07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. İdman

UEFA Avropa Liqasının növbəti mərhələsinin püşkü atılıb

İsveçrənin Nyon şəhərində UEFA Avropa Liqasının 1/8 final mərhələsinin püşkü atılıb.Trend-in məlumatına görə, bu mərhələdə İspaniya 3, İngiltərə, İtaliya və Rusiya 2, Almaniya, Portuqaliya, Fransa, Ukrayna, Avstriya, Çexiya və Xorvatiya isə 1 komanda ilə təmsil olunacaq.Püşkün nəticəsi: "Çelsi" (İngiltərə) - "Dinamo" (Kiyev, Ukrayna) "Ayntraxt" (Almaniya) - "İnter" (İtaliya) "Dinamo" (Zaqreb, Xorvatiya) - "Benfika" (Portuqaliya) "Napoli" (İtaliya) - "Zalsburq" (Avstriya) "Valensiya" (İspaniya) - "Krasnodar" (Rusiya) "Sevilya" (İspaniya) - "Slaviya" (Çexiya) "Arsenal" (İngiltərə) - "Renn" (Fransa) "Zenit" (Rusiya) - "Vilyareal" (İspaniya) Qeyd edək ki, 1/8 final mərhələsinin ilk oyunları martın 7-si, cavab görüşləri isə 14-də keçiriləcək.Xatırladaq ki, Avropa Liqasının finalı mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.xeber100.com

Fevral 23, 2019 4:07

Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayıb

“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı başlayıb.Azərtac xəbər verir ki, çempionatın ilk günündə 57, 61, 65, 70, 74, 79, 86, 92, 97 və 125 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizə aparırlar.Çempionata fevralın 23-də yekun vurulacaq.xeber100.com

Fevral 22, 2019 1:00

“Aeroflot Open” şahmat turnirinin oyunları keçiriləcək

Bu gün Moskvada ənənəvi “Aeroflot Open” şahmat turnirinin üçüncü turunun oyunları keçiriləcək.Azərtac xəbər verir ki, fevralın 21-də keçirilən ikinci turda “A” qrupunda mübarizə aparan şahmatçımız Rauf Məmmədov rumın Boqdan Deakla heç-heçə edib. Digər təmsilçimiz Eltac Səfərli isə hindistanlı Çitanbaram Aravindxla məğlub olub. Şahmatçılarımızın hər ikisi birinci turu qələbə ilə başa vurmuşdular.“B” qrupunda isə 6 şahmatçımızdan ikisi, Azərbaycanın kişilər arasında hazırkı çempionu Məhəmməd Muradlı və gənc şahmatçı Aydın Süleymanlı qələbə qazanıblar. Hər iki şahmatçının birinci turdakı oyunları heç-heçə başa çatıb. İlk turda uğurla çıxış edən Vüqar Əsədli bu dəfə məğlub olub. Ülviyyə Fətəliyeva, Xanım Balacayeva və Read Səmədov üçün də ikinci tur uğursuz olub.xeber100.com

Fevral 22, 2019 12:58

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində

Futbol üzrə Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək qadınlardan ibarət Azərbaycan milli komandasının keçirəcəyi oyunların təqvimi müəyyənləşib.Azərtac AFFA-ya istinadla xəbər verir ki, millimiz oktyabrın 4-də səfərdə İspaniya, noyabrın 7-də Bakıda Çexiya, üç gün sonra isə yenidən səfərdə Moldova komandası ilə qarşılaşacaq. Yığmamız gələn il martın 11-də Polşanı qəbul edəcək. Komandalar arasında cavab oyunu aprelin 10-da təşkil olunacaq. Futbolçularımız iyunun 5-də Çexiya yığmasının qonağı olacaqlar. Komandamız sentyabrın 16-da Moldova, ayın 22-də isə İspaniya millisini qəbul edəcək.xeber100.com

Fevral 22, 2019 12:51

Aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək

Mayın 24-26-da Bakıda ilk dəfə aerobika gimnastikası üzrə Avropa çempionatı keçiriləcək.Azərtac Azərbaycan Gimnastika Federasiyasına istinadla xəbər verir ki, gimnastikanın müxtəlif növləri üzrə bir çox irimiqyaslı yarışlara ev sahibliyi edən Milli Gimnastika Arenası bu dəfə öz qapılarını Avropanın dinamik və enerjili gimnastika növünün təmsilçilərinə açacaq. Üç gün davam edəcək çempionatda aerobika gimnastları medallar uğrunda mübarizə apararaq, öz aralarında ən güclüləri müəyyənləşdirəcəklər.Böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum 3-də çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.On birinci Avropa çempionatda hər bir kateqoriya üzrə təsnifat və final mərhələləri baş tutacaq.xeber100.com    

