06 Dekabr 2025 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Bavariya” klubu növbəti dəfə Almaniya çempionu olub

"Bavariya" klubu ardıcıl 7-ci dəfə Almaniya çempionu olub.Milli.az-ın məlumatına görə, Münhen təmsilçisi buna son turda Frankfurt "Ayntraxt"ı üzərində 5:1 hesablı ev qələbəsi sayəsində nail olub. Qalib komandadan Kinqsli Koman (dəq. 4), David Alaba (dəq. 53), Renatu Sanşeş (dəq. 58), Frank Riberi (dəq. 72) və Aryen Robben (dəq. 78) fərqlənib. Məğlub klubun yeganə qolunu isə Sebastyan Aller (dəq. 50) vurub.Bu qələbə sayəsində "Bavariya" xallarını 78-ə çatdıraraq, tarixində 29-cu dəfə Bundesliqanın qalibi olub. Son turda Mönhenqladbaxda adaşını 2:0 hesabı ilə yenən Dortmund "Borussiya"sı 76 xalla gümüş, 66 xala malik "Leyptsiq" isə bürünc medala yiyələnib. Bu 3 klub və 58 xalla 4-cü yeri tutan "Bayer" Çempionlar Liqasına vəsiqə qazanıb. Mönhenqladbax "Borussiya"sı (55 xal), "Volfsburq" (55 xal) və Frankfurt "Ayntraxt"ı (54 xal) isə Avropa Liqasında çıxış edəcək. Əvəzində "Hannover" (21 xal) və "Nürnberq" (dəq. 19) son 2 pilləni tutduqları üçün Bundesliqanı tərk ediblər.Bombardir adını isə 22 qol vuran "Bavariya"nın hücumçusu Robert Levandovski qazanıb.xeber100.com

May 19, 2019 11:16

“Lion”klubunun yarımmüdafiəçisi komandadan ayrıla bilər

"Lion"un yarımmüdafiəçisi Tanqi Ndombele yay transfer pəncərəsi dövründə komandadan ayrıla bilər.Milli.az xəbər verir ki, PSJ, "Yuventus" və "Tottenhem" 22 yaşlı fransalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Həm PSJ rəhbərliyi, həm də baş məşqçi Tomas Tuxel klubun Tanqi ilə maraqlandığını təsdiqləyib.Eyni zamanda, futbolçunun meneceri ilə danışıqlar aparan "Tottenhem" və "Yuventus" rəsmi təklif göndərməyə hazırlaşır.Buna baxmayaraq, futbolçunun transferi üçün danışıqlara başlamayan "Lion", onun keçidindən azı 100 milyon avro qazanmağı planlaşdırır.Qeyd edək ki, Ndombele bu mövsüm "aslanlar"ın heyətində keçirdiyi 47 oyunda 2 qol, 8 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

May 19, 2019 11:08

İspaniya La Liqasını tərk edən komanda müəyyənləşib

İspaniya La Liqasını tərk edən sonuncu komanda müəyyənləşib.Milli.az xəbər verir ki, 38-ci turda səfərdə Alaves-ə 1:2 hesabı ilə uduzan Girona Sequndaya yuvarlanıb. Komanda çempionatı 18-ci sırada başa vurub.Qeyd edək ki, La Liqanı tərk edən digər iki klub isə Huesca və "Rayo Vallecano"dur.xeber100.com

May 19, 2019 11:03

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib

Qadınlardan ibarət voleybol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib.Milli.az xəbər verir ki, yığmanı Covanni Kaprara çalışdıracaq. Bu barədə Avropa Voleybol Konfederasiyasının rəsmi saytı məlumat yayıb. İtalyan mütəxəssis, bu vəzifədə Faiq Qarayevi əvəzləyib.Kaprara bir müddət Rusiya və Yunanıstanın qadınlardan ibarət voleybol millisini çalışdırıb.xeber100.com

May 18, 2019 12:34

UEFA “Tottenhem” futbol klubunu cəzalandırıb

UEFA İntizam Komitəsi İngiltərənin "Tottenhem" klubunun baş məşqçisi Maurisio Poçettinonu cəzalandırıb.Milli.az xəbər verir ki, argentinalı mütəxəssisə bir oyunluq cəza verilib.Lakin cəza şərti xarakter daşıyacaq və ona bir il sınaq müddəti veriləcək. İngiltərə təmsilçisinə həmçinin 10 min avro məbləğində cəza kəsilib.Bu cəzaya Çempionlar Liqasının yarımfinalında Hollandiya "Ayaks"ı ilə ilk oyunun məhz Poçettinoya görə gec başlaması səbəb olub."Ayaks"la Londondakı görüş "Tottenhem"in 0:1 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Komanda Amsterdamdakı qarşılaşmada rəqibini 3:2 məğlub edərək finala yüksəlib.Çempionlar Liqasının finalı iyunun 1-də İspaniyanın paytaxtı Madriddə, "Vanda Metropolitano" stadionunda baş tutacaq. UEFA-nın bu cəzasına baxmayaraq, Poçettino həmin matçda texniki zonada yer ala biləcək.xeber100.com

