04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. İdman

Güləşçilər arasında Avropa çempionatı davam edir

İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı davam edir.Azərtac xəbər verir ki, çempionatın ikinci günündə 60, 67, 72, 82 və 97 kiloqram çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.Xalça üzərinə çıxacaq 4 güləşçimizin rəqibi müəyyənləşib. Belə ki, Əsgər Əlizadə (60 kq) rumıniyalı Manuel Stoika, Niyaz Ərzumanov (67 kq) Finlandiya idmançısı Coni Pekka Komppa, Ülvi Qənizadə (72 kq) Almaniya güləşçisi Erik Loser, Tarış Əbilov (97 kq) isə macar Aleks Gerqo Şoke ilə qarşılaşacaq.xeber100.com

İyun 4, 2019 1:51

Qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.Azərtac xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyası (AQF) ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan yarışın ikinci günündə kişi və qadın sablyaçılar arasında qaliblərin adlarına aydınlıq gəlib.Kişilər arasında Cavanşir Ağakişiyev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Elvin Rzazadə ikinci olub. Murad Ələkbərov və Saleh Məmmədov isə bürünc medalla kifayətləniblər.Qadınlar arasında Vareriya Bolşakova Azərbaycan çempionu olub. Səbinə Kərimova fəxri kürünün ikinci pilləsində qərarlaşıb. Sevil Bünyatova və Anna Başta isə bürünc medal qazanıblar.Mükafatçılar diplom və medallarla təltif olunublar. Bundan əlavə ilk 3 yerin sahiblərinə AQF tərəfindən pul mükafatları da təqdim olunub.xeber100.com

İyun 4, 2019 1:48

“Altibox Norway Chess 2019” superturniri keçirilir

Norveçin Stavanger şəhərində “Altibox Norway Chess 2019” superturniri keçirilir.Azərtac xəbər verir ki, şahmat elitasının cəmləşdiyi nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov təmsil edir. Onun ilk turda rəqibi ABŞ şahmatçısı Fabiano Karuanadır.Turun digər oyunlarında Maqnus Karlsen (Norveç) Vişvanatan Anand (Hindistan), Din Lijen (Çin) Uesli So (ABŞ), Maksim Vaşe-Laqrav (Fransa) Yu Yangyi (Çin), Levon Aronyan (Ermənistan) Aleksandr Qrişukla (Rusiya) mübarizə aparacaq.xeber100.com

İyun 4, 2019 1:45

“İnter Mayami” klubu “Barselona”dan transfer edəcək

MLS-də çıxış edən “İnter Mayami”nin sahibi Devid Bekhem "Barselona"nın hücumçusu Luis Suaresi komandasına dəvət etməyi planlaşdırır.Azərtac xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat verib. Qırx dörd yaşlı Bekhem uruqvaylı futbolçuya dördillik müqavilə təklif etməyə hazırdır.Qeyd edək ki, L.Suares ötən mövsüm "Barselona"nın heyətində 29 oyun keçirib, 25 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsinin müddəti 2021-ci il iyunun 30-dəkdir.xeber100.com

İyun 4, 2019 1:41

Ağır atletika üzrə dünya çempionatı davam edir

Ficinin paytaxtı Suvada gənclər arasında ağır atletika üzrə dünya çempionatı davam edir.Azərtac xəbər verir ki, 51 ölkədən 311 atletin (161 oğlan və 150 qız) mübarizə apardığı yarışda Azərbaycan yığma komandasının üzvləri də körpücük üzərinə çıxacaqlar.İlk olaraq Səbinə Əzimova mübarizəyə qoşulub. Çempionatda 55 kiloqram çəki dərəcəsində yarışan atletimiz toplam 177 kiloqram (78+99) nəticə ilə 8-ci yeri tutub.Digər təmsilçimiz Əliş Nəzərov (102 kq) iyunun 6-da körpücük üzərinə çıxacaq.xeber100.com

