07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Sərbəst güləş üzrə turnir start götürüb

İyulun 11-də İstanbulda sərbəst və qadın güləşi üzrə Yaşar Doğunun xatirəsinə həsr olunan turnir start götürüb.Azərbaycan Güləş Federasiyasından Azərtac-a bildiriblər ki, yarışın birinci günündə sərbəst güləş üzrə yığmamızın üç üzvü xalça üzərinə çıxıblar. Georgi Edişeraşvili (57 kq) gərgin keçən görüşdə italiyalı rəqibinə uduzub. Digər iki idmançımız - 70 kiloqram çəki dərəcəsində mübarizə aparıb. Birinci görüşdə Qazaxıstan idmançısına qalib gələn Murtuzəli Müslimov dörddəbir finalda komanda yoldaşı Gitinoməhəmməd Hacıyevi üstələyərək yarımfinala yüksəlib. Hindistanlı rəqibini də məğlub edən M.Müslimov adını finala yazdırıb.Medal görüşləri iyulun 12-də keçiriləcək.xeber100.com

İyul 11, 2019 5:14

“Ayaks” futbol klubu müqavilənin müddətini uzadıb

Hollandiyanın “Ayaks” klubu Serbiya millisinin hücumçusu Duşan Tadiçin müqaviləsini daha 1 il − 2023-cü il iyunun 30-dək uzatdığını açıqlayıb.Azərtac Serbiya mətbuatına istinadla xəbər verir ki, futbolçunun hazırkı müqaviləsi 2022-ci il iyulun 30-dək nəzərdə tutulmuşdu.Bildirilir ki, ötən il İngiltərənin “Sauthempton” klubundan “Ayaks”a keçən Tadiç komandanın aparıcı oyunçusuna çevrilib. Futbolçu ötən mövsüm “Ayaks”la Hollandiya çempionu olmaqla yanaşı, həm də ölkə kubokunu qazanıb və Çempionlar Liqasının yarımfinalınadək irəliləyib.“Ayaks” ötən mövsüm 56 oyunda 36 qol vurmağı bacaran 30 yaşlı futbolçunun karyerasını bitirdikdən sonra da klubda qalacağını və onun minimum 2026-cı ilə kimi klubun gənclərdən ibarət akademiyasında məşqçi qismində çalışacağını bəyan edib.xeber100.com

İyul 10, 2019 4:30

“Qarabağ” klubu UEFA Çempionlar Liqasında mübarizəyə başlayır

Ağdamın “Qarabağ” futbol klubu iyulun 10-da UEFA Çempionlar Liqasında mübarizəyə başlayır.Azərtac xəbər verir ki, “Qarabağ” 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində səfərdə Albaniyanın “Partizani” klubu ilə qarşılaşacaq.Oyun islandiyalı hakimlər briqadası tərəfindən idarə olunacaq. Baş hakim Holvardur Arnasona Yohann Qunnar Qudmundsson və Andri Viqfüsson kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Petur Qudmundsson yerinə yetirəcək.Qarşılaşma Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. “Qarabağ” “Partizani” matçı “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.xeber100.com

İyul 10, 2019 4:27

“Şahmat ulduzları” festivalına yekun vurulub

Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən “Şahmat ulduzları” festivalına yekun vurulub.Akademiyadan Azərtac-a bildiriblər ki, 9 turdan ibarət turnirdə 7,5 xal toplayan İlham Namazov qalib adını qazanıb. Arif Babayev və Rəşad Məmmədov isə 7 xalla ikinci və üçüncü yerləri tutublar.Altmış səkkiz şahmatçının mübarizə apardığı turnir İsveçrə sistemi üzrə keçirilib.xeber100.com

İyul 10, 2019 4:25

Milli Karate Federasiyasının məlumatına görə..

Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun anadan olmasının 50 illik yubileyi münasibətilə sentyabrın 27-29-da “Olimpiya ümidləri” adlı ənənəvi beynəlxalq karate turniri keçiriləcək.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda 6-13 yaşlı uşaqlar mübarizə aparacaqlar. Gənclər və İdman Nazirliyinin, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyasının və Azərbaycan Milli Karate Federasiyasının birgə təşkil edəcəyi beynəlxalq xatirə turniri "Sərhədçi" İdman Olimpiya Mərkəzində baş tutacaq. Sentyabrın 21-də turnirin təntənəli açılış mərasimi olacaq. Xatirə turnirinə beynəlxalq hakimlər də dəvət ediləcəklər.Yarışda 10-dan artıq ölkədən idmançıların iştirakı gözlənilir.“Olimpiya ümidləri” turnirindən bir gün əvvəl Azərbaycanın tanınmış karateçilərinin rəhbərliyi ilə seminarın təşkili nəzərdə tutulub.xeber100.com

İyul 10, 2019 4:23

“Fənərbağça” futbol klubu “Rizəspor” komandasından transfer edib

İstanbulun “Fənərbağça” futbol klubu “Rizəspor” komandasından kosovalı hücumçu Vedat Muriqini transfer edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, 25 yaşlı hücumçu ilə İstanbul təmsilçisi dörd illik müqavilə imzalayıb. V.Muriqi yeni komandasında 94 nömrəli formanı geyinəcək.Qeyd edək ki, Vedat Muriqi 2018-ci ildə “Gənclərbirliyi” komandasından “Rizəspor”a keçib. O, ötən mövsüm “Rizəspor”un heyətində keçirdiyi 34 oyunda 17 qol vurub.xeber100.com

İyul 9, 2019 3:14

XXX Ümumdünya Yay Universiadasının atletika yarışlarında

XXX Ümumdünya Yay Universiadasının atletika yarışlarında Azərbaycan idmançıları mübarizəyə başlayıb.Azərbaycan Atletika Federasiyasından Azərtac-a bildiriblər ki, yarışlarda atletikanın üç təkanla tullanma növündə Avropa çempionu olan Nazim Babayev təsnifat mərhələsində 16.36 metr nəticə məsafə göstərərək finala yüksəlib. Avropa çempionumuz iyulun 10-da finalda mübarizə aparacaq.Digər idmançımız IV İslam Həmrəyliyi Oyunlarında dördüncü yeri tutmuş Zəkiyyə Həsənova 100 metr məsafəyə qaçış növündə çıxış edib. O, təsnifat mərhələsində 11 saniyə nəticə ilə dördüncü olaraq mübarizəni dayandırıb.Atletlərimiz universiadaya məşqçi Ziyad Xəlfəliyev rəhbərliyi ilə qatılıblar.xeber100.com

İyul 9, 2019 3:11

Cüdo Federasiyası növbəti dünya reytinqini açıqlayıb

Beynəlxalq Cüdo Federasiyası (İJF) növbəti dünya reytinqini açıqlayıb.Azərtac xəbər verir ki, Azərbaycan cüdoçularının bəzilərinin reytinqi aşağı düşüb. Olimpiya Oyunlarının mükafatçısı Rüstəm Orucov (73 kq) dünya reytinq cədvəlində liderliyini qoruyub. İdmançımız ən yaxın izləyicisi Soıçı Haşımotonu 107 xal qabaqlayır.Həmin çəki dərəcəsində daha bir idmançımız Hidayət Heydərov da liderlər qrupunda mövqeyini dəyişməyib. İkinci Avropa Oyunlarında bürünc medal qazanan idmançımız altıncı pillədədir.Komandamızın ağır çəkili cüdoçusu Uşangi Kokauri (+100 kq) bir pillə geriləyib. O, hazırda 14-cü pillədədir. Dünya reytinqində dördüncü olan İrina Kindzerska (+78 kq) da bir pillə geriləyərək beşinci mövqedə qərarlaşıb. “Minsk 2019”un bürünc mükafatçıları Məmmədəli Mehdiyev (90 kq) dördüncü, Elmar Qasımov (100 kq) onuncu yeri tuturlar.Yüngül çəkilərə gəldikdə, Nicat Şıxəlizadə (66 kq) 25-ci, Orxan Səfərov (60 kq) 37-ci sırada qərarlaşıblar.xeber100.com

İyul 9, 2019 3:09

Beynəlxalq Şahmat Federasiyasının Prezident Şurasının iclasında

İyunun 27-30-da Bakıda keçirilmiş Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Prezident Şurasının iclasında verilən titulların siyahısı dərc edilib.Azərtac FIDE-nin rəsmi saytına istinadla xəbər verir ki, ali qurumun iclasında verilən qərara görə, 100-dən çox şahmatçı və hakim yeni titullara sahib olublar. Onların arasında gənc şahmatçımız Ülvi Sadıqov beynəlxalq qrossmeyster (GM) adına yiyələnib. Aydın Süleymanlı beynəlxalq usta (IM), Xanım Balacayeva beynəlxalq qrossmeyster (WGM), Nərmin Söyünlü isə beynəlxalq usta (WIM) adını qazanıblar. Bundan əlavə, Məcid Əfəndiyev və Cavanşır Bağırov beynəlxalq dərəcəli hakim (IA) adına layiq görülüblər.xeber100.com

İyul 9, 2019 3:04

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində

Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin oyununa təyinat alıb.AFFA-dan Azərtac-a bildiriblər ki, o, birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Norrçepinq” (İsveç) – “St.Patrik” (İrlandiya) qarşılaşmasının hakim-inspektoru olacaq. Həmin görüş iyulun 18-də oynanılacaq.xeber100.com

İyul 8, 2019 6:17
    Page 383 of 831« First«...102030...381382383384385...390400410...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az