Fevral 22, 2019 12:48

Cüdo üzrə açıq Avropa turniri keçiriləcək

Martın 2-3-də Polşanın Varşava şəhərində cüdo üzrə açıq Avropa turniri keçiriləcək.Azərtac Beynəlxalq Cüdo Federasiyasının saytına istinadla xəbər verir ki, turnirdə Azərbaycanı kişilərin yarışında 19 idmançı təmsil edəcək.Tatami ustalarımız Balabəy Ağayev, Davud Məmmədsoy, Oruc Vəlizadə, Əhməd Yusifov (hamısı 60 kq), İbrahim Əliyev, İlkin Babazadə, Mehman Sadıqov, Nurlan Osmanov (hamısı 66 kq), Kərim Allahverdiyev, Kənan Quluzadə (hər ikisi 73 kq), Afiq Səfərli, Fəqan Quluzadə, Araş Ağayi, Naim Hüseynov (hamısı 81 kq), Qurban Qurbanov (90 kq), Kərim Abdullaxanlı (100 kq), Rüstəm Kotsoyev, Şahin Qəhrəmanov, Ayxan Cəfərov (100 kiloqramdan yuxarı) medallar uğrunda mübarizə aparacaqlar.Yarışda artıq 35 ölkədən 291 cüdoçunun iştirakı dəqiqləşib.xeber100.com

Fevral 21, 2019 1:43

UEFA Çempionlar Liqasının namizədləri müəyyənləşib

Fevralın 21-də UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin ən yaxşı oyunçusu adına namizədlər müəyyənləşib.Azərtac xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşən namizədlər arasında belçikalı Ceyson Denayer (“Lion”, Fransa), ispaniyalı Tyaqo Alkantara (“Bavariya”, Almaniya), ingiltərəli Rahim Sterlinq (“Mançester Siti”, İngiltərə) və uruqvaylı Dieqo Qodin (“Atletiko”, İspaniya) yer alıblar.xeber100.com

Fevral 21, 2019 1:31

Qılıncoynatma Federasiyasının məlumatına görə…

Qılıncoynadanlarımız İtaliyada keçiriləcək Avropa birinciliyində iştirak edəcəklər.Azərbaycan Qılıncoynatma Federasiyasından Azərtac-a bildiriblər ki, şpaqa və sablya üzrə yığma komandamız fevralın 22-də İtaliyanın Foccia şəhərində keçiriləcək yeniyetmə və gənclər arasında Avropa birinciliyində yarışacaqlar. İdmançılarımız martın 3-dək davam edəcək qitə birinciliyində həm şəxsi, həm də komanda yarışlarında mübarizə aparacaqlar.xeber100.com

Fevral 21, 2019 1:20

Futbol Avropa Çempionatının püşkatma mərasimi keçiriləcək

Bu gün Nyonda futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, püşkatmada rekord sayda – 47 yığma komanda, o cümlədən Azərbaycan yığması iştirak edəcək. Qeyd edək ki, yığma komandamız 2009-cu ildən bəri AVRO turnirlərinin seçmə mərhələsində iştirak etməyib.İlkin olaraq Azərbaycan yığması Farer adaları, Malta, Şimali Makedoniya, Estoniya, Çernoqoriya, Gürcüstan, Latviya, Litva, Kipr, Kosovo, Lüksemburq və Andorra komandaları ilə birlikdə 5-ci səbətə düşüb.Püşkatmanın gedişində 9 qrup formalaşacaq. 2019-cu il avqustun 26-dan 2020-ci il sentyabrın 22-dək komandalar ev və səfər matçları keçirəcəklər. Qrupların qalibləri və ikinci yeri tutan ən yaxşı üç komanda final mərhələsində turnirə ev sahibliyi edən İngiltərəyə qoşulacaqlar. İkinci yeri qazanan daha 6 komanda 2020-ci ilin oktyabrında 2021-ci ilin iyulunda keçiriləcək final mərhələsinə üç vəsiqə uğrunda pley-off matçları oynayacaq.xeber100.com

Fevral 21, 2019 1:18

UEFA Çempionlar Liqasının növbəti oyunları keçirilib

UEFA Çempionlar Liqasınını 1/8 final oyunları keçirilib.Trend-in məlumatına görə, İngiltərənin "Liverpul" komandası Almaniyanın "Bavariya" klubunu qəbul edib. Oyun qolsuz he-heçə ilə yekunlaşıb.Bu oyunla parallel olaraq Fransada "Park Olimpik Lionne" stadionunda meydan sahibi "Lion"la "Barselona" qarşılaşıb. Bu oyunda da analoji hesab qeydə alınıb - 0:0.Qeyd edək ki, komandalar arasında cavab qarşılaşmaları martın 13-də keçiriləcək.Xatırladaq ki, turnirin final oyunu iyunun 1-də Madriddə "Metropolitano" stadionunda keçiriləcək.xeber100.com

Fevral 20, 2019 7:17
    Page 431 of 831« First«...102030...429430431432433...440450460...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az