11 Noyabr 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. İdman

“Barselona” klubu “Barca Tekstil” şirkətini məhkəməyə verib

İspaniyanın "Barselona" klubu Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yerləşən "Barca Tekstil" şirkətini məhkəməyə verib.Milli.az xəbər verir ki, Kataloniya təmsilçisi şirkəti "Barca" brendindən qanunsuz istifadədə ittiham edərək, adının dəyişdirlməsini istəyib. "Barselona"nın İstanbul Fikri ve Sınai Haklar Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində klubun "Barça" adı ilə tanındığı və dünyanın köklü klublarından olduğu ifadə edilib, 100-dək ölkədə qeydiyyatdan keçmiş markasının mövcudluğu vurğulanıb."Barca Tekstil"in sahibi Ali Öziçer isə deyib ki, şirkət 1997-ci ildə qurulub və "Barca" italyanca "yaxta" deməkdir: "Firmamızın adı ilə Almaniya və İtaliya daxil olmaqla, bir çox Avropa ölkəsinə geyim satırıq. Bu adla bir çox ölkədə qeydiyyatdan keçmiş şirkətik. Bunun üçün İspaniyaya da müraciət etdik, amma rədd cavabı aldıq. "Barselona" klubu da Türkiyədə "Barça" adında bir restoran açmaq istəyir. Bunun üçün müvafiq quruma iki dəfə müraciət ünvanlayıblar. Biz buna etiraz edincə, şirkətimizi məhkəməyə veriblər".Qeyd edək ki, "Barselona" 1899-cu ildə təsis olunub.xeber100.com

Yanvar 17, 2019 3:31

İspaniya Kubokunun 1/8 final mərhələsində

İspaniya Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilir.Milli.Az xəbər verir ki, "Real Madrid" səfərdə "Leqanes"in qonağı olub. Matç meydan sahiblərinin minimal hesablı qələbəsiylə başa çatıb.İlk görüşdə 3:0 hesablı qələbə qazandığı üçün "kral klubu" 1/4 finala yüksəlib."Leqanes" - "Real Madrid" 1:0 (İlk oyun 0:3)/Qol: Martin Breysveyt, 30.xeber100.com

Yanvar 17, 2019 2:37

“Liverpul” futbol klubunun məlumatına görə…

"Liverpul"un seneqallı hücumçusu Sadio Mane Premyer Liqadakı çempionluq yarışı haqqında danışıb.Milli.Az xəbər verir ki, 26 yaşlı futbolçu bu mövsüm çempion olacaqlarını deyib: "İnsanların komandanı uğursuzluqda günahlandırmasını eşitmək asan deyil. Amma biz bunu görməməzlikdən gəlirik və öz oyunumuza köklənirik. "Liverpul" bir neçə il əvvəl çempion olmaq üçün yaxşı şans qazanmışdı, amma bundan istifadə edə bilməmişdi. Mən həmin hadisənin bizi indi olduğumuz yerə gətirdiyini düşünməyi üstün tuturam.Keçən mövsüm "Mançester Siti" daha yaxşı olduğu üçün çempionluğu qazandı. İndi onlar hələ də yaxşıdırlarmı? Mən belə düşünmürəm. Bizim fantastik komandamız var və "Mançester Siti" bizdən yaxşı deyil. Mən daha yaxşı olduğunu düşünən hər kəsin fikrinə hörmət edirəm. Amma onlar səhv fikirləşirlər və biz bunu sübut edəcəyik."Liverpul" böyük komandadır və biz bütün turnirlərdə qalib olmaq istəyirik. Mən əminəm ki, İngiltərə çempionu olacağıq və Premyer Liqanın ən yaxşı komandası olduğumuzu sübut edəcəyik".xeber100.com

Yanvar 17, 2019 2:24

“Yuventus” futbol klubu yeni müqavilə imzalayacaq

İngiltərənin “Arsenal” klubunun yarımmüdafiəçisi Aron Remzi cümə günü İtaliyanın “Yuventus” komandası ilə müqavilə imzalayacaq.“AS” nəşri xəbər verir ki, “Yuventus” klubunun rəhbərliyi futbolçuya görə, 18 milyon avro ödəyəcək. “Arsenal” klubu “Barselona” komandasının futbolçusu Denis Suaresi transfer edə bilsə, “Yuventus”a Aron Remziyə görə, qiymətdə endirim edə bilər.Uelslı futbolçu “Yuventus”a keçsə aya 125 min avro məvacib alacaq.Aron Remzi cari mövsümdə “Arsenal”ın heyətində 19 oyunda 2 dəfə fərqlənib və 6 oyunda isə məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com

Yanvar 16, 2019 1:54

Formula 1 Qran-Pri sessiyalarının vaxtı açıqlanıb

Formula 1-in yaydığı mətbuat üçün xüsusi açıqlamada 2019-cu il Qran-Pri mövsümünün bütün sessiyalarının başlanma və başa çatma vaxtları elan edilib.Azərtac xəbər verir ki, 21 mərhələdən ibarət olan çempionat martın 17-də Avstraliyada start götürür və dekabrın 1-də Əbu-Dabidə başa çatır.Qeyd edək ki, Azərbaycan Qran-Prisi aprelin 26-dan 28-dək Bakıda keçiriləcək. İlk cümə məşqi yerli vaxtla saat 13:00-14:30-da, ikincisi isə 17:00-18:30-da baş tutacaq. Şənbə yürüşünün vaxtı 14:00-15:00, təsnifatı isə 17:00-18:00-da olacaq. Bazar günü yürüşü 16:10-da başlayır və günəşin qürubu ilə - 19:32-də yekunlaşır.xeber100.com

