11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

Həndbolçuların Azərbaycan çempionatında daha bir oyunu keçirilib

Qadın həndbolçuların Azərbaycan çempionatında daha bir oyun keçirilib.Azərtac Azərbaycan Həndbol Federasiyasının saytına istinadla xəbər verir ki, Tbilisidə “Olimpiya” komandasının qonağı olan “Azərsu” Gürcüstan həndbolçuları ilə ikinci görüşü də qələbə ilə başa vurub. Bir gün əvvəl 43:21 hesabı ilə qalib gələn Bakı təmsilçisi, növbəti qarşılaşmada da rəqibə aman verməyib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən “Azərsu” 40:17 hesablı qələbə qazanıb.On iki oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. İki oyun az keçirən “Azəryol” ikinci pillədədir. “Qarabağ” 12 xalla 3-cü yerdə qərarlaşıb. Dördüncü pillənin sahibi Tbilisi “Olimpiya”sının aktivində 7 xal var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Autsayder “Gənclər Birliyi” hələ ki xal qazana bilməyib.xeber100.com

Yanvar 28, 2019 11:07

“Gibraltar International Chess Festival 2019”un “Masters” turnirində

Cəbəllütariqdə təşkil olunan “Gibraltar International Chess Festival 2019”un “Masters” turnirində Azərbaycan şahmatçıları Arkadi Naydiç və Rauf Məmmədov inamla mübarizə aparırlar.Azərtac xəbər verir ki, altıncı turda Rauf Məmmədov Rusiya idmançısı Danil Yuffanı məğlub edərək xallarının sayını 4,5-ə çatdırıb. O, bu nəticə ilə liderlər qrupundan cəmi 0,5 xal geri qalaraq turnir cədvəlində 18-ci yerə yüksəlib. Arkadi Naydiçin aktivində də 4,5 xal var.Yanvarın 28-də turnir çərçivəsində yeddinci turun oyunları keçiriləcək. Rauf Məmmədov növbəti partiyanı rumın Boqdan Daniel Dikə qarşı oynayacaq. Arkadi Naydiç isə ispaniyalı Jaime Santos Latasla mübarizə aparacaq.xeber100.com

Yanvar 28, 2019 11:05

Almaniya Bundesliqasında XIX turun oyunları davam edir

Bu gün Almaniya Bundesliqasında XIX turun oyunları davam edir. Milli.az bildirir ki, turun görüşləri 3 günü əhatə edir.İlk oyun günündə "Herta" - "Şalke"ni sınağa çəkdi.Şənbə günü 6 qarşılaşma keçirildi. Çempionatın lideri "Borussiya" Dortmundda "Hannover"i qəbul etdi.Digər "Borussiya" da evdə oynayacaq. Mönhenqladbax təmsilçisi "Auqsburq"u sınağa çəkəcək.Turun son günündə 2 duel baş tutacaq. "Bavariya" evdə "Ştutqart"la üz-üzə gəldi.xeber100.com

Yanvar 27, 2019 8:55

“Jirona” futbol klubu “Barselona”nı qəbul edib

İspaniya La Liqası 21-ci turunda "Jirona" doğma meydanda "Barselona"nı qəbul edib. Milli.az bildirir ki, oyun qonaqların 0:2 hesabı ilə qələbə ilə başa çatıb.Matçda hesabı 9-cu dəqiqədə N.Semedo açıb. 51-ci dəqiqədə "Jirona"nın futbolçusu Espinoza ikinci sarı vərəqə alaraq meydandan qovulub. 68-ci dəqiqədə Messi qol vuraraq yükun hesabı müəyyənləşdirib.Beləliklə, "Barselona" 49 xalla birinci, "Jirona" isə 24 xalla 13-cü pillədə qərarlaşıb.xeber100.com

Yanvar 27, 2019 8:42

Asiya Kubokunda finala çıxan komandalar məlum olub

Asiya Kubokunda yarımfinala çıxan komandalar məlum olub. Trend-in məlumatına görə, yarımfinalda Yaponiya İranla, turnir sahibi Qətər isə BƏƏ ilə görüşəcək.Yaponiya Vyetnam üzərində minimal qələbə qazanıb. İran Çini 3:0 hesaı ilə darmadağın edib, BƏƏ Avstraliyanı bir qolla qalib gəlib, Qətər isə Cənubi Koreyanı minimal hesabla məğlub edib.xeber100.com

