Paracüdo üzrə beynəlxalq yarışların ikinci gününə start verilib

Mayın 14-də Bakıda paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarının ikinci gününə start verilib.Azərtac xəbər verir ki, Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışda 35 ölkədən 214 cüdoçu birincilik uğrunda mübarizə aparır. Turnirdə ölkəmizi 21 cüdoçu təmsil edir. Kişilərin yarışında 11, qadınların mübarizəsində isə 10 idmançımız tatami üzərinə çıxacaq.Yarışın ikinci günündə kişilər 90, 100 kiloqram və 100 kiloqramdan yuxarı, qadınlar isə 63, 70 kiloqram və 70 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparacaqlar.Qran-Prinin birinci günündə 9 paralimpiyaçımız tatami üzərinə çıxacaq. Onların ilk rəqibləri də müəyyənləşib. Belə ki, kişilərin yarışında Rövşən Səfərov Oleq Kretul (Moldova)-Mark Milano (Almaniya) cütünün qalibi, Ramin Əliyev (hər ikisi 90 kq) rusiyalı Vladimir Fedin, Kənan Abdulxanlı Özbəkistan təmsilçisi Şarif Xalilov, Kamil Ağayev (hər ikisi 100 kq) fransalı Yann Qoarnisson, ikiqat Paralimpiya çempionumuz İlham Zəkiyev (100 kq-dan yuxarı) Kento Masaki (Yaponiya) - Heydər Heydərov (Rusiya) cütünün qalibi ilə qarşılaşacaqlar.Qadınların mübarizəsində isə Xanım Hüseynova (63 kq) özbəkistanlı Nafisa Şeripboeva, Zülfiyyə Hüseynova (70 kq) Rusiya idmançısı Olqa Zabrodskaya, Xatirə İsmiyeva türkiyəli Mesme Tasbağ, Dürsədəf Kərimova (hər ikisi 100 kq-dan yuxarı) isə Fransa paracüdoçusu Pressillia Leze ilə üz-üzə gələcəklər.Turnirin birinci günündə Azərbaycan millisi 3 qızıl, 3 gümüş və 3 bürünc medala sahib olub.Qran-Pri “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziya xalları qazandırır.Azərtac paracüdo üzrə Qran-Prinin rəsmi media tərəfdaşıdır.xeber100.com

May 14, 2019 11:25

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Mayın 16-17-də “YARAT” Müasir İncəsənət Mərkəzində “İnsan: özünü dərk et” proqramı çərçivəsində tanınmış amerikalı tədqiqatçı- ekspert Aleks Sucunq-Kim Penqin mühazirəsi dinləniləcək.Bu barədə “YARAT”dan Azərtac-a məlumat verilib.Bildirilib ki, futurist, yazıçı Silikon Vadisinin biznes məsləhətçisi Aleks Penq nə qədər çox işləsək, nəticə bir o qədər yaxşı olacağı mifini dağıdır. O, şüurlu istirahətin zehni və fiziki enerjini bərpa etmək və bununla yanaşı, düzgün istifadə edildikdə innovativ düşüncəni stimullaşdırmaq və yaradıcı həyatı inkişaf etdirmək imkanına malik olduğunu kəşf edib. Hamımız istirahət edirik, amma biz bunu daha yaxşı edib daha çox fayda əldə edə bilərik.Müasir dövrdə qəribə fikirlərlə rastlaşırıq: “az yatsaq daha çox iş görə bilərik” və yaxud böyük şirkətlər daxili resursları bərpa etmək üçün işçiləri məzuniyyətlərindən istifadəyə təşviq etmək məqsədilə lotereyalar keçirmək məcburiyyətində qaldıqları halları ilə üzləşirik. Aleks Penq neyrobioloji tədqiqatlar və uğurlu, məhsuldar insanların tərcümeyi-hallarının öyrənilməsi sayəsində şüurlu istirahəti adət etdiyimizdən daha ciddi qəbul etməyimizin zəruri olduğunu izah edir. “İnsan: özünü dərk et” inkişaf proqramının direktoru Arstarulsmirus Tarus öz fikirlərini bölüşərək deyib: “O, istirahətin əhəmiyyətinin digər tərəflərini görməyə, insanları həyatın mövcud ritmini sağlamlıq, yaradıcılıq və real məhsuldarlıq baxımından gözdən keçirməyə çağırır”.xeber100.com

May 13, 2019 2:59

Futbol üzrə 2018-2019-cu il mövsümünün sonuncu turunda

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan çempionatının 2018-2019-cu il mövsümünün sonuncu – 28-ci turunda qeydə alınan bir sıra statistik göstəriciləri açıqlayıb.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, sonuncu turdakı dörd matçdan yalnız birində meydan sahibləri qələbə qazanıblar. Üç görüşdə isə qonaqlar qalib gəliblər. Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəliblər, 25 matçda heç-heçə qeydə alınıb.1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk dəfə meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çoxdur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.Cari mövsümün nəticələrinə əsasən, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah” və “Keşlə” səfər matçlarında ev oyunlarından çox xal qazanıb. Üç komanda – “Qəbələ”, “Zirə” və “Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə “Qarabağ” həm ev, həm səfər görüşlərində topladığı xalların saytına görə birinci olub. “Neftçi” komandası isə hər iki göstərici üzrə ikinci yerdədir.xeber100.com

May 13, 2019 2:46