Azərbaycan Gimnastika Federasiyası yarışlar keçirməyə hazırlaşır

Uğurlu təşkil olunmuş irimiqyaslı beynəlxalq yarışlardan sonra Azərbaycan Gimnastika Federasiyası (AGF) payız mövsümündə yerli yarışlar keçirməyə hazırlaşır.Azərtac AGF-yə istinadla xəbər verir ki, ilin son aylarında gimnastikanın 6 növü üzrə turnirlər təşkil ediləcək. Belə ki, oktyabrın 10-13-də bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok və aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatı keçiriləcək. Bu yarışlar Milli Gimnastika Arenasının əsas zalında baş tutacaq.Növbəti yarışlar isə tamblinq üzrə 17-ci Azərbaycan birinciliyi və çempionatı və batut gimnastikası üzrə 5-ci ölkə birinciliyi və çempionatı olacaqdır. Tamblinq üzrə turnir noyabrın 8-də Bakı Gimnastika Məktəbində, batut gimnastikası üzrə yarış isə ertəsi gün Bakı Olimpiya Kompleksində təşkil ediləcək.İlin sonuncu yerli yarışları isə noyabrın 15-16-da Sumqayıtda keçiriləcək. Bu dəfə gimnastikanın 4 növü üzrə yarışlar - kişi və qadın idman gimnastikası üzrə 26-cı Azərbaycan çempionatı və Bakı birinciliyi, akrobatika gimnastikası üzrə 26-cı respublika və paytaxt çempionatı və aerobika gimnastikası üzrə 5-ci Bakı birinciliyi və ölkə çempionatı birləşdirilmiş şəkildə Sumqayıt Olimpiya İdman Kompleksində baş tutacaq.Yerli yarışların Azərbaycanın müxtəlif şəhərlərində keçirilməsi gimnastikanın bu bölgələrdə daha da inkişafına, eləcə də gənc nəslin bu idman növlərinə marağının artırılmasına xidmət edir.xeber100.com

Oktyabr 5, 2019 8:52

Futbol üzrə İngiltərə Premyer Liqasının səkkizinci turunda

Futbol üzrə İngiltərə Premyer Liqasında səkkizinci turun beş oyunu keçirilib.Azərtac xəbər verir ki, çempionluğa iddialı “Liverpul” öz meydanında “Lester Siti” klubuna 2:1 hesabı ilə qalib gəlib.Görüşdə hesabı 40-cı dəqiqədə meydan sahibləri açıb. Rəqib qapısından topu Sadio Mane keçirib. “Lester Siti” 80-ci dəqiqədə Jeyms Madissonun vurduğu qolu ilə hesaba tarazlıq gətirib. Oyunun əsas vaxtına əlavə olunmuş dəqiqədə “Liverpul”un yarımmüdafiəçisi Jeyms Milner qələbə topunu vuraraq komandasına növbəti üç xal qazandırıb.Xatırladaq ki, Yurqen Klopun yetirmələri bu mövsümdə ardıcıl 8-ci qələbəsini qazanıb və 24 xalla turnir cədvəlində birinci pillədəki yerini möhkəmlənləndirib. “Lester Siti” isə 14 xalla üçüncü yeri tutur.“Liverpul” klubunun çempionluq uğrunda mübarizədə əsas rəqibi “Mançester Siti” oktyabrın 6-da öz meydanında “Volverhemton” komandasını qəbul edəcək.Turun ən gözlənilməz nəticəsi “Amerikan Express” stadionunda qeydə alınıb. Həmin oyunda Premyer Liqanın favoritlərindən sayılan “Tottenhem” səfərdə “Brayton” klubuna böyük hesabla uduzub - 0:3.Digər üç oyunu belə nəticələnib: “Börnli” - “Everton” - 1:0, “Norviç Siti” - “Aston Villa” - 1:5, “Vatford” - “Şeffild Yunayted” - 0:0. Hazırda “Vesthem Yunayted”-“Kristal palas” qarşılaşması oynanılır.xeber100.com

Oktyabr 5, 2019 8:44

Şahmat üzrə dünya kuboku turnirinin finalında

Oktyabrın 4-də Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə dünya kuboku turnirinin finalında Azərbaycan şahmatçısı Teymur Rəcəbov ilə çinli Liren Dinq arasında tay-breyk partiyaları keçiriləcək.Azərtac xəbər verir ki, birinci tay-breyk qarşılaşmasında şahmatçımız ağ fiqurlarla oynayacaq.Şahmatçılar arasında ötən gün oynanılan dördüncü görüşdə heç-heçə qeydə alınıb. Bununla da ümumi hesab 2:2 olub. Qrossmeysterlər final qarşılaşmasının birinci görüşündə də xalları yarı bölüblər. Lakin ikinci partiyada qara fiqurlarla oyunda məğlub olan şahmatçımız üçüncü qarşılaşmada rəqibini 45-ci gedişdə məğlub edib. Beləliklə, qalibin müəyyənləşməsi üçün şahmatçılar iki tay-breyk qarşılaşması oynayacaqlar.Qeyd edək ki, Teymur Rəcəbov bu mötəbər yarışın finalına yüksələn ilk azərbaycanlı şahmatçı kimi ölkə idmanının tarixinə düşüb. O, finala vəsiqə ilə yanaşı, iddiaçılar turnirində birbaşa iştirak hüququ da qazanıb.Xatırladaq ki, sentyabrın 10-da başlayan dünya kuboku turnirində Azərbaycanın beş şahmatçısı mübarizəyə qoşulub. Turnirdə Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Şəhriyar Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar.Ş.Məmmədyarov səkkizdəbir finalda T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.Turnirin mükafat fondu 1,6 milyon dollardır.xeber100.com

Oktyabr 4, 2019 11:30

“Barselona” futbol klubu “İnter” komandasını qəbul edib

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündə qrup mərhələsinin ikinci turuna son 8 oyun ilə yekun vurulub.Azərtac xəbər verir ki, ikinci günün ən dramatik matçı “Nou Kamp” stadionunda qeydə alınıb. İspaniyada “Barselona” İtaliyanın “İnter" komandasını qəbul edib. Görüşdə hesabı italyanlılar açıb: ilk hücumunu qolla başa vuran Lautaro Martines komandasını hesabda önə çıxarıb - 1:0. Qoldan sonra irəli atılan Kataloniya təmsilçisi rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Buna baxmayaraq birinci hissə qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Fasilədən sonra da hücumlarını davam etdirən “Barselona” istəyinə 58-ci dəqiqədə çatıb. Arturo Vidalın ötürməsindən sonra Luis Suares uzaq məsafədən baxımlı qola imza atıb - 1:1.Oyunun başa çatmasına altı dəqiqə qalmış Luis Suares ikinci qolu vuraraq komandasına vacib qələbə qazandırıb - 2:1.Beləliklə, “Barselona” cari mövsüm UEFA Çempionlar Liqasında ilk qələbəsini qazanıb. Ernesto Valverdinin yetirmələri ilk turda səfərdə Almaniyanın “Borussiya” klubu ilə heç-heçə ediblər - 0:0. “İnter” isə F qrupunun autsayderi sayılan “Slaviya Praqa”nı məğlub edə bilməyib - 0:0.Turnirdə İngiltərənin “Liverpul”u Avstriyanin "Zatlsburq" komandasını qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:3. Qollardan 2-ni Məhəmməd Salah, Sadio Mane və Anryu Robertson vurub. Qonaqlarda isə Hi-Çan Hvanq, Takimu Minamino və Braun Holland fərqləniblər.xeber100.com  

Oktyabr 3, 2019 12:31