“Mançester Siti” klubu “Liverpul” komandasını qəbul edib

Yanvarın 4-də İngiltərə Premyer Liqasının 21-ci turuna yekun vurulub.Azərtac xəbər verir ki, turun mərkəzi qarşılaşması "Etihad" stadionunda olub. Son çempion "Mançester Siti" doğma meydanda turnir cədvəlinin hazırkı lideri “Liverpul” komandasını qəbul edib. Görüşə hər iki komanda qarşılıqlı hücumlarla başlayıb. Matçın 16-cı dəqiqəsində “Liverpul” komandasının braziliyalı hücumçusu Roberto Firmino qapıçı ilə təkbətək qalsa da, vurduğu top qapı dirəyindən qayıdıb. Birinci hissənin sonlarında meydan sahibləri qol vurmağa nail olublar. Bernardo Silvanın ötürməsindən sonra Serxio Aquera qapı çərçivəsinin yaxın küncünə qüvvətli zərbə endirib - 0:1.İkinci hissənin 64-cü dəqiqəsində qonaqların hücumu qolla nəticələnib. Aleksander Arnoldun cərimə meydançasına diaqonal ötürməsini Roberto Firmino dəqiq zərbə ilə tamamlayıb - 1:1. Qarşılaşmanın 70-ci dəqiqəsində "şəhərli"lər yenidən hesabda önə keçib. Rəhim Sterlinqin meydanın mərkəzindən verdiyi ötürmə Leroy Saneni qapıçı ilə təkbətəkə çıxardıb. Sonuncu fürsəti əldən verməyərək adını tabloya yazdırıb - 2:1. Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib. Beləliklə, “Liverpul” cari mövsümün ilk məğlubiyyətin qazanıb. Növbəti turda “Liverpul” səfərdə “Brayton”la qarşılaşacaq, “Mançester Siti” isə doğma meydanda “Vulverhempton” komandasını qəbul edəcək.xeber100.com  

Yanvar 4, 2019 11:40