07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

Danimarka Superliqasının XXXIII turunda

Futbol üzrə Danimarka və Avstriya çempionatlarında 2018-2019-cu il mövsümünün qalibləri müəyyənləşib.Azərtac xəbər verir ki, Danimarka Superliqasının XXXIII turunda “Bröndbi” komandasını 3:2 hesabı ilə məğlub edən “Kopenhagen” sona 3 tur qalmış ən yaxın izləyicisini 14 xal qabaqlayaraq çempionluğunu rəsmiləşdirib. Paytaxt təmsilçisi bu qalibiyyətlə, ümumilikdə 13-cü çempionluğunu qeyd edib.Avstriya Bundesliqasında isə XXIX turda “Austriya”ya 2:1 hesabı ilə qalib gələn “Zalsburq” birinciliyi təmin edib. Komanda ardıcıl 6-cı, ümumilikdə isə 13-cü çempionluğunu qazanıb.xeber100.com

May 6, 2019 1:53

“Gənclər kuboku” şahmat turniri keçiriləcək

“Xəzər Universiteti Şahmat Akademiyası”nın təşkilatçılığı ilə “Gənclər kuboku” şahmat turniri keçiriləcək.Azərtac xəbər verir ki, reytinq xarakterli komanda yarışı iyunun 3-dən 8-dək akademiyanın binasında təşkil ediləcək.Beynəlxalq Şahmat Federasiyasının (FIDE) qaydalarına əsasən, dairəvi sistem üzrə keçiriləcək yarış iki dövrədən ibarət olacaq. İlk dəfə keçiriləcək turnirdə hər birində iki şahmatçı olmaqla, 6 komanda iştirak edəcək.xeber100.com

May 6, 2019 1:50

“Bakı marafonu 2019” 21 kilometr məsafəni əhatə edib

"Bakı Marafonu 2019"un qalibi müəyyənləşib.Milli.az bildirir ki, finişə ilk çatan uqandalı iştirakçı Ssenyange İsmayıl olub.Xatırladaq ki, bu gün Bakıda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə "Bakı Marafonu-2019" keçirilib. "Küləyə qalib gəl" şüarı altında artıq dördüncü ildir təşkil olunan Bakı marafonu Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edib.Layihənin məqsədi idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək, insanları xeyirxah amallar ətrafında bir araya gətirməkdir.xeber100.com

May 5, 2019 2:10

“Lazio” futbol klubu yeni sözləşmə imzalayıb

"Lazio" futbolçusu Lukas Leyvanın müqaviləsinin müddətini artırıb.Milli.az xəbər verir ki, bu barədə braziliyalı yarımmüdafiəçi İtaliya mətbuatına açıqlamasında deyib. Leyva "Lazio" ilə müddəti 2022-ci ilin yayına qədər olan yeni sözləşmə imzalayıb.2007-2017-ci illər aralığında "Liverpul"da forma geyindikdən sonra Lazio-ya keçən Leyvanın əvvəlki müqaviləsi 2020-ci ilin yayına qədər idi.xeber100.com

May 5, 2019 1:51

Ağır Atletika Federasiyasının məlumatına görə…

5-28 may tarixlərində Xırdalan və Astara şəhərlərində yerləşən AAAF Park Yaşayış, İdman, İstirahət və Əyləncə Komplekslərində keçiriləcək Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş 7-ci “Zirvə Beynəlxalq Uşaq Oyunları” start götürüb.Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, 27 idman növündə 12 ölkədən olan 4 mindən çox idmançı uşağın qüvvəsini sınayacağı yarışlarda ilk olaraq ağır atletika üzrə qaliblər müəyyən edilib.7 ölkədən – Azərbaycan, İran, Gürcüstan, Türkiyə, İsrail, Moldova və Ukraynadan olan 200-ə yaxın uşaq ağır atletin qatılacağı turnirdə körpücük üzərinə hamıdan öncə zərif cinsin nümayəndələri qalxıblar. Qızlar Sinkleyr cədvəli üzrə mütləq qalibi müəyyən ediblər. Maraqlı mübarizə şəraitində keçən yarışda toplam 114 kq (54+60) nəticə və 198.4 Sinkleyr xalı ilə türkiyəli Nurgül Yüksel qızıl medala sahib çıxıb. İkinci pilllədə toplam 117 kq (53+64) nəticə və 186.4 xalla gürcüstanlı Mariam Maysuradze qərarlaşıb. Üçüncü yeri toplam 107 kq (45+62) və 174.3 xalla Azərbaycan atleti Selcan Qarayeva tutub.Ağır atletika üzrə yarışlar iki gün davam edəcək.xeber100.com