Yanvar 16, 2019 1:48

“Fulhem” futbol klubu hollandiyalı hücumçunu heyətinə cəlb edib

İngiltərənin “Fulhem” futbol klubu “Beşiktaş”ın hollandiyalı hücumçusu Rayan Babeli heyətinə cəlb edib.Azərtac “Fulhem” klubunun saytına istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun mövsümün sonuna qədər “Fulhem”də forma geyməsinə dair müqavilə imzalanıb.İngiltərə mətbuatı isə “Fulhem”in Babelin transferi üçün İstanbul təmsilçisinə 2 milyon avro ödədiyini yazıb.Karyerasına 2004-cü ildə Hollandiyanın “Ayaks” klubunda başlayan Babel 2007-2011-ci illərdə “Liverpul”da çıxış edib. Hollandiyalı hücumçu cari mövsümdə “Beşiktaş”ın heyətində 19 oyunda 6 qol vurub. O, Hollandiya millisində isə 54 oyunda 8 dəfə fərqlənib.xeber100.com

Yanvar 16, 2019 1:44

Şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları başlayıb

Yanvarın 16-da Bakıda kişilər arasında şahmat üzrə Azərbaycan çempionatının ilk turunun oyunları başlayıb.Azərtac xəbər verir ki, İsveçrə sistemi üzrə keçirilən yarışda 19 şahmatçı iştirak edir.Ölkə çempionatında beynəlxalq qrossmeysterlər, idman ustaları, dünya və Avropa çempionatlarının mükafatçıları, 16, 18 və 20 yaşlılar arasında ölkə çempionları, ötənilki Azərbaycan birinciliyinin üç mükafatçısı, 2018-ci ildə birinci dəstənin iki qalibi və bu il yanvarın 1-nə əmsalı 2300-dən yuxarı olan şahmatçılar mübarizə aparırlar.Çempionat Azərbaycan Şahmat Federasiyasının binasında keçirilir.xeber100.com

Yanvar 16, 2019 1:40

Para-cüdo üzrə “Baku 2019 Gran-Prix” yarışları keçiriləcək

Mayın 10-15-də Heydər Əliyev adına İdman-Konsert Kompleksində para-cüdo idman növü üzrə “Baku 2019 Gran-Prix” yarışları keçiriləcək. Yarışın yüksək səviyyədə keçirilməsinə köməklik göstərmək üçün Milli Paralimpiya Komitəsi könüllülərin qeydiyyatına start verib.Azərtac xəbər verir ki, yarışların keçirilməsinə könüllü dəstək olmaq istəyən gənc oğlan və qızlar Milli Paralimpiya Komitəsinin ofisinə müraciət edə bilərlər.Yarışda 43 ölkədən 250 idmançı birincilik uğrunda mübarizə aparacaq.xeber100.com

Yanvar 15, 2019 12:22

Fransanın “Lill” klubu müqavilənin vaxtını uzadıb

Fransanın “Lill” futbol klubu baş məşqçi Kristof Qaltierlə müqaviləni uzadıb.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, 52 yaşlı mütəxəssislə yeni müqavilə 2021-ci ilədək nəzərdə tutulub. Qaltier 2017-ci ilin dekabrından kluba rəhbərlik edir.Qeyd edək ki, “Lill” klubu 20 turdan sonra 37 xalla Fransa çempionatında ikinci yerdə qərarlaşıb.

Yanvar 15, 2019 12:16

“Barselona” futbol klubu La Liqada bombardirlər siyahısında

İspaniyanın “Barselona” klubu La Liqada bombardirlər siyahısında üçüncü yerdə qərarlaşan “Jirona”nın uruqvaylı hücumçusu Kristian Stuanini heyətinə qatmaq istəyir.Azərtac klubun rəsmi saytına istinadla xəbər verir ki, katalonyalılar qış transfer pəncərəsində 32 yaşlı hücumçuya görə, 15 milyon avrodan keçməyə hazırdırlar. Klub rəhbərliyi bu transferlə “Sevilya”ya keçmiş Munir El Haddadinin boş qalan yerini doldurmaq fikrindədir.Qeyd edək ki, Kristian Stuani 2017-ci ildə İngiltərənin “Midlsbro” klubundan 2,5 milyon avroya “Jirona”ya transfer olunub. Cari mövsüm uruqvaylı “Jirona”nın heyətində 17 oyuna 12 qol vurub. Hazırda Stuani Lionel Messi (17 qol) və Luis Suaresdən (14 qol) sonra İspaniya La Liqasının bombardirlər siyahında üçüncü yerdə qərarlaşıb.xeber100.com

Yanvar 15, 2019 12:13
    Page 443 of 831« First«...102030...441442443444445...450460470...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az