Yanvar 26, 2019 4:59

“Zirə” futbol klubu heyətinə yeni futbolçu cəlb edib

"Zirə" heyətinə yeni futbolçu cəlb edib.Milli.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, botsvanalı Mfo Kqasvane ilə 6 ay + 1 illik müqavilə bağlanılıb. 24 yaşlı hücumçu daha əvvəl ölkəsinin "Qaborone Yunayted" və CAR-ın "Baroka" klublarında çıxış edib.Kqasvane Botsvana milli komandasının da üzvüdür.xeber100.com

Yanvar 26, 2019 4:49

“Beşiktaş”ın futbolçusu karyerasını Braziliyada davam etdirəcək

"Beşiktaş"ın futbolçusu Vaqner Lav karyerasını Braziliyada davam etdirəcək.Milli.az xəbər verir ki, "Korintians" klubu 34 yaşlı hücumçunu heyətinə qatıb. Bu barədə Braziliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Lavla 2020-ci ilə qədər müqavilə imzalanıb.Lav 2018-ci ilin yanvarından "Beşiktaş"da forma geyinirdi.Braziliyalı forvard cari mövsümdə 16 qarşılaşmada iştirak edərək, 7 qol vurub.xeber100.com

Yanvar 26, 2019 4:43

Milli Paralimpiya Komitəsinin məlumatına görə…

Parataekvondo üzrə Azərbaycan yığma komandası fevralın 5-6-da Antalyada keçiriləcək dünya çempionatına hazırlaşır.Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) Azərtac-a bildiriblər ki, idmançılarımız təlim-məşq toplanışını Azərbaycan Taekvondo Federasiyasının idman zalında davam etdirirlər.Dünya çempionatında ölkəmizi baş məşqçi Fərid Tağızadənin və böyük məşqçi Yaşar Səfərovun rəhbərliyi ilə Sadiq Həmidov, Emin Nüsrəddinov, İmaməddin Xəlilov (hər üçü 61 kq), Elimxan Manafov, Nicat Müslümov, Əbülfəz Abuzərli, Hüseyn Həsənov (hamısı 75 kq), Vüsal İsmayılov, Vüqar Adışirinov (hər ikisi 75 kq-dan yuxarı), Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədova (58 kq-dan yuxarı) təmsil edəcəklər.xeber100.com

Yanvar 25, 2019 2:15

Cüdo üzrə açıq Bakı birinciliyi davam edir

“Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında cüdo üzrə açıq Bakı birinciliyi davam edir.Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən Azərtac-a bildiriblər ki, iki gün davam edəcək paytaxt birinciliyində 28 klubdan 277 gənc cüdoçu (247 oğlan və 30 qız) medallar uğrunda mübarizə aparır.Yarışın ilk günündə qızların mübarizəsində Şəfiqə Mollazadə (44 kq), Ləman Əhmədova (52 kq) və Günel Quliyeva (63 kq) qızıl medal qazanıblar. Oğlanların yarışında Cavid Piriyev (55 kq), Adil Osmanov (66 kq), İbrahim Ağakişiyev (81 kq) və Emin Qasımov (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.xeber100.com

Yanvar 25, 2019 2:12

“Australian Open-2019” turnirinin ikinci qarşılaşmasında

Yanvarın 25-də “Australian Open-2019” turnirində kişilər arasında yarımfinal mərhələsinin ikinci qarşılaşmasında Novak Cokoviç və fransalı Lukas Pouille üz-üzə gəliblər.Azərtac xəbər verir ki, “Roda Leyver Arena” kortunda keçirilən görüşün hər üç seti serbiyalı Novak Cokoviçin xeyrinə başa çatıb (6:0, 6:2, 6:2). Beləliklə, yanvarın 27-də keçiriləcək finalda ATP-ın reytinqində ilk iki yeri tutan tennisçi qarşılaşacaq. Xatırladaq ki, bir gün əvvəl keçirilən yarımfinal oyunu ispaniyalı Rafael Nadalin qələbəsi ilə başa çatıb. Hazırda Cokoviç reytinqin birinci, Nadal isə ikinci pilləsində qərarlaşıb.Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub. O, “Australian Open” turnirinin beşqat qalibidir.Rafael Nadal “Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, “Australian Open” turnirini bir dəfə - 2009-cu ildə qazanıb.Qeyd edək ki, “Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir. Turnirin ümumi mükafat fondu 44,5 milyon dollardır.xeber100.com

Yanvar 25, 2019 2:10
    Page 439 of 831« First«...102030...437438439440441...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az