28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“İnter” futbol komandası “Latsio” ilə qarşılaşıb

İtaliya kubokunun dörddəbir final mərhələsinin sonuncu görüşü keçirilib.Azərtac xəbər verir ki, “San Siro” stadionunda baş tutan görüşdə “İnter” komandası “Latsio” ilə qarşılaşıb. Gərgin keçən görüşdə hesab açılmayıb.Oyunun əlavə olunmuş dəqiqələrində hər iki komanda bir dəfə fərqlənib - 1:1. Qalibi müəyyən etmək üçün 11 metrlik cərimə zərbələri təyin olunub. Penalti seriyasında "Latsio" komandası üstün olub (4:3). Beləliklə, “Latsio” İtaliya kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıb. Paytaxt təmsilçisi yarımfinal mərhələsində “Milan” klubu ilə qarşılaşacaq. Digər yarımfinal görüşündə “Atalanta” – “Fiorentino” ilə üz-üzə gələcək.xeber100.com  

Fevral 1, 2019 11:55

İspaniya kuboku final mərhələsində

İspaniya kubokunun dörddəbir final mərhələsinin sonuncu görüşü keçirilib.Azərtac xəbər verir ki, görüşdə "Jirona" "Real Madrid" klubunu qəbul edib. Bu komandaların arasında ilk görüş 4:2 hesabı ilə "kral" klubunun xeyrinə başa çatmışdı.Cavab qarşılaşmasında da, inamlı oyun keçirən "Real Madrid" 3:1 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra Madrid təmsilçisi yarımfinal mərhələsinə vəsiqə qazanıb. Madridlilərin rəqibi püşkatmadan sonra məlum olacaq.xeber100.com

Fevral 1, 2019 11:52

Beynəlxalq Şahmat Federasiyası reytinq siyahısını açıqlayıb

Beynəlxalq Şahmat Federasiyası (FIDE) fevral ayı üçün reytinq siyahısını açıqlayıb.Azərtac xəbər verir ki, norveçli Maqnus Karlsenin (2845) başçılıq etdiyi siyahıda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov beşincidir (2790).Dünyanın 100 ən güclü şahmatçıları arasında təmsilçilərimiz Teymur Rəcəbov (2756) 13-cü, Arkadi Naydiç (2732) 22-ci, Rauf Məmmədov (2703) 42-ci, Eltac Səfərli (2681) 63-cü, Qədir Hüseynov (2664) 82-ci pillədə qərarlaşıblar.Qadınlar arasında ilk 100-lükdə isə şahmatçılarımız Günay Məmmədzadə (2422), Xanım Balacayeva (2397) və Gülnar Məmmədova (2368) yer alıblar. Qadınların reytinq siyahısına çinli şahmatçı Hou Yifan (2662) başçılıq edir.xeber100.com

Fevral 1, 2019 11:48

“Barselona” futbol klubu müdafiəçisini transfer edib

İspaniyanın “Barselona” futbol klubu müdafiəçi Emersonu Braziliyanın “Atletiko Minero” komandasından transfer edib.Azərtac klubun saytına istinadla xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə 2024-ci ilin yayınadək qüvvədə olan müqavilə imzalanıb. Emerson Kataloniya təmsilçisinin heyətinə cari ilin iyununda qoşulacaq. “Barselona” bu transferə görə Braziliya klubuna 12 milyon avro ödəyib.Cari mövsümdə “Atletiko Minero”nun heyətində 23 oyunda meydana çıxan müdafiəçi bir qol vurub.xeber100.com

Fevral 1, 2019 11:46

FIFA transferlərə xərclədiyi məbləğı açıqlayıb

FIFA 2018-ci ildə futbol klublarının transferlərə xərclədiyi məbləğı açıqlayıb.TASS informasiya agentliyi xəbər verir ki, klublar transferlərə ümumilikdə 7,03 milyard dollar xərcləyib. Bu, 2017-ci ildəki göstərici ilə müqayisədə 10 faiz çoxdur.2018-ci ildə 16,533 beynəlxalq transfer reallaşıb ki, bu da əvvəlki ilə nisbətən 5,6 faiz artım deməkdir. Bu transferlərə 175 millətdən 14 min 186 oyunçu qatılıb.Açıqlanan məbləğin yarıdan çoxunu 31 klub xərcləyib. Bütün bu xərclərin 78,2 faizi UEFA-ya üzv olan klubların payına düşüb.Ötən il ən çox transfer olunan oyunçular braziliyalılar təşkil edib (1753). Bu göstəriciyə görə, ikinci yeri argentinalılar tutub (891). Üçüncü yerdə isə ingilislər (693) qərarlaşıblar. Ən çox pul yenə də, braziliyalılara xərclənib (1,154 milyard dollar).xeber100.com

