Parataekvondo üzrə Azərbaycan yığma komandası fevralın 5-6-da Antalyada keçiriləcək dünya çempionatına hazırlaşır.Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) Azərtac-a bildiriblər ki, idmançılarımız təlim-məşq toplanışını Azərbaycan Taekvondo Federasiyasının idman zalında davam etdirirlər.Dünya çempionatında ölkəmizi baş məşqçi Fərid Tağızadənin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə Sadiq Həmidov, Emin Nüsrəddinov, İmaməddin Xəlilov (hər üçü 61 kq), Elimxan Manafov, Nicat Müslümov, Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hamısı 75 kq), Vüsal İsmayılov, Vüqar Adışirinov (hər ikisi 75 kq-dan yuxarı), Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədova (58 kq-dan yuxarı) təmsil edəcəklər.xeber100.com