May 18, 2019 12:30

Kataloniya futbol klubu “Liverpul” komandasına uduzub

"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyo "Barselona"nın futbolçusu Lionel Messini "Qızıl top"u qazanmağa əsas namizəd hesab etmir.Milli.az xəbər verir ki, bu barədə o, "RMC"yə açıqlamasında deyib: "Mən Messinin bu il "Qızıl top"a layiq olduğuna şübhə edirəm. Çünki onun komandası Çempionlar Liqasında mübarizəni dayandırıb".Qeyd edək ki, Kataloniya klubu ÇL-in yarımfinalında "Liverpul"a uduzaraq (3:0, 0:4) turnirlə vidalaşıb.xeber100.com

May 18, 2019 12:15

Avropa Çempionatının üçüncü günü start götürüb

Bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 35-ci Avropa Çempionatının üçüncü günü start götürüb.Milli.az bildirir ki, çempionatın 3-cü günü artıq komanda hesabında (böyük gimnastlar və gənc komandaların ortaq xalları əsasında) və qrup komandalarının çoxnövçülük yarışlarında qaliblərin adları açıqlanacaq. Və turnirin son günü ayrı-ayrı alətlər üzrə Avropanın ən yaxşı gimnastlarının adları məlum olacaq.Qeyd edək ki, 16-19 may tarixlərində keçirilən çempionatda fərdi proqramda böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edir.Çempionatda 35 ölkədən gimnastlar iştirak edir.Azərbaycanı Avropa çempionatında yeniyetmələr arasında Nəzrin Cəfərzadə, Eleonora Yusifova, Ləman Əlimuradova, Fəridə Səfiyarzadə, Mədinə Əsədova, Selcan Hacızadə, Milana Əkbərovadan ibarət komanda təmsil edir.xeber100.com

May 18, 2019 12:02

“Çelsi”futbol klubunun yarımmüdafiəçisi matçda oynamayacaq

İngiltərənin “Çelsi”futbol klubunun yarımmüdafiəçisi Ruben Loftus-Çik zədələndiyi üçün, ola bilsin ki, Avropa Liqasının finalında Bakıda Londonun “Arsenal” komandasına qarşı matçda oynamayacaq.Azərtac xəbər verir ki, Loftus-Çik mayın 14-də Amerikanın “Nyu-İnqlend” klubuna qarşı yoldaşlıq matçında zədələnib. 3:0 hesabı ilə “Çelsi”nin xeyrinə başa çatmış bu oyunda 23 yaşlı Loftus-Çik havadakı top uğrunda mübarizədə tullandıqdan sonra onun ayağı burxulub.“Çelsi”nin yetirməsi olan bu oyunçu əsas komandanın heyətində 2017-ci ildə İngiltərə çempionu olub. Cari mövsümdə o, bütün turnirlərdə London klubunun heyətində 40 matç keçirib, 10 qol vurub və qol ilə nəticələnmiş 5 ötürmə edib.Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da Bakıda “Çelsi” ilə “Arsenal” arasında keçiriləcək.xeber100.com

May 17, 2019 12:58

“Neftçi”nin 2019-2020-ci illər üçün hazırlıq planı müəyyənləşib

“Neftçi” klubunun 2019-2020-ci illər mövsümünə hazırlıq planı müəyyənləşib.Klubdan Azərtac-a bildiriblər ki, hazırlığın ilk mərhələsi iyunun 10-dan 15-dək Bakıda baş tutacaq. Bu müddət ərzində tibbi baxışdan keçəcək komanda üzvləri fiziki testləri də yerinə yetirəcəklər.Təlim-məşq toplanışının ikinci mərhələsi isə iyunun 15-dən iyulun 1-dək Türkiyədə keçiriləcək. Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq komandamız qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da olacaq. Rəqiblər barədə ətraflı məlumat veriləcək.xeber100.com

May 17, 2019 12:54

35-ci Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək

Mayın 17-də Bakıda bədii gimnastika üzrə 35-ci Avropa çempionatının ikinci gününün yarışları keçiriləcək.Azərtac xəbər verir ki, gimnastlar fərdi yarışlarda halqa və topla hərəkətlərdə mübarizə aparacaqlar. Azərbaycanı Zöhrə Ağamirova və Veronika Qudis təmsil edəcək.Qeyd edək ki, çempionatın birinci günündə gənclərdən ibarət qrup hərəkətləri komandaları çoxnövçülükdə - 5 halqa ilə çıxış ediblər. Azərbaycanın gənclərdən ibarət qrup hərəkətləri komandası yarışların finalına yüksəlib. Mədinə Əsədova, Ləman Əlimuradova, Selcan Hacızadə, Milana Əkbərova və Fəridə Səfiyarzadədən ibarət milli komandamız hakimlərdən 21,650 xal alaraq beşinci olub.Dörd gün davam edəcək çempionatın fərdi proqramında böyük gimnastlar, qrup hərəkətləri proqramında isə gənc komandalar çıxış edəcəklər.Çempionatda 35 ölkədən gimnastlar iştirak edirlər.Xatırladaq ki, Bakı 2007-ci, 2009-cu və 2014-cü illərdə də bədii gimnastika üzrə Avropa çempionatına ev sahibliyi edib.xeber100.com

May 17, 2019 10:54
    Page 401 of 830« First«...102030...399400401402403...410420430...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az