“Real” futbol klubu “Arsenal” komandasına qalib gəlib

İspaniyanın “Real” klubu Beynəlxalq Çempionlar Kubokunun matçında İngiltərənin “Arsenal” komandasına qalib gəlib. ABŞ-ın Merilend ştatının Lendover şəhərində keçirilən oyunun əsas vaxtı 2:2 hesabı ilə bitib. 11 metrlik zərbələri Zinəddin Zidanın yetirmələri daha dəqiq yerinə yetiriblər – 3:2.Azərtac xəbər verir ki, Madrid klubu görüşün gedişində iki qol geridə qalırmış. Qolları “Arsenal”ın heyətində Aleksandr Lyakazett (10-cu dəqiqə - penalti) və Pyer-Emerik Obameyanq (24-cü dəqiqə) vurublar. “Real” komandasında isə Qaret Beyl (56-cı dəqiqə) və Marko Asensio (59-cu dəqiqə) qolla qeydə alınıblar. Həmçinin komandalar qırmızı kartlarla da mübadilə aparıblar: 5-ci dəqiqədə madridlilərin müdafiəçisi Naço, 40-cı dəqiqədə isə londonluların müdafiədə oyunçusu Sokratis Papastatopulos meydanı tərk ediblər.“Real”ın penalti seriyasında İsko, Rafael Varan və Vinisius Junior dəqiq zərbə endiriblər, bu, təkcə Beyldə alınmayıb. “Arsenal”ın heyətində Reyss Nelson və Bukayo Saka dəqiq zərbə yerinə yetiriblər, Qranit Caka, Naço Monreal və Robbi Börton isə komandanın ümidlərini doğrultmayıblar.Yoldaşlıq turnirində, həmçinin İngiltərənin “Mançester Yunayted” və “Tottenhem”, İtaliyanın “Yuventus”, “Fiorentina”, “Milan” və “İnter”, Meksikanın “Qvadalaxara”, Almaniyanın “Bavariya” və Portuqaliyanın “Benfika” komandaları iştirak edirlər. Oyunların əsas hissəsi ABŞ-da keçirilir. Görüşləri, habelə Sinqapur, İngiltərə, Uels, Çin və İsveç qəbul edir.Komandalar simvolik turnir cədvəlində birincilik uğrunda mübarizə aparırlar. Əgər oyunun əsas vaxtı heç-heçə ilə başa çatırsa, o zaman qalib penalti seriyasında müəyyən edilir. Belə halda qalib komanda iki, uduzan komanda isə bir xal qazanır.xeber100.com

İyul 24, 2019 11:37

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində

Ağdamın “Qarabağ” futbol klubu iyulun 24-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsi çərçivəsində səfərdə İrlandiya çempionu “Dundalk” komandası ilə üz-üzə gələcək.Azərtac xəbər verir ki, “Oriel Park” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.Görüşü polşalı hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın referisi Bartoş Frankovskidir. Marçin Bonyek və Yakub Vinkler yan xətt hakimləri olacaq. Daniel Stefanski dördüncü hakim funksiyasını yerinə yetirəcək.Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv təsnifat mərhələsinin birinci turunda Albaniya çempionu “Partizani”ni mübarizədən kənarlaşdırıb. Tiranadakı ilk oyunda qolsuz heç-heçə qeydı alınıb. Bakıdakı oyunda isə ağdamlılar Filip Ozobiçin və Dani Kintananın qolları ilə növbəti mərhələyə vəsiqə qazanıblar."Dundalk" Azərbaycan təmsilçisi ilə qarşılaşan ilk İrlandiya klubu olacaq. Komanda birinci təsnifat mərhələsində Latviyanın “Riqa” klubunu 11 metrlik cərimə zərbələri seriyasında mübarizədən kənarlaşdırıb.Son beş mövsümdə avrokuboklarda qrup mərhələsində yer almağı bacaran “Qarabağ”ın heyətində zədəli Bədavi Hüseynov meydana çıxa bilməyəcək. Əvəzində yeni transferlər – cinah müdafiəçisi Faysal Rerrars və hücumçu Maqaye Qeyenin adları hər iki görüş üçün sifariş ərizəsinə daxil edilib.Bu komandalar arasında cavab qarşılaşması iyulun 31-də Bakıdakı “Dalğa Arena”da olacaq. Matç saat 21:00-da start götürəcək.xeber100.com

İyul 24, 2019 11:29