11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Grand Prix 2019” seriyasının ikinci mərhələsində

Riqada FIDE və "World Chess" şirkətinin birgə təşkil etdiyi "Grand Prix 2019" seriyasının ikinci mərhələsinin yarımfinalında cavab oyunları keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov amerikalı Uesli Sonu yenidən sınağa çəkəcək. Yarımfinalın cavab oyunlarında, həmçinin Maksim Vaşe-Laqrav (Fransa) Aleksandr Qrişukla (Rusiya) mübarizə aparacaq.Qeyd edək ki, şahmatçımız yarımfinalın ilk qarşılaşmasında U.Sonu məğlub edib. Təmsilçimiz səkkizdəbir finalda rusiyalı Daniel Dubova, dörddəbir finalda isə polşalı Kriştov Dudaya qalib gəlib.Pley-off sistemi üzrə keçirilən Qran-Pri yarışında göstərilən nəticələrə görə, şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə, ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.xeber100.com

İyul 19, 2019 1:27

Voleybol Federasiyasının məlumatına görə…

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli təsnifat turnirinə hazırlığı ölkə xaricində davam etdirir.Azərbaycan Voleybol Federasiyasından Azərtac-a bildiriblər ki, hazırlıq planına əsasən komandamız ilk olaraq Bolqarıstanda, daha sonra isə Rusiyada təlim-məşq toplanışında iştirak edib. Hazırlıq prosesi çərçivəsində voleybolçularımız Bolqarıstan və Rusiya milliləri ilə yoldaşlıq oyunları da keçiriblər.İyulun 19-da komandamız Rusiyada təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Türkiyənin İzmir şəhərinə yollanıb. Yığmamız hazırlıq prosesi çərçivəsində Türkiyə millisi ilə yoldaşlıq oyununda gücünü sınayacaq.Qeyd edək ki, Azərbaycan millisi təsnifat turnirində Braziliya, Dominikan Respublikası və Kamerun ilə birlikdə “D” qrupunda mübarizə aparacaq. Oyunlar avqustun 1-3-də Braziliyanın Uberlandiya şəhərində keçiriləcək. Komandamız Braziliyaya iyulun 24-də Türkiyədən yollanacaq.xeber100.com

İyul 19, 2019 1:23

“EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında

Gürcüstanın Baş naziri Mamuka Baxtadze iyulun 19-da “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında iştirak edəcək idmançılarla görüşüb.Azərtac xəbər verir ki, Milli Olimpiya Komitəsində (MOK) keçirilən görüşdə komitənin sədri Leri Xabelov hökumət başçısına idmançıların hazırlığı barədə məlumat verib.Təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili idmançıların Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışmasına ciddi hazırlaşdıqlarını bildirib.Hökumət başçısı ölkədə idmanın inkişafından danışıb, 2018-ci ilin Gürcüstanın idman həyatında ən yadda qalan və əlamətdar il olduğunu bildirib. O, gürcü idmançıların XV Avropa Gənclər Yay Olimpiya Festivalından qələbə və medallarla qayıdacaqlarına, əvvəlki illərin nəticələrini geridə qoyacaqlarına inandığını vurğulayıb, gənc atletlərə uğurlar arzulayıb.İyulun 21-27-də keçiriləcək “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalında Gürcüstanı idmanın altı növü üzrə 36 atlet təmsil edəcək.xeber100.com

İyul 19, 2019 1:19

Formula 1 yarışları 2021-ci il mövsümündə…

2021-ci il mövsümündə Formula 1 yarışlarına iki yeni komanda qoşula bilər. Azərtac xəbər verir ki, bu barədə yarışların şərhçisi Co Seyvard “Motosport Week” saytındakı bloqunda yazıb.Seyvardın verdiyi məlumata görə, layihələrdən birinin arxasında “Manora”nın keçmiş rəhbəri Qrem Loudon durur, digəri isə “Super Aquri”nin 76 yaşlı keçmiş icraçı direktoru Daniel Audetto ilə əlaqədardır. Sonuncunun yeni komanda ilə daimi əsaslarda əməkdaşlıq etməyəcəyi, lakin layihənin müəllifi üçün “kəşfiyyat” apardığı bildirilir. İkinci potensial komandanın arxasında kimim olduğu isə hələ məlum deyil.Hazırda Formula 1 qaydalarına görə, potensial yeni komandalar 20 milyon dollar girov qoymalıdırlar. Onlara ilk iki mövsümdə mükafat pulu almağa da imkan verilmir. Ehtimal olunur ki, 2021-ci ildə yeni komandalar 200 milyon dollar üzvlük haqqı ödəyəcək və bu vəsait yarışlarda iştirak edən komandalar arasında onların mükafat pullarının təzminatı olaraq bölüşdürüləcək.xeber100.com

