Çempionlar Liqasının Madriddə keçirilən final matçında…

Çempionlar Liqasının Madriddə keçirilən final matçı öncəsi bir çox fanat "Vanda Metropolitano" stadionuna saxta biletlərlə girməyə cəhd edib, Daily Mail məlumat yayıb.Milli.az bildirir ki, təhlükəsizlik xidmətinin əməkdaşları belə fanatları stadiondan uzaqlaşdırmaq məcburiyyətində qalıblar. Hətta bir gənc qadın polisin "dur" əmrinə baxmayaraq, qaçmağa çalışıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşı onu təqib etməli olub. Qadın saxlanılsa da, müqavimət göstərib.Daha bir qadın və yaşlı kişinin biletləri də saxta çıxdığı üçün stadionu tərk etməli olub.Press Association qeyd edir ki, Madridə gələn fanatların sayı final oyununa satılan biletlərin sayından 16 min çox olub. Stadiona düşə bilməyənlər pablar axtarmalı olublar, çünki oyundan öncə iki rəsmi fan-zona bağlı olmalı idi.Liverpul meri Co Anderson bildirib ki, bu qərarın arxasında UEFA rəhbərliyi dayanır.Qərar cümə günü ispan polisi bir neçə britaniyalı fanatın həbsi barədə bəyanat yaydıqdan sonra qəbul olunub. UEFA bilet axtaranlara rəsmi stüardlar adı altında fırıldaqçıların peyda olduğu barədə xəbərdarlıq edib. Bu üzdən fanatlara yalnız müəyyən olunmuş nəzarət zonalarında biletlərini təqdim etmək tövsiyə edilmişdi.Madridə gələn futbol fanatı Qrem Oyen biletlərin paylanılmasında yaranan qüsurlardan şikayətlənib. Stadionun tutumunun 70 min olduğu halda hər bir komandaya 16 min bilet ayrıldığını deyən britaniyalı azarkeş nəticədə 60 avroya bilet ala bildiyini, lakin dostunun bilet tapa bilmədiyini qeyd edib."Liverpul"un 52 yaşlı fanatı Rocerin fikrincə, oyun zamanı fan-zonaların bağlanması yanlış qərar olub. Onun dostu 20 yaşlı Ceykob isə oyunu pabdan izlədiyindən məyus idi.Press Association qeyd edir ki, oyun keçirilən müddətdə əlavə olaraq Madridə minlərlə polis cəlb olunub, o cümlədən Mersisayd və Londondan.xeber100.com

İyun 2, 2019 1:44