11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Real” futbol klubu ikinci transferini reallaşdırıb

Cari mövsümdə qatıldığı bütün turnirlərdə uğursuz çıxış edən "Real" ikinci transferini reallaşdırıb.Milli.az xəbər verir ki, bundan əvvəl "Portu"dan Eder Militaonun transferini açıqlayan "Kral Klubu" Frankfurt "Ayntraxt"ından Luka Yoviçi keçidini həll edib. Bu barədə kluba yaxınlığı ilə tanınan AS qəzeti məlumat yayıb.Məlumatda bildirilir ki, "Real" 21 yaşlı serb futbolçu üçün 60 milyon avro ödəyəcək. "Ayntraxt"la "Benfika" arasındakı anlaşmaya əsasən bu məbləğin 12 milyon avrosu Portuqaliya klubuna çatacaq."Real" Yoviçlə 6 illik müqavilə imzalayacaq.Qeyd edək ki, 21 yaşlı hücumçu bu mövsüm Almaniya klubunun heyətində 44 oyun keçirərək 26 qol vurub və 7 məhsuldar ötürmə edib.xeber100.com

May 4, 2019 1:20

UEFA Avropa Liqasında ən yaxşı futbolçu müəyyənləşib

UEFA Avropa Liqasında həftənin ən yaxşı futbolçusu müəyyənləşib.Milli.az xəbər verir ki, ilk yarımfinal mərhələsinin oyunlarından sonra bu ada "Arsenal"ın hücumçusu Aleksandr Lyakazett layiq görülüb.Fransalı forvard evdə "Valensiya"nı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmada iki qolun müəllifi olub.Qeyd edək ki, bu komandalar arasındakı cavab oyunu mayın 9-da olacaq. Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.xeber100.com

May 4, 2019 1:14

Çempionlar Liqasının 1/4 finalında

Çempionlar Liqasının 1/4 finalında "Ayaks"la oyunlarda mübarizəni dayandıran Massimilano Alleqrinin Turin klubundan göndəriləcəyi gözlənilirdi.Milli.az xəbər verir ki, klubun vitse-prezidenti Pavel Nedved Alleqrinin daha bir mövsüm klubda qalacağını deyib: "Alleqri gələn mövsüm də klubda qalacaq. Müqaviləsi davam edir və hər şey qaydasındadır".Qeyd edək ki, Alleqri "Yuventus"u 2014-cü ildən çalışdırır.xeber100.com

May 4, 2019 1:10

“Qalatasaray” futbol klubunun məlumatına görə…

"Qalatasaray"ın 31 yaşlı forvardı Konstantinos Mitroğlu komandanın "Beşiktaş"la derbi öncəsi keçirdiyi məşqi zamanı zədələnib.Milli.az klubun rəsmi saytına istinadən xəbər verir ki, oyunçunun vəziyyəti yoxlamalardan sonra bəlli olacaq.Klub məsələ ilə bağlı rəsmi açıqlama verib: "Məşqdə sol üst əzələ qrupunda ağrı hiss edən Konstantinos Mitroğlunun müalicəsinə başlanıb. Futbolçumuzun son vəziyyəti aparılacaq testlərin ardından bəlli olacaq".Qeyd edək ki, bazar günü "Qalatasaray" "Türk Telekom" stadionunda "Beşiktaş"ı qəbul edəcək.xeber100.com

May 3, 2019 10:06

UEFA Çempionlar Liqasının yarımfinalında

"Ayaks" futbol klubu UEFA Çempionlar Liqasının yarımfinalında səfərdə "Tottenhem"ə qalib gəlib.Trend-in məlumatına görə, Londonda keçirilən oyunda bir qol vurulub. Fərqlənən Donni van de Bek olub (15-ci dəqiqə).Qeyd edək ki, cavab qarşılaşması mayın 8-də keçiriləcək. Hər iki oyunun nəticəsinə əsasən qalib komanda "Barselona" - "Liverpul" cütlüyünün qalibi ilə finalda görüşəcək.xeber100.com

May 2, 2019 12:59

Beynəlxalq Şahmat Federasiyası may ayı reytinqini açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların may ayı üçün reytinqini açıqlayıb.Milli.az xəbər verir ki, Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Azərbaycanlı qrossmeyster 2781 xalla 5-ci pillədə qərarlaşıb.Digər şahmatçılarımıza gəlincə, Teymur Rəcəbov 12-ci (2759), Arkadi Naydiç 58-ci (2682), Qədir Hüseynov (2664) isə 97-ci pilləni tutur.Qadın şahmatçılarımızdan Günay Məmmədzadə (2436) 40-cı, Xanım Balacayeva isə 92-ci (2373) pillədə qərarlaşıb.Qeyd edək ki, kişi şahmatçılar arasında siyahıya norveçli Maqnus Karlsen (2861) başçılıq edir. Fabiano Karuana (ABŞ, 2816) ikinci, Liren Dinq (Çin, 2805) üçüncüdü.xeber100.com