Yanvar 31, 2019 12:34

“Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib

Bakının “Səbail” klubu heyətinə daha bir futbolçu cəlb edib.Azərtac kluba istinadla xəbər verir ki, ukraynalı qapıçı Oleksandr Rıbka ilə “Səbail” arasında cari mövsümün sonunadək müqavilə imzalanıb.Daha əvvəl Ukraynanın “Dinamo” (Kiyev), “Dinamo-2”, “Dinamo-3”, “Obolon”, “Şaxtyor” (Donetsk), Türkiyənin “Karabükspor”, “Afjet Afyonspor” klublarında çıxış edən 32 yaşlı qolkiper müəyyən vaxtlarda Ukrayna milli komandasına da cəlb olunub.Dörd dəfə Ukrayna çempionu, 4 dəfə Ukrayna Kubokunun, 1 dəfə Ukrayna Superkubokunun qalibi olan Oleksandr Rıbka 2011-ci ildə ölkəsində “Ən yaxşı qapıçı” mükafatına layiq görülüb.xeber100.com

Yanvar 31, 2019 12:25

Fransa çempionatının 22-ci turu çərçivəsində

Fransa çempionatının 22-ci turu çərçivəsində “Nant” doğma azarkeşlər önündə “Sent-Etyen” komandasını qəbul edib.Azərtac xəbər verir ki, qarşılaşmanın 9-cu dəqiqəsində itkin düşmüş futbolçu Emiliano Salanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Xatırladaq ki, Emiliano Sala “Nant” klubunda 9 nömrəli formanı geyinib.İngiltərə Premyer Liqasında çıxış edən Uelsin “Kardiff Siti” klubunun yeni transferi Emiliano Salanın olduğu təyyarə yanvarın 21-də Kardiffə uçmaq üçün Fransanın Nant şəhərindən havaya qalxıb. Ancaq təyyarə təyinat məntəqəsinə çatmağa saat yarım qalmış radarlardan itib.Təyyarənin axtarışına iki helikopter və bir neçə gəmi cəlb olunsa da, sonradan axtarışlar dayandırılıb.Qeyd edək ki, “Kardiff Siti” argentinalı futbolçunun transferi üçün klub tarixində rekord məbləğ - 15 milyon funt sterlinq ödəyib. Klub futbolçu ilə 2022-ci ilin yayına qədər müqavilə imzalamışdı.xeber100.com

Yanvar 31, 2019 12:17

“Başakşəhər” futbol klubu yeddinci transferini reallaşdırıb

İstanbulun “Başakşəhər” futbol klubu qış transfer pəncərəsində yeddinci transferini reallaşdırıb.Azərtac klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi Muhammet Arslantaş, Robino, Sərdar Taşçı, Alican Özfəsli, Mərd Çelik və Demba Badan sonra müdafiəçi Cəmali Sərteli transfer edib. Müdafiəçi “Başakşəhər” klubu ilə 2023-cü ilin yayınadək qüvvədə olan müqavilə imzalayıb. Türkiyənin “Eskişəhərspor” klubundan transfer edilən Cəmali Sərtel 2019-2020-ci mövsümünün sonunadək Eskişəhər təmsilçisində icarə əsasında forma geyinəcək.Qeyd edək ki, 19 yaşlı müdafiəçi karyerasının debütünü “Eskişəhərspor” klubunda edib.xeber100.com

Yanvar 31, 2019 12:12

Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.Milli.Az xəbər verir ki, bu mərhələdə aşağıdakı komandalar üz-üzə gələcəklər: "Qalatasaray" - "Hatayspor" "Akhisarspor" - "Kasımpaşa" "Yeni Malatyaspor" - "Göztəpə" "Trabzonspor" - "Ümraniyespor" Yarımfinalda "Qalatasaray" - "Hatayspor" cütünün qalibi "Yeni Malatyaspor" - "Göztəpə" cütünün qalibi, "Trabzonspor" - "Ümraniyespor"un qalibi isə "Akhisarspor" - "Kasımpaşa" cütündə sevinən tərəflə qarşılaşacaq.xeber100.com

Yanvar 30, 2019 5:47

Azərbaycan Ağır Atletika Federasiyasının məlumatı

19-27 yanvar tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları keçirilib.Azərbaycan Ağır Atletika Federasiyasından Trend-ə verilən məlumata görə, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi olub.Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilib. Xırdalanda yanvarın 19-da Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulublar. 23-24 yanvar tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, yanvarın 26-27-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxıblar.xeber100.com

Yanvar 30, 2019 5:38
    Page 437 of 831« First«...102030...435436437438439...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az