci qolu yazıb.Klubun mətbuat xidmətindən Azərtac-a bildirilib ki, 250-ci qolu Rəhim Sadıxov 90+2-ci dəqiqədə vurub. “Sumqayıt” FK Azərbaycan çempionatları tarixində ən azı 250 qol vuran 15-ci komandadır.xeber100.com

Oktyabr 29, 2019 1:02

XIV Respublika spartakiadası çərçivəsində şahmat yarışları keçirilib

Orta ixtisas təhsil müəssisələri arasında XIV Respublika spartakiadası çərçivəsində şahmat yarışları keçirilib.Azərtac xəbər verir ki, Azərbaycan Dövlət Pedaqoji Kollecinin idman zalında oğlanlar və qızlar arasında keçirilən yarışda, ümumilikdə 12 komanda iştirak edib.Qızlar arasında birinci yeri Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri tutublar. İkinci və üçüncü yerdə Bakı İdarəetmə və Texnologiya və Bakı 2 nömrəli Baza Tibb kolleclərinin idmançıları qərarlaşıblar.Oğlanların yarışında isə ilk üç yeri Bakı İdarəetmə və Texnologiya, Bakı 2 nömrəli Baza Tibb və Bakı Rabitə və Nəqliyyat kolleclərinin komandaları tutublar.xeber100.com

Oktyabr 29, 2019 12:58

“Qara dəniz kuboku” beynəlxalq turniri keçiriləcək

Noyabrın 2-3-də Rusiyanın Soçi şəhərində qılıncoynatmanın sablya növü üzrə “Qara dəniz kuboku” beynəlxalq turniri keçiriləcək.Azərtac xəbər verir ki, turnirində Azərbaycanı Aysel Əhədova təmsil edəcək.Yarışda 9 ölkədən 40 qadın idmançı iştirak edəcək.xeber100.com

Oktyabr 29, 2019 12:41

Futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda

Oktyabrın 28-də futbol üzrə Türkiyə Superliqasında IX turunun son oyununda “Başakşəhər” doğma meydanda “Trabzonspor”u qəbul edib.Azərtac xəbər verir ki, “Fateh Terim” stadionunda keçirilən görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 61-ci dəqiqədə qonaqların hücumçusu Daniel Sturridge onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirərək açıb. Lakin cəmi 6 dəqiqə sonra meydan sahiblərinin hücumçusu Edin Viskada təyin olunan onbirmetrlik cərimə zərbəsinin öhdəsindən məharətlə gəlib. Oyunun 79-cu dəqiqəsində İstanbul təmsilçilərinin müdafiəçisi Martin Skrtel komandasını hesabda önə keçirib. Trabzon klubu isə 95-ci dəqiqədə hesabı bərabərləşdirməyə müvəffəq olub. Aleksander Sorlot komandasını məğlubiyyətdən xilas edib.Beləliklə, “Başakşəhər” və “Trabzonspor” görüşündə qalib müəyyənləşməyib - 2:2.Bu oyundan sonra turnir cədvəlində “Alanyaspor” 18 xalla vahid liderdir. “Fənərbağça” isə 17 xalla ikinci, “Yeni Malatyaspor” isə 16 xalla üçüncü pillədə qərarlaşıb.xeber100.com

Oktyabr 28, 2019 1:07

Futbol üzrə Türkiyə Superliqasının IX turu çərçivəsində

Oktyabrın 26-da futbol üzrə Türkiyə Superliqasının IX turu çərçivəsində keçirilən matçda "Fənərbağça" doğma meydanda "Konyaspor"u qəbul edib.Azərtac xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda baş tutan görüş maraqlı hücumlarla yadda qalıb. Görüşdə hesabı 11-ci dəqiqədə meydan sahiblərinin hücumçusu Qarri Rodriges açıb. Cəmi 3 dəqiqə sonra istanbulluların futbolçusu Matias Jorgensen hesab arasındakı fərqi artırıb. Qarşılaşmanın 16-cı dəqiqəsində Sərdar Əziz topu səhvən öz qapısına vurub. Lakin meydan sahiblərinin yarımmüdafiəçisi Ozan Tufan 28-ci dəqiqədə bir daha fərqlənərək aktivlərindəki qolların sayını 3-ə çatdırıblar. Birinci hissə elə bu hesabla başa çatıb - 3:1. İkinci hissənin 78-ci və 82-ci dəqiqələrində İstanbul təmsilçisi fərqlənib. Qolları Luis Qustavo və Vedat Muruqi vurub.Beləliklə, "Fənərbağça" doğma meydanda "Konyaspor"u 5:1 hesabı ilə məğlub edib.Bu oyundan sonra "Fənərbağça" turnir cədvəlində 17 xalla ikinci pillədə qərarlaşıb.Günün digər oyunlarında "Sivasspor" doğma meydanda "Antalyaspor"u 2:1 hesabı ilə məğlub edib. Lider "Alanyaspor" isə səfərdə "Qaziantep"lə heç-heçə edib: 1:1.Turun digər oyunları oktyabrın 27-də və 28-də keçiriləcək.xeber100.com

