UEFA Avropa Liqasının finalı mayın 29-da baş tutacaq

Londonun "Arsenal" komandası UEFA-dan komandanın yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirakı zamanı təhülkəsizliyini təmin edəcək zəmanət almaq istəyir."Oyunçularımızın təhlükəsizliyi bizim üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Biz UEFA-dan Mxitaryanın Bakıda keçiriləcək oyunlar zamanı təhlükəsizliyinin təmin edilməsinə dair zəmanət gözləyirik. Biz bu zəmanətin verilməsinə dair heç bir sənəd əldə etməmişik və ümid edirik UEFA bunu qısa zamanda təmin edəcək. Biz final matçının seçildiyi şəhərə görə Mxitaryanın turnirin final oyununda iştirak edə bilməyəcəyindən çox narahatıq", - deyə komandanın nümayəndəsi Britaniya KİV-lərinə bildirib.Associated Press isə yazır ki, UEFA və "Arsenal" AFFA-ya məsələ ilə bağlı sorğu göndərib və AFFA Mxitaryanın Azərbaycana gəlişi zamanı problem yaranmayacağını, təhlükəsizliyinin təmin ediləcəyini təsdiq edib.UEFA da Mxitaryanın Azərbaycana səfəri ilə bağlı problemin olmayacağını bəyan edib:"Bu standart prosedurdur, biz zəmanət tələb etdik və bunun təsdiqini də aldıq".Öz növbəsində AFFA UEAF-nın sorğusunu müsbət cavablandıraraq, sözügedən futbolçunun təhlükəsizliyinin təmin ediləcəyini təsdiqləyib.Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 29-da baş tutacaq. Londonun iki məşhur klubu "Arsenal" və "Çelsi" Bakıda qələbə uğrunda mübarizə aparacaq.Xatırladaq ki, daha əvvəl Henrix Mxitaryan Dortmund "Borussiya"sında oynadığı vaxt "Qəbələ" ilə matç üçün Bakıya gəlməmişdi. O, ötən ilin payızında isə "Qarabağ" - "Arsenal" oyunu üçün ikinci dəfə Bakıya gəlməkdən çəkinmişdi.xeber100.com

May 11, 2019 2:30

Azərbaycan Premyer Liqasının sonuncu turunda

Son günlər sosial şəbəkələrdə Azərbaycan Premyer Liqasının sonuncu XXVIII turunda keçiriləcək “Neftçi” – “Qarabağ” qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr edilməkdədir. Bununla bağlı Peşəkar Futbol Liqası (PFL) bəyanat yayıb.Trend PFL-ə istinadən xəbər verir ki, bəyanatda deyilir ki, ölkə çempionatının keçirilməsinə cavabdeh olan qurum bildirib ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq: "Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirtmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq. Bu kimi halları nəzərə alan PFL oyuna ən azı 2 saat öncədən gəlməyinizi, diqqətli olmağınızı, rəqib azarkeşlərə hörmət etməyinizi xahiş edir. Qarşıda “Neftçi” və “Qarabağ”ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir. Azarkeşlərimiz məhz bu gündən bir olub, komandalarımızı beynəlxalq miqyasda dəstəkləməlidirlər. Biz nəyə qadir olduğumuzu bir yumruq kimi Avropa meydanlarında göstərməliyik".Qeyd edək ki, oruc tutan şəxslər üçün stadionda “Neftçi” klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.xeber100.com

May 10, 2019 8:32