Gürcüstanın Baş naziri Mamuka Baxtadze iyulun 19-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüşüb.Azərtac xəbər verir ki, Milli Olimpiya Komitəsində (MOK) keçirilən görüşdə komitənin sədri Leri Xabelov hökumət başçısına idmançıların hazırlığı barədə məlumat verib.Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili idmançıların Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışmasına ciddi hazırlaşdıqlarını bildirib.Hökumət başçısı ölkədə idmanın inkişafından danışıb, 2018-ci ilin Gürcüstanın idman həyatında ən yadda qalan və əlamətdar il olduğunu bildirib. O, gürcü idmançıların XV Avropa Gənclər Yay Olimpiya Festivalından qələbə və medallarla qayıdacaqlarına, əvvəlki illərin nəticələrini geridə qoyacaqlarına inandığını vurğulayıb, gənc atletlərə uğurlar arzulayıb.İyulun 21-27-də keçiriləcək “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında Gürcüstanı idmanın altı növü üzrə 36 atlet təmsil edəcək.xeber100.com