Oktyabr 27, 2019 8:26

“Atletiko Madrid” futbol klubu “Atletik Bilbao”nu qəbul edib

Futbol üzrə İspaniya La Liqasının X turu çərçivəsində keçirilən matçda "Atletiko Madrid" doğma meydanda "Atletik Bilbao"nu qəbul edib.Azərtac xəbər verir ki, "Vanda Metropolitano" stadionunda baş tutan görüşdə hesabı 28-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Saul Nigues açıb. Birinci hissə elə bu hesabla bitib - 1:0. İkinci hissənin 64-cü dəqiqəsində Dieqo Simeonenin yetirmələri hesab arasındakı fərqi artırıblar. Alvaro Morata komandasının ikinci qolunu vurub. Bu, oyunda vurulan son qol olub. Beləliklə, "Atletiko Madrid" doğma meydanda "Atletiko Bilbao"nu 2:0 hesabı ilə məğlub edib.Bu oyundan sonra Madrid klubu turnir cədvəlində 19 xalla ikinci pillədə qərarlaşıb. Günün digər oyunlarında "Leqanes" doğma meydanda "Malyorka"ya minimal hesabla qalib gəlib - 1:0. "Eybar" isə səfərdə "Real Valladolid"ə 2:0 hesabı ilə məğlub olub. Turun digər oyunları oktyabrın 27-28-də keçiriləcək.xeber100.com

Oktyabr 27, 2019 8:23

Santyaqoda gənclərin Xl dünya çempionatı davam edir

Çilinin paytaxtı Santyaqoda yeniyetmə və gənclərin Xl dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın son günü komandamızın daha bir üzvü gücünü sınayacaq. İkiqat dünya ikincisi Fidan Teymurova (50 kq) daha bir titul qazanmaq uğrunda mübarizə aparacaq.Qeyd edək ki, komandamızın aktivində 4 medal var. Belə ki, 16-18 yaşlı gənclərdən ibarət milli komandanın üzvləri Hüseyn Məmmədli (61 kq) gümüş, Sultan Hüseynov (55 kq), Hüseyn Hüseynzadə (76 kq) və Polina Qurenko (53 kq) isə bürünc medala sahib olublar.xeber100.com

Oktyabr 27, 2019 8:20

Avropa çempionatının dördüncü turunun oyunlarına start verilir

Oktyabrın 27-də Batumidə komandalararası Avropa çempionatının dördüncü turunun oyunlarına start verilir.Azərtac xəbər verir ki, kişilərdən ibarət komandamız Çexiya, qadın yığmamız Rumıniya şahmatçıları ilə üz-üzə gələcəklər.Təmsilçilərimiz Şəhriyar Məmmədyarov David Navara, Rauf Məmmədov Jiri Stocek, Qədir Hüseynov Peter Miçalik, Arkadi Naydiç Viktor Laznicka ilə mübarizə aparacaqlar. Qadın şahmatçılarımız Xanım Balacayeva Korina-İzabela Peptan, Günay Məmmədzadə İrina Bulmaga, Ülviyyə Fətəliyeva Elena-Luminita Kosma, Türkan Məmmədyarova Miruna-Daria Lehaci ilə güclərini sınayacaqlar.Qeyd edək ki, kişilərdən ibarət komandamız birinci turda Serbiya (3,5:0,5), ikinci turda Fransa komandalarını (2,5:1,5) məğlub etsə də, III turda Ukrayna yığmasına (1,5:2,5) uduzub. Qadın yığmamız isə birinci turda Latviya şahmatçılarını (4:0), III turda Avstriya yığmasını (3,5:0,5) məğlub edib. İkinci turda İspaniya yığmasına (0,5:3,5) uduzub.Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə üç dəfə Avropa çempionu olub.xeber100.com

Oktyabr 27, 2019 8:17
    Page 345 of 830« First«...102030...343344345346347...350360370...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az