İyun 3, 2019 2:39

Cüdo üzrə Avropa çempionatı keçiriləcək

İyunun 27-29-da Polşanın paytaxtı Varşavada kadetlər arasında cüdo üzrə Avropa çempionatı keçiriləcək.Azərtac xəbər verir ki, qitə çempionatında Azərbaycanı 18 cüdoçu (10 oğlan, 8 qız) təmsil edəcək.Turnirdə 24 ölkədən 250-yə yaxın idmançı iştirakını təsdiqləyib.xeber100.com

İyun 3, 2019 2:36

Avropa çempionatının seçmə qrup mərhələsində

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycanın millisinin Avropa çempionatının seçmə qrup mərhələsində Lixtenşteynlə səfərdə keçirəcəyi oyunun hakim təyinatları müəyyənləşib.Azərtac xəbər verir ki, iyunun 6-da keçiriləcək oyunun baş hakimi Şimali İrlandiya təmsilçisi Tim Marşal olacaq. Ona yan xətt hakimləri Pol Robinson və Stefen Donaldson kömək edəcəklər. Dördüncü hakim funksiyasını Şeyn Endryus yerinə yetirəcək.Qeyd edək ki, Lixtenşteyn-Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da “Sportpark Eşen-Mauren” stadionunda start götürəcək.xeber100.com

İyun 3, 2019 2:33

“Zirə” futbol klubu heyətini daha bir futbolçu ilə gücləndirib

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.Azərtac kluba istinadla xəbər verir ki, komanda Elvin Camalovla anlaşıb. İyirmi dörd yaşlı yarımmüdafiəçi ilə ikiillik müqavilə bağlanıb.E.Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Futbolçu, həmçinin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.“Zirə”nin yeni transferi deyib: “İlk olaraq futbolçu kimi inkişaf etməyimdə əməyi olan “Qəbələ” Futbol Akademiyasına, məşqçilər korpusuna və klub rəhbərliyinə təşəkkür edirəm. Çox sevinirəm ki, bu komanda ilə Azərbaycan kubokunu qazanıb, titulla ayrıldım. İndi isə iddialı “Zirə” ilə ikiillik müqavilə bağladığıma görə şadam. Bu komanda ilə yeni uğurlar qazanmağa çalışacağam. Karyeramda yeni səhifə açılır. Mənə inanıb dəvət etdiklərinə görə “Zirə”yə təşəkkür edirəm. Bu inamı doğrultmağa çalışacağam”.xeber100.com

İyun 3, 2019 2:31

“Çelsi” klubu baş məşqçisi ilə yollarını ayırmağa hazırlaşır

"Çelsi" baş məşqçisi Mauritsio Sarri ilə yollarını ayırmağa hazırlaşır.Milli.az xəbər verir ki, Sarri növbəti mövsümdən "Yuventus"u çalışdıracaq. Bu barədə İtaliya mətbuatı mətbuatı məlumat yayıb. "Çelsi"nin Sarri ilə müqaviləni yaxın günlərdə ləğv edəcəyi gözlənilir.2018-ci ilin yayında "Çelsi"yə baş məşqçi təyin olunan Sarrinin "zadəganlar"la 2021-ci ilin yayına qədər müqaviləsi var.O, ilk mövsümdən London təmsilçisi ilə Premyer Liqada 3-cü yeri tutub, Avropa Liqasının isə qalibi olub.xeber100.com

İyun 2, 2019 1:55

“Liverpul” və “Tottenhem” futbol klubları qarşılaşıb

İspaniyanın paytaxtı Madriddə UEFA Çempionlar Liqasının 2018-2019-cu il mövsümünün final görüşü keçirilib.Trend-in məlumatına görə, həmin görüşdə İngilərinin "Liverpul" və "Tottenhem" futbol klubları qarşılaşıb."Vanda Metropolitano" stadionunda keçirilən oyun "Liverpul"un 2:0 qələbəsi ilə bitib.Qollar: Mohammed Salah (2-ci dəqiqə) və Divok Oriqi (87-ci dəqiqə).Beləliklə, "Liverpul" altıncı dəfə turnirin qalibi olub.xeber100.com

İyun 2, 2019 1:48
    Page 395 of 830« First«...102030...393394395396397...400410420...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az