“Qarabağ” futbol klubu UEFA Avropa Liqasının pley-off mərhələsində

Avqustun 22-də Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının pley-off mərhələsində mübarizəyə başlayacaq.Azərtac xəbər verir ki, Belfastdakı “Windsor Park” stadionunda təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.Qarşılaşmanı isveçrəli hakimlər briqadası idarə edəcək. Baş hakim Sandro Sxarer olacaq.Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın “Dundalk” komandasında güclü olub - 1:1, 3:0. “Qarabağ” üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 2:1 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən nüfuzlu klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.Mübarizəyə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsindən başlayan “Linfild” əvvəlcə Farer Adalarının “Torshavn” komandasına (2:2, 1:0), daha sonra “Sutyeska”nı (Monteneqro) məğlub edərək (2:1, 3:2) pley-off mərhələsinə vəsiqə qazanıb.“Qarabağ” komandası “Linfild” ilə oyuna itkilərlə çıxacaq. APOEL ilə Bakıda keçirilən oyunda müvafiq olaraq sarı və qırmızı vərəqə alan mərkəz müdafiəçisi Rahil Məmmədov və yarımmüdafiəçi Riçard Almeyda cəzalı duruma düşüblər. Digər mərkəz müdafiəçisi Bədavi Hüseynov ilə yarımmüdafiəçi Filip Ozobiçin də zədə üzündən meydana çıxmayacaqları bildirilib.Qeyd edək ki, görüş “CBC Sport” telekanalı vasitəsilə birbaşa yayımlanacaq. Bu komandalar arasında cavab görüşü avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.xeber100.com

Avqust 22, 2019 10:04

U-17 komandası beynəlxalq turnirə hazırlaşır

On yeddi yaşadək futbolçulardan Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.Azərtac xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə A qrupunda mübarizə aparacaq.Millimiz avqustun 26-da İsrail, bir gün sonra Ukrayna, ayın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.Hazırlıq prosesində Elgün Bayramov (“Neftçi”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Samir Həsənov (“Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo (“Moskva”, Rusiya), Ülvi Mədətov (“Qəbələ”), Zöhrab Əsədov (“Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Elnur Mirzəyev (“Zirə”), Rauf Rüstəmli (“Qəbələ”), Əbil Əbilov (“Keşlə”), Vüsal Qəmbərov (“Sabah”), Musa Musazadə (“Qarabağ”), Arif Məmmədov (“Səbail”), Vüsal Əliyev (“Zirə”), Kamal Kazımov (“Keşlə”), Nicat Quliyev (“Səbail”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”), Rəvan Nağıyev (“Neftçi”) və Vaqif Həsənov (“Keşlə”) iştirak edirlər.xeber100.com

Avqust 22, 2019 10:01

Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası avqustun 24-dən 31-dək Ukraynanın paytaxtı Kiyevdə təşkil olunacaq beynəlxalq turnirdə (Viktor Bannikov turniri) iştirak edəcək.Azərtac AFFA-ya istinadla xəbər verir ki, avqustun 20-dən 24-dək Bakıda təlim-məşq toplanışında olacaq yığmamız Viktor Bannikov turnirində Ukrayna, Latviya və İsrail komandaları birgə “A” qrupunda mübarizə aparacaq.Millimiz avqustun 26-da İsrail, bir gün sonra Ukrayna, ayın 29-da isə Latviya yığması ilə qarşılaşacaq.Hazırlıq prosesinə Elgün Bayramov (“Neftçi”), Eldar Tağızadə (“Fundacion Marcet”, İspaniya), Amin Ramazanov (“Lokomotiv Moskva”, Rusiya), Rəşad Həsənov (“Keşlə”), Cəlal Hüseynov (“Zirə”), Raqib Abışov (“Sabah”), Samir Həsənov (“Rubin Kazan”, Rusiya), Nikita Pesotski Çertanovo (“Moskva”, Rusiya), Ülvi Mədətov (“Qəbələ”), Zöhrab Əsədov (“Qarabağ”), Mirəli Əhmədov, Nihad Cəfərov (hər ikisi “Neftçi”), Elnur Mirzəyev (“Zirə”), Rauf Rüstəmli (“Qəbələ”), Əbil Əbilov (“Keşlə”), Vüsal Qəmbərov (“Sabah”), Musa Musazadə (“Qarabağ”), Arif Məmmədov (“Səbail”), Vüsal Əliyev (“Zirə”), Kamal Kazımov (“Keşlə”), Nicat Quliyev (“Səbail”), Nurəli Nurəliyev (“Zirə”), Mirmövsüm Canıyev (“Qarabağ”) və Vaqif Həsənov (“Keşlə”) dəvət olunub.xeber100.com  

Avqust 20, 2019 2:11