İyul 19, 2019 1:17

Afrika Millətlər kubokunun bürünc mükafatçısı məlum olub

İyulun 17-də Afrika Millətlər kubokunun bürünc mükafatçısı məlum olub.Azərtac xəbər verir ki, turnirin üçüncü və dördüncü yer uğrunda mübarizələrində Nigeriya və Tunis millisi üz-üzə gəlib.Görüş Nigeriya millisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Oyunda yeganə qolun müəllifi üçüncü dəqiqədə Odion İghalo olub. Beləliklə, Nigeriya millisi tarixində 8-ci dəfə Afrika Millətlər kubokunun bürünc mükafatçısı olub.Turnirin final görüşü iyulun 19-da keçiriləcək. Həmin görüşdə Seneqal və Əlcəzair yığmaları qarşılaşacaq.xeber100.com

İyul 18, 2019 11:13

Beynəlxalq şahmat turnirinin dördüncü turuna yekun vurulub

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin dördüncü turuna yekun vurulub.Azərtac xəbər verir ki, dördüncü turda şahmatçımız Teymur Rəcəbov Lenyer Dominqeslə (ABŞ) heç-heçə edib. Dörd turun nəticəsinə görə Teymur Rəcəbovun aktivində 2,5 xal var.Beşinci turun oyunları iyulun 19-da keçiriləcək.xeber100.com

İyul 18, 2019 11:10

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib

“Qarabağ” komandasının UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. Azərtac xəbər verir ki, bu, İrlandiya “Dandolk”udur.“Dandolk” I təsnifat mərhələsində Latviyanın “Riqa” komandasını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Bu gün Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə “Dandolk” daha dəqiq olub - 5:4.“Qarabağ” İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.xeber100.com

İyul 18, 2019 10:48

Beynəlxalq şahmat turnirinin növbəti oyunları keçiriləcək

Almaniyanın Dortmund şəhərində dairəvi sistem üzrə təşkil olunan “Sparkassen Chess-Meeting” beynəlxalq şahmat turnirinin dördüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, iyulun 17-də baş tutacaq dördüncü turda şahmatçımız Teymur Rəcəbovun rəqibi turnir cədvəlində liderliyi ələ keçirən Lenyer Dominqes (ABŞ) olacaq. Amerikalı şahmatçı üç turdan 2,5 xal toplayıb. T.Rəcəbov isə ondan 0,5 xal geri qalır.Şahmatçımız üçüncü turda macarıstanlı Riçard Rapport ilə qarşılaşmada xalları yarı bölüb.Beynəlxalq turnirə iyulun 21-də yekun vurulacaq.xeber100.com

İyul 17, 2019 10:34

2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində

Ağdamın “Qarabağ” futbol klubu iyulun 17-də UEFA Çempionlar Liqasında 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində cavab qarşılaşmasına çıxacaq.Azərtac xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Dalğa Arena”da Albaniya çempionu “Partizani” klubunu qəbul edəcək. Görüş saat 21:00-da başlayacaq.Tiranadakı ilk qarşılaşmada qolsuz heç-heçə qeydə alındığı üçün istənilən qollu bərabərlik qonaqlar üçün əlverişli nəticə olacaq.Oyunun idarə edilməsi Moldovadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Dumitru Muntyana Vladislav Lifçu və Andrey Bodyan yan xətt, Aleksandru Tyan isə dördüncü hakim qismində kömək edəcəklər. Şotlandiyalı Uilyam Yanq hakim-inspektor, ingiltərəli Maykl Foster UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcəklər.Qeyd edək ki, “Qarabağ” komandası “Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcəklər.xeber100.com

İyul 17, 2019 10:29

“Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində

Riqada FIDE-nin və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə təşkil olunan “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində dörddəbir final mərhələsinin cavab oyunu keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycan şahmatçısı qrossmeyster Şəhriyar Məmmədyarovu polşalı Kriştof Duda ilə ikinci qarşılaşma gözləyir. Şahmatçımız birinci görüşdə Polşa təmsilçisi ilə xalları yarı bölüb.Dörddəbir finalın digər oyunlarında Veselin Topalov (Bolqarıstan) Maksim Vaşe-Laqrava (Fransa) məğlub olub. Sergey Karyakin (Rusiya) Uesli So (ABŞ), Aleksandr Qrişuk (Rusiya) isə Yu Yanqi (Çin) ilə heç-heçə ediblər.Qran-Prinin nəticələrinə əsasən ən çox xal toplayacaq iki şahmatçı iddiaçılar turnirinə vəsiqə əldə qazanacaq.xeber100.com

İyul 16, 2019 7:13
    Page 381 of 831« First«...102030...379380381382383...390400410...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az