May 2, 2019 12:55

Azərbaycan Kubokunun yarımfinal mərhələsində

Bu gün futbol üzrə Azərbaycan Kubokunda finalçılar müəyyənləşəcək.Milli.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk cavab matçı Zirədə olacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi "Sumqayıt"ı qəbul edəcək. İlk oyunda qolsuz heç-heçə qeydə alındığından meydan sahibləri nisbətən üstün durumdadırlar. Bu kollektivlər arasına cari çempionatda baş tutan 4 görüşdən 3-də "qartallar" qələbə qazanıblar. Ölkə Kuboku hər iki komandanın Avropa Liqasına vəsiqə qazanması üçün son şansdır.Digər yarımfinal matçı isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Mərkəzi arenada "Qarabağ" "Qəbələ"ni qəbul edəcək. Meydan sahibləri ilk görüşün 73-cü dəqiqəsində Ceyms Adeniyinin vurduğu tək qolla qalib gəlib. Ancaq cari çempionatda ağdamlılar 4 oyunun hamısında güclü olublar. Üstəlik, rəqiblər indiyədək 3 dəfə 1/4 final, bir dəfə finalda qarşılaşıblar. Bunlardan üçündə "Qarabağ", birində isə "Qəbələ" sevinən tərəf olub.xeber100.com

May 1, 2019 1:02

Beynəlxalq stolüstü tennis turniri keçiriləcək

Ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında beynəlxalq stolüstü tennis turniri keçiriləcək.Azərbaycan Stolüstü Tennis Federasiyasından Beynəlxalq stolüstü tennis turniri 2-3 may tarixində Bakı İdman Sarayında keçiriləcək.Turnirdə 6 ölkədən 2004-2007; 2008-ci il təvəllüdlü və daha azyaşlı 70-dən çox idmançı iştirak edəcək.Yarışları 2 və 3 may tarixində saat 10:00-dan 12:00-a kimi və 15:00-19:00-da Bakı İdman Sarayında izləyə bilərsiniz.Turnirin təntənəli açılış mərasimi 2 may saat 17:-00da keçiriləcək.xeber100.com

May 1, 2019 12:49

UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib

Futzal üzrə UEFA Çempionlar Liqasının qalibi müəyyənləşib.Azərtac xəbər verir ki, “Sportinq” komandası ilk dəfə bu turnirin qalibi olub.Qeyd edək ki, yarış 2002-ci ildən keçirilir. İlk turnirin finalında 8 komanda yarışıb və kuboku “Kastellon” əldə edib. Sonrakı 4 mövsümdə çempionun adı bir yox, iki matçın yekununda müəyyənləşib. 2007-ci ildən etibarən “Dördlər finalı” keçirilib. Ötən yayadək UEFA futzal kuboku adlandırılan yarışın ən çox qalibi İspaniyanın “İnter” komandası olub. Onlar 5 dəfə titula sahib çıxıblar.xeber100.com

Aprel 30, 2019 12:02

“Mançester Yunayted” klubu “Atletiko Madrid”ə 120 milyon avro ödəyəcək

İngiltərənin “Mançester Yunayted” futbol klubu sloveniyalı qapıçı Yan Oblakın transferi üçün “Atletiko Madrid” komandasına 120 milyon avro ödəməyə hazırdır.İspaniya KİV-ləri xəbər verir ki, 26 yaşlı qapıçının Madrid klubu ilə müqaviləsi 2023-cü ilin yayınadəkdir. Mançester təmsilçisi hazırda qapıçısı De Xeanın çıxışından narazı olduğu üçün onunla yeni müqavilə imzalamaq istəmir.Qeyd edək ki, De Xea cari mövsümdə “Mançester Yunayted”in heyətində keçirdiyi 45 oyunda 60 qol buraxıb. Yan Oblak isə “Atletiko Madrid” klubunda iştirak etdiyi 44 oyunda qapısında 34 qol görüb.xeber100.com

Aprel 30, 2019 12:00
    Page 408 of 831« First«...102030...406407408409410...420430440...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az