Avropa Karate Federasiyasının növbəti konqresi keçirilib

İspaniyanın Qvadalaxara şəhərində Avropa Karate Federasiyasının (EKF) növbəti konqresi keçirilib.Azərtac xəbər verir ki, Avropanın 51 ölkəsindən karate rəsmilərinin iştirakı ilə konqresdə ötən dövrün hesabatları dinlənib, qarşıdakı qitə çempionatınadək planlar müzakirə olunub.Azərbaycan Milli Karate Federasiyasının (AMKF) prezidenti Yaşar Bəşirov, vitse-prezident Rəhman Hətəmov və baş katib Mirhəsən Seyidov konqresdə iştirak ediblər.Konqresi açan EKF-nin prezidenti Antonio Espinos cari məsələlərə toxunmaqla yanaşı, karatenin Yay Olimpiya Oyunlarının proqramında qalması istiqamətində işlərin aparıldığını söyləyib. Konqresin gündəliyindəki əsas məsələ 2020-ci ildə böyüklərin 55-ci Avropa çempionatının təqdimat mərasimi olub.AMKF-nin prezidenti Yaşar Bəşirov çıxışında Azərbaycanda beynəlxalq yarışların yüksək səviyyədə təşkil edildiyini, digər idman növləri ilə yanaşı, karateyə də dövlət tərəfindən böyük dəstək göstərildiyini diqqətə çatdırıb. Y.Bəşirov bildirib ki, EKF-nin prezidenti Antonio Espinosun söylədiyi kimi, karatenin Tokio Olimpiadasının proqramına daxil edilməsində Azərbaycan Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev tərəfindən bu idman növünün Avropa Oyunlarına salınması təşəbbüsünün böyük rolu olduğunu nəzərə çatdırıb.Federasiya prezidenti 55-ci Avropa çempionatı ilə bağlı ətraflı məlumat verib, məsul yarışa hazırlıq işlərindən danışıb. A.Espinos 2012-ci ildə yeniyetmə və gənclərin qitə çempionatını yüksək səviyyədə təşkil edən Azərbaycanın növbəti ciddi sınaqdan da uğurla çıxacağına inandığını söyləyib.Həmin gün, həmçinin EKF-nin İcraiyyə Komitəsinin yığıncağı olub. EKF-nin İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov tədbirdə iştirak edib. İclasda gündəlikdə duran məsələlər müzakirə olunub, müəyyən məsələlərin həlli yolları araşdırılıb.xeber100.com

Mart 29, 2019 12:14

Milli Karate Federasiyasının mnəlumatına görə…

Karate üzrə böyüklərdən ibarət milli komandamız martın 28-də İspaniyanın Qvadalaxara şəhərində start götürən 54-cü Avropa çempionatında mübarizəyə qoşulub.Azərbaycan Milli Karate Federasiyasından Azərtac-a bildiriblər ki, Azərbaycan komandasının tərkibində 19 idmançı həm fərdi, həm də komanda yarışlarında tatami üzərinə çıxacaq.Kişilərin fərdi yarışlarında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov (67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev (84 kq) və Asiman Qurbanlı (+84 kq) gücünü sınayır. Qadınlardan isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparırlar. Komanda yarışlarında Şahin Atamov, Turqut Həsənov və Pənah Abdullayev çıxış edirlər.Kata üzrə fərdi yarışlarda Roman Heydərov, parakarate yarışında Sahib Əhədov, komanda turnirində isə İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət heyət mübarizə aparır.Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edir. Karateçilər hər qələbə və medallara görə dünya reytinqində mövqelərini gücləndirməkdən əlavə, Olimpiya və Avropa oyunlarına vəsiqə əldə etmək uğrunda reytinq xalları qazanmağa çalışacaqlar.Yarışların idarə olunmasında beynəlxalq dərəcəli hakimlər Cahangir Babayev, Vüqar Kərimov və Anar Allahverdiyev də iştirak edirlər.xeber100.com

Mart 28, 2019 12:49