May 5, 2019 1:43

“Fənərbağça” klubu ilk transferini seçib

"Fənərbağça" yeni mövsüm üçün ilk transfer edib.Milli.az xəbər verir ki, İstanbul klubu İranın yüksək liqası təmsilçisi "İstiqlal"ın futbolçusu Allahyar Sayyadmaneşi heyətinə cəlb edib. Bu ilin iyununda 18 yaşı olacaq hücumçu ilə 5 illik müqavilə imzalanacaq.İran klubunun nümayəndəsi İsmayıl Halilzadə A.Sayyadmaneşi "Fənərbaxça"ya satdıqlarını təsdiqləyib: "Onu "Fənərbaxça"ya 850 min avroya satdıq. Mövsümün sonu buradan ayrılacaq".Qeyd edək ki, A.Sayyadmanaş "The Guardian"nın hazırladığı 2011-ci il doğumlu ən yaxşı 60 futbolçu sırasında yer alıb.Əlavə edək ki, A.Sayyadmanaş bu mövsüm 17 matçda oynadığı az müddətdə 2 qol vurub, 2 qolun ötürməsini verib.xeber100.com

May 4, 2019 1:26

“Real” futbol klubu ikinci transferini reallaşdırıb

Cari mövsümdə qatıldığı bütün turnirlərdə uğursuz çıxış edən "Real" ikinci transferini reallaşdırıb.Milli.az xəbər verir ki, bundan əvvəl "Portu"dan Eder Militaonun transferini açıqlayan "Kral Klubu" Frankfurt "Ayntraxt"ından Luka Yoviçi keçidini həll edib. Bu barədə kluba yaxınlığı ilə tanınan AS qəzeti məlumat yayıb.Məlumatda bildirilir ki, "Real" 21 yaşlı serb futbolçu üçün 60 milyon avro ödəyəcək. "Ayntraxt"la "Benfika" arasındakı anlaşmaya əsasən bu məbləğin 12 milyon avrosu Portuqaliya klubuna çatacaq."Real" Yoviçlə 6 illik müqavilə imzalayacaq.Qeyd edək ki, 21 yaşlı hücumçu bu mövsüm Almaniya klubunun heyətində 44 oyun keçirərək 26 qol vurub və 7 məhsuldar ötürmə edib.xeber100.com

May 4, 2019 1:20

UEFA Avropa Liqasında ən yaxşı futbolçu müəyyənləşib

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.Milli.az xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra bu ada "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett layiq görülüb.Fransalı forvard evdə "Valensiya"nı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qolun müəllifi olub.Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.xeber100.com

May 4, 2019 1:14

Çempionlar Liqasının 1/4 finalında

Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la oyunlarda mübarizəni dayandıran Massimilano Alleqrinin Turin klubundan göndəriləcəyi gözlənilirdi.Milli.az xəbər verir ki, klubun vitse-prezidenti Pavel Nedved Alleqrinin daha bir mövsüm klubda qalacağını deyib: "Alleqri gələn mövsüm də klubda qalacaq. Müqaviləsi davam edir və hər şey qaydasındadır".Qeyd edək ki, Alleqri "Yuventus"u 2014-cü ildən çalışdırır.xeber100.com

May 4, 2019 1:10

“Qalatasaray” futbol klubunun məlumatına görə…

"Qalatasaray"ın 31 yaşlı forvardı Konstantinos Mitroğlu komandanın "Beşiktaş"la derbi öncəsi keçirdiyi məşqi zamanı zədələnib.Milli.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçunun vəziyyəti yoxlamalardan sonra bəlli olacaq.Klub məsələ ilə bağlı rəsmi açıqlama verib: "Məşqdə sol üst əzələ qrupunda ağrı hiss edən Konstantinos Mitroğlunun müalicəsinə başlanıb. Futbolçumuzun son vəziyyəti aparılacaq testlərin ardından bəlli olacaq".Qeyd edək ki, bazar günü "Qalatasaray" "Türk Telekom" stadionunda "Beşiktaş"ı qəbul edəcək.xeber100.com

May 3, 2019 10:06
    Page 407 of 831« First«...102030...405406407408409...420430440...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az