“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Mayın 16-17-də “YARAT” Müasir İncəsənət Mərkəzində “İnsan: özünü dərk et” proqramı çərçivəsində tanınmış amerikalı tədqiqatçı- ekspert Aleks Sucunq-Kim Penqin mühazirəsi dinləniləcək.Bu barədə “YARAT”dan Azərtac-a məlumat verilib.Bildirilib ki, futurist, yazıçı Silikon Vadisinin biznes məsləhətçisi Aleks Penq nə qədər çox işləsək, nəticə bir o qədər yaxşı olacağı mifini dağıdır. O, şüurlu istirahətin zehni və fiziki enerjini bərpa etmək və bununla yanaşı, düzgün istifadə edildikdə innovativ düşüncəni stimullaşdırmaq və yaradıcı həyatı inkişaf etdirmək imkanına malik olduğunu kəşf edib. Hamımız istirahət edirik, amma biz bunu daha yaxşı edib daha çox fayda əldə edə bilərik.Müasir dövrdə qəribə fikirlərlə rastlaşırıq: “az yatsaq daha çox iş görə bilərik” və yaxud böyük şirkətlər daxili resursları bərpa etmək üçün işçiləri məzuniyyətlərindən istifadəyə təşviq etmək məqsədilə lotereyalar keçirmək məcburiyyətində qaldıqları halları ilə üzləşirik. Aleks Penq neyrobioloji tədqiqatlar və uğurlu, məhsuldar insanların tərcümeyi-hallarının öyrənilməsi sayəsində şüurlu istirahəti adət etdiyimizdən daha ciddi qəbul etməyimizin zəruri olduğunu izah edir. “İnsan: özünü dərk et” inkişaf proqramının direktoru Arstarulsmirus Tarus öz fikirlərini bölüşərək deyib: “O, istirahətin əhəmiyyətinin digər tərəflərini görməyə, insanları həyatın mövcud ritmini sağlamlıq, yaradıcılıq və real məhsuldarlıq baxımından gözdən keçirməyə çağırır”.xeber100.com

May 13, 2019 2:59

Futbol üzrə 2018-2019-cu il mövsümünün sonuncu turunda

Peşəkar Futbol Liqası (PFL) futbol üzrə Azərbaycan çempionatının 2018-2019-cu il mövsümünün sonuncu – 28-ci turunda qeydə alınan bir sıra statistik göstəriciləri açıqlayıb.Azərtac Peşəkar Futbol Liqasının saytına istinadla xəbər verir ki, sonuncu turdakı dörd matçdan yalnız birində meydan sahibləri qələbə qazanıblar. Üç görüşdə isə qonaqlar qalib gəliblər. Bu da mövsümün ümumi statistikasını səfərdə oynayan komandaların lehinə dəyişib. Çempionatın 112 qarşılaşmasında ev sahibləri 43, qonaqlar 44 dəfə qalib gəliblər, 25 matçda heç-heçə qeydə alınıb.1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixində ilk dəfə meydan sahiblərinin məğlubiyyəti qələbəsindən çoxdur. Əvvəlki 26 mövsümün hamısında üstünlük ev komandalarında olub. Əksər hallarda isə bu üstünlük nəzərə çarpacaq dərəcədə böyük olub.Cari mövsümün nəticələrinə əsasən, “Qarabağ”, “Neftçi”, “Səbail”, “Sabah” və “Keşlə” səfər matçlarında ev oyunlarından çox xal qazanıb. Üç komanda – “Qəbələ”, “Zirə” və “Sumqayıt” isə öz meydanında daha uğurlu çıxış edib. Ümumilikdə isə “Qarabağ” həm ev, həm səfər görüşlərində topladığı xalların saytına görə birinci olub. “Neftçi” komandası isə hər iki göstərici üzrə ikinci yerdədir.xeber100.com

May 13